Məhkəmə qərarları › İş №2(023)-777/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-777/2025

14.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-777/2025 14.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı1 (həmçinin İddiaçı4 nümayəndəsi), İddiaçı2, İddiaçı3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3327949X17 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3327949X7 qarşı «miras üzrə məcburi payın müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Qazax rayon Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat edən X18 tərəfindən nəvəsi X24 verilmiş xx.xx.2006-cı il tarixli vəsiyyətnamədə miras qismində qeyd edilən ünvan 1 ünvanında yerləşən 18 kv.m qeyri-yaşayış sahəsinin və Qazax şəhəri, M.Hüseyn küçəsində yerləşən 38 saylı yaşayış evində olan aşağıdakı əşyaların: “2 (iki) ədəd dəmirkəsən qayçı, 1 (bir) ədəd pres, 6 (altı) ədəd "volsovka". 50 (əlli) ədəd silklənmiş dəmir vərəqə, televizor, tikiş maşını, soyuducu. 2 (iki) ədəd paltaryuyan, 3 (üç) ədəd xalça. 2 (iki) ədəd kilim. 3 (üç) ədəd mis qazan. 5 (beş) ədəd döşək. 8 (səkkiz) ədəd yorğan, 10 (on) ədəd balınc, aliminium qazanlar, qab qaçaqlar, stullar, 6 ədəd çarpayı, samovar və divanın“ X4 vərəsəsi Qədirova (Əliyeva) İradə Əsgərpaşa qızına çatmalı olan məcburi pay qismində miras payının müəyyən edilməsi, həmin miras payının vərəsə qismində qəbul edlməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəni onunla əsaslandırmışdır ki, X18 onun qaynatasıdır. X18 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X8 üç qız övladı var: X28, X29 və X30. Bacılardan biri yəni onun həyat yoldaşı Qədirova (Əliyeva) İradə Əsgərpaşa qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı Qədirova (Əliyeva) İradə Əsgərpaşa qızı vəfat edənədək onlar rəsmi nikahda olmuşlar. Bildirir ki, ünvan 1 ünvanında yerləşən 18 kv.m qeyri-yaşayış sahəsi X9 məxsus olmuşdur. X18 xx.xx.2006-cı il tarixdə vəsiyyətnamə yazaraq ünvan 1 ünvanında yerləşən 18 kv.m qeyri-yaşayış sahəsini (Qazax şəhəri, Mərkəzi Kolxoz bazarında yerləşən dəmirçi emalatxanasını) və Qazax şəhəri, M.Hüseyn küçəsində yerləşən 38 saylı yaşayış evində olan aşağıdakı əşyaları: 2 (iki) ədəd dəmirkəsən qayçı, 1 (bir) ədəd pres, 6 (altı) ədəd "volsovka", 50 (əlli) ədəd silklənmiş dəmir vərəqə, televizor, tikiş maşını, soyuducu, 2 (iki) ədəd paltaryuyan maşın, 3 (üç) ədəd xalça, 2 (iki) ədəd kilim, 3 (üç) ədəd mis qazan, 5 (beş) ədəd döşək, 8 (səkkiz) ədəd yorğan, 10 (on) ədəd balınc, aliminium qazanlar, qab qaçaqlar, stullar, 6 (altı) ədəd çarpayı, samovar və divanı Bakı şəhəri, Y.Günəşli qəsəbəsi S.Cəfərov küçəsi. Bundan başqa qeyd edir ki, ev 3, mənzil 44 ünvanda yaşayan nəvəsi yəni ki, qızı X14 oğlu X24 vəsiyyət etmişdir. Lakin, vəsiyyətnamənin olmasına baxmayaraq digər vərəsələrin məcburi pay almaq hüquqları vardır. Mərhum həyat yoldaşı Qədirova (Əliyeva) İradə Əsgərpaşa qızı xx.xx.2009-cu il tarixdə Qazax rayon Notariat kontoruna rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, atasının ölümündən sonra atasından qalan nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakı qəbul edir. Həmçinin, eyni məzmunlu ərizəni Azər Əfəndiyev və Zöhrə Əfəndiyeva da yazmışdır. Lakin, vərəsəlik haqqında şəhadətnamələri almamışlar. Hal-hazırda miras əmlak üzərində mübahisə olduğundan mirasdakı payın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, X8 adına çıxarışı o almışdır. X8 adına çıxarış aldıqdan sonra qaynatasından qalan mirasın mərhum həyat yoldaşına düşən məcburi pay üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2024-cü il tarixdə vərəsəlik hüququnun həlli üçün Qazax rayon notariat ofisinə müraciət etdi, lakin bu zaman ona bildirildi ki, qaynatası X1 Azər İbrahim oğluna vəsiyyətnamə yazmış və vəsiyyətnamədə qeyd etmişdir ki, başqa vərəsələri vərəsəlikdən məhrhum edir. Eyni zamanda bildirir ki, Qədirova (Əliyeva) İradə Əsgərpaşa qızı ilə birgə nikahdan 3 (üç) qız övladı var: İddiaçı3, İddiaçı2 və Qədirova (Yusifova) Qaratel Namik qızı. Həmçinin, X8 övladları tərəfindən atalarından qalmış miras əmlakın qəbulu və vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə Qazax rayon notariat ofisinə müraciət edilmişdir. Bununla da aralarında mübahisə yarandığından notarius vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, göstərmişdirlər ki, mərhum X8 adına qeydə alınmış, ünvan 1ndə yerləşən 18 kvadratmetr olan (********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasına və ünvan 1ndə yerləşən 18 kvadratmetr olan (********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasına miras payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 bildirmişdir ki, mərhum X8 vəfatından sonra mirası o, anası X15 qəbul etmişdir. İddia tələbini qəbul edir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Əvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 bildirmişdir ki, mərhum X8 vəfatından sonra mirası o, bacısı İradə və oğlu Azər qəbul etmişdir. Onların notariat ofisinə müvafiq ərizələridə vardır. İddiaçıların iddia tələbini qəbul edir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə Müşafiq oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, iş üzrə tərəf olan X29 miras əmlakı qəbul etməmişdir. Ona görədə onun payı müəyyən edilə bilməz. Odur ki, iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, mərhum X4 qalan mirası onun mərhum arvadı X30 qəbul etmişdir. İradə Əliyevadan qalan mirası isə onun ailə üzvləri yəni hazırki iddiaçılar qəbul etmişdir. Eyni zamanda İddiaçı4 etibarnamə üzrə nümayəndəsi kimi onunda eyni fikirdə olduğunu bildirdi. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, mərhum X4 qalan mirası onun anası Qədirova (Əliyeva) İradə Əsgərpaşa qızı qəbul etmişdir. Anasından qalan mirasıda hazırki iş üzrə iddiaçılar qəbul etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edərək bildirdi ki, mərhum X4 qalan mirası onun anası Qədirova (Əliyeva) İradə Əsgərpaşa qızı qəbul etmişdir. Anasından qalan mirası isə hazırki iddiaçılar qəbul etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 bildirdi ki, o, X8 qızıdır. O atasından qalan əmlakdan vərəsə kimi pay istəyir. Atası vəfat edən zaman iddiaçılarla aralarında mübahisə olmadığından pay tələb etməmişdir. İddiaçılar atasında qalan əmlakları mənimsəmişlər. Atası vəfat edən zaman onun evində heç kim yaşamamışdır. Atasının yas mərasimində iştirak etmişdir. Atası vəfat etdikdən sonra heç bir mirası qəbul etməmiş və mirası qəbul etmək üçün notariusa müraciət etməmişdir. Atasında qalan əmlaklardan bir övlad kimi onunda payı var. Odur ki, atasından qalan mirasa onunda payının müəyyən edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə Müşafiq oğlu məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olacağı ilə əlaqədar olaraq iclasda iştirak edə bilməyəcəkdir. Ona görə də, işə onun iştirakl olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qazax rayon Notariat ofisinin nümayəndəsi məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3327949X15 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, prosses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışının surətindən görünür ki, X18 ilə Əliyeva (Veçerovskaya) Zinaida Pavlovna xx.xx.1966-cı il tarixdə evlənmişlər. X23 Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1961-ci il tarixdə anadan olmuş, ata qrafasında X18, ana qrafasında isə Əliyeva (Veçerovskaya) Zinaida Pavlovna kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1969-cü il tarixdə anadan olmuş, ara qarafasında X18, ana qrafasında X37 kimi qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında arayışının surətindən görünür ki, X31 ilə İddiaçı1 xx.xx.1988-ci il tarixdə evlənmişlər. X19 Qədirova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2003-ü il tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında arayışının surətindən görünür ki, X37 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışının surətindən görünür ki, X18 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax şəhəri, M.Hüseyn küçəsi ev 38-də yerləşən 76.8 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərində X20 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixli ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 18 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərində X10 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 18 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərində X10 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Qazax rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X8 ailə tərkibinə arvadı X37, qızları - X28, X29 və X21r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X11 vərəsələri İddiaçı1 və İddiaçı3dır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli X5 ərizəsindən görünür ki, atası X8 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qalan bütün miras əmlakı qəbul edir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli X20 ərizəsindən görünür ki, babası X3 rayon DNK-da verdiyi 2V-1-109 saylı, xx.xx.2006-cı il tarixli vəsiyyətnamə ilə Qazax şəhəri, Mərkdzi Kolxoz Bazarında yerləşən dəmirçi emalatxanasını ona vəsiyyət etmişdir. Babasının ölümündən sonra adı çəkilən miras əmlakı qəbul edir. İş materiallarında olan X11 ərizəsindən görünür ki, atası X8 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qalan bütün miras əmlakı qəbul edir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X3 şəhəri, Mərkəzi Kolxoz bazarında yerləşən dəmirçi emalatxanası və Qazax şəhəri, M.Hüseyn küçəsində yerləşən 38 saylı yaşayış evi X24 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli X12 Qazax rayon notariat ofisinə ünvanladığı ərizədən görünür ki, o, Qazax rayon notariat ofisinə müraciət edərək, valideyinlərindən qalan əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 429 saylı Qazax rayon Notariat ofisinin məktubundan görünür ki, X8 xx.xx.2006-ci il tarixli vəsiyyətnaməsinə əsasən Qazax şəhəri, Mərkəzi Kolxoz bazarında yerləşən dəmirçi emalatxanasını X24 vəsiyyət etmişdir. Eyni zamanda vəsiyyətnamədə qeyd edilmişdir ki, başqa vərəsələrini vərəsəlikdən məhrum edir. X2 övladları tərəfindən atalarından qalan miras əmlakının qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı ərizə ilə Qazax rayon notariat ofisinə müraciət edilmişdir. İş materiallarında olan X5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X15 iddiaçıların iddia etmiş olduğu Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m qeyri yaşayış sahəsi üzrə o öz payından iddiaçıların xeyrinə imtina edir, iddia ərizəsini Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m ibarət olan qeyri yaşayış sahəsi üzrə qəbul edir. Ona görə də, iddiaçıların iddia tələblərini Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m olan qeyri yaşayış sahəsi üzrə təmin edilməsi sizdən xahiş etmişdir. İş materiallarında olan X20 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X15 iddiaçıların iddia etmiş olduğu Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m qeyri yaşayış sahəsi üzrə o öz payından iddiaçıların xeyrinə imtina edir, iddia ərizəsini Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m ibarət olan qeyri yaşayış sahəsi üzrə qəbul edir. Ona görə də, iddiaçıların iddia tələblərini Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m olan qeyri yaşayış sahəsi üzrə təmin edilməsi sizdən xahiş etmişdir. İş materiallarında olan X5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X15 iddia tələbini qəbul edir və Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m ibarət olan, ********** qeydiyyat nömrəli və Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m ibarət olan ********** qeydiyyatı nömrəli qeyri yaşayış sahələrinə olan payını iddiaçıların xeyrinə imtina edir. İş materiallarında olan X20 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X32 iddia tələbini qəbul edir və Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m ibarət olan, ********** qeydiyyat nömrəli və Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kv/m ibarət olan ********** qeydiyyatı nömrəli qeyri yaşayış sahələrinə olan payını iddiaçıların xeyrinə imtina edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, mərhum X8 X28, X29 və X30 adlı üç övladı olmuşdur. X18 xx.xx.2008-ci ildə vəfat etmiş və onun Qazax şəhəri Azadlıq küçəsində yerləşən 18 kvmdən ibarət olan ********** qeydiyyat nömrəli və həmin ünvanda yerləşən 18 kvm-dən ibarət olan ********** qeydiyyatı nömrəli qeyri-yaşayış təyinatlı əmlakları miras qalmışdır. İş materiallarında olan Qazax notariat ofisinə ünvanlanan ərizələrdən görünür ki, X8 vəfatından sonra mirasını övladlarından X27, X15 və nəvəsi X32 qəbul etmişdir. Lakin miras qoyanın digər qızı X29 mirası qəbul etməmişdir. Belə, ki X29 mirasın qəbulu üçün nəzərdə tutulan müddət ərzində notariat ofisinə mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmişdir. Eyni zamanda Sevil Əliyeva miras əmlaka sahiblik etməmiş, onu faktiki idarə etməyərək miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. X15 və X32 məhkəməyə ərizə ünvanlayaraq mirasdan imtina etdiklərini qeyd etmişlər. X27 xx.xx.2022-ci ildə vəfat etmişdir. X12 vəfatından sonra miras əmlakı onun ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həm faktiki, həm də qanunamüvafiq qaydada qəbul etmişlər və ona görədə qeyd olunan mirasdan vərəsə kimi onların payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, iddiaçılar X4 miras qalmış əmlakı qəbul etmiş X16 vərəsələridir. X8 digər vərəsələri X15 və X32 iddianı qəbul etmiş və miras əmlakdan iddiaçıların xeyrinə imtina etdiklərini bildirmişlər. Buna görə də mülkiyyət hüququ ilə mərhum X8 adına qeydə alınmış, ünvan 1 yerləşən 18 kvadratmetr olan (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasının ¼ hissəsinə İddiaçı4, ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı3 və ¼ hissəsinə İddiaçı2 payı müəyyən edilməli, eyni zamanda mülkiyyət hüququ ilə mərhum X8 adına qeydə alınmış, ünvan 1 yerləşən 18 kvadratmetr olan (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasının ¼ hissəsinə İddiaçı4, ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı3 və ¼ hissəsinə İddiaçı2 payları müəyyən edilməlidir. Məhkəmə mirası qəbul etmiş X15 və X20 mirasdan imtinasını özlərinə məxsus payların iddiaçılara bağışlamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, mülkiyyət hüququ ilə mərhum X8 adına qeydə alınmış, ünvan 1 yerləşən 18 kvadratmetr olan (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasının ¼ hissəsinə İddiaçı4, ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı3 və ¼ hissəsinə İddiaçı2 payı müəyyən edilməli, və mülkiyyət hüququ ilə mərhum X8 adına qeydə alınmış, ünvan 1 yerləşən 18 kvadratmetr olan (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasının ¼ hissəsinə İddiaçı4, ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı3 və ¼ hissəsinə İddiaçı2 payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mülkiyyət hüququ ilə mərhum X8 adına qeydə alınmış, ünvan 1ndə yerləşən sahəsi 18 kvadratmetr olan (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasının ¼ hissəsinə İddiaçı4, ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı3 və ¼ hissəsinə İddiaçı2 payı müəyyən edilsin. Mülkiyyət hüququ ilə mərhum X8 adına qeydə alınmış, ünvan 1ndə yerləşən sahəsi 18 kvadratmetr olan (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) qeyri-yaşayış binasının ¼ hissəsinə İddiaçı4, ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə İddiaçı3 və ¼ hissəsinə İddiaçı2 payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar