Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-78/2025 29.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın “F 20-Şizofreniya paranoid forma, pis xassəli variant halyusinator sindrom” diaqnozu birinci dərəcəli əlil olduğu səbəbindən onun fəaliyyət fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 17 yanvar 1971-ci ildə anadan olmuşdur. O hazırda onunla və ailə üzvləri ilə birlikdə yaşayır. X1 uşaqlıqdan psixi qüsurludur. O, “F 20 – Şizofreniya paranoid forma, pis xassəli variant halyusinator sindrom” diaqnozu ilə uzun müddət Ruhi- əsəb xəstəxanasında müalicə almışdır. Birinci qrup əlildir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 04 noyabr 2010cu il tarixli qərarı ilə Ş.Qurbanov psixi qüsurlu olmaqla Birinci dərəcəli əlildir. X1 psixi qüsurlu olması üzündən ona qulluq etmək üçün qardaşı Ərizəçi qəyyum təyin olunmağı üçün müraciət edən zaman müəyyən edildi ki, bacısı “F 20 – Şizofreniya paranoid forma, pis xassəli variant halyusinator sindrom” diaqnozu birinci dərəcəli əlil olsada məhkəmə tərəfindən fəaliyyat qəbliyyəti olmayan elan edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqına şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1971-ci il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında X3 kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqına şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında X3 kimi qeyd edilmişdir. İş materiallarında olan 144 saylı arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X5 birinci qrup əlilldir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə ehtiyacı vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1918 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 xx.xx.1997-cı il tarixdə, xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarixdə,xx.xx.2008-xx.xx.2008-ci il tarixə, xx.xx.2010-xx.xx.2010-cu il tarixə, xx.xx.2024-xx.xx.2024-cü il tarixə kimi F-20-Şizofreniya paranoid forma, pis xassəli variant halyusinator sindrom diaqnozu ilə Qazax Psixiatriya xəstəxanasında ambulator müalicələrdə olmuşdur. iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X7 diaqnozu 2.2. ikinci dərəcə əlillik digər: Çox ağır dərəcəli əqli gərililik.Enurez.Qeyri üzvi mənşəli enkoprez. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax rayon Qazax şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə tərkibi: oğlu-Ərizəçi, qızıları- X5 və X4r. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 131 nömrəli rəyindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X5 şizofreniya paranoid forma, qusur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 muəyyən edilir. xx.xx.1971-ci il təvəllüdlü X5 xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.1971-ci il təvəllüdlü X5 şizofreniya paranoid forma, qusur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 muəyyən edilir. xx.xx.1971-ci il təvəllüdlü X5 xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.1971-ci il tarixdə anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-78/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-78/2025
29.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver