Məhkəmə qərarları › İş №2(023)-777/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-777/2024

24.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-777/2024 24.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 qızının iştirakları ilə, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 24 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1987-ci il tarixdə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş. Qazax rayonu Qarapapaq kəndində yaşayan və qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun xx.xx.1987-ci il təvəllüdlü övladı X8 anadangəlmə ruhi xəstədir və 3-cü dərəcəli əlil olmaqla (D-Z:F-20-Şizofreniya paranoid forma) onun himayəsindədir. Övladı Orxan ömürlük 3-cü dərəcə əlilliyə görə müavinət alır. Orxan ruhi xəstə olduğundan onun qulluğa ehtiyacı vardır. Bu səbəbdən də onu bir dəqiqə də olsun tək qoymur. Belə ki, Orxan tək olanda özünü sərbəst apara bilmir, səbəbsiz yerə küçədə qaçır. Hesab edir ki, övladı psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 atası X4, anası isə Ərizəçi olmaqla, xx.xx.1987-ci ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1987ci il tarixdə doğulmuşdur. X2 xx.xx.2024-cü il tarixli 512 saylı arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X3 Psixiatriya xəstəxanasında qeydiyyatdadır. Xəstə uşaqlıqdan əlildir. Diaqnoz F-20 şizofreniya paranoid forma. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 361 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 yüngül dərəcəli kəmagilliq (ifadə olunmuş debillik səviyyəsində), davraniş pozuntulari ilə xbt-10 (Psixi və davrınış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Beləliklə, X8 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X8 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X5 valideyni olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar