Məhkəmə qərarları › İş №2(023)-793/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-793/2024

08.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-793/2024 08.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı və nümayəndəsi, vəkil Hacıyev Şahin Şaiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməsi tələbi barədə mülki işə 08 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X4 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən 09 aprel 2024-cü il tarixdə, **********40-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0568 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan ümümi sahəsi 68.8 kv.m olan fərdi yaşayış evinə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-ci il tarixli, ********** qeydiyyat və **********40-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0568 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan umumi sahəsi 68.8 kv.m olan fərdi yaşayı evi babası X4 miras qalmışdır. Sağlığında həmin mirası X2 qəbil edərək həmin evdə yaşamışdır və mirası qəbul etmişdir. X2 05 oktyabr 2019-cu il tarixdə vəfat etdikdən sonra miras əmlak onun sahibliyində olmuş və mirası o qəbul edərək idarə etmişdir. Miras əmlakla bağlı anası Cavabdeh ilə mübahisələri olsa da, hazırda anası ilə mübahisələri yoxdur. Həmin evdə ailəsi ilə o yaşamışdır və bu günədək onun sahibliyindədir. Buna görədə bu əmlaka onun miras payı müəyyən edilməlidir. Hansı ki, ondan başqa heç kəs mirası qəbul etməmişdir. Əmlakı varis olaraq o idarə və istifadə edərək sahiblənmişdir və bununlada miras əmlakı yalnız o qəbul etmişdir. Təqdim olunan sənədlərdən də görünür ki, o varis olaraq onlarla birgə yaşayıb təssərrüfatı idarə etmişdir. Bununla bağlı Qazax rayon Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisi iş üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, babası X4 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən 09 aprel 2024-cu il tarixdə, **********40-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0568 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan ümümi sahəsi 68.8 kv.m olan fərdi yaşayış evinə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etdiyini, miras payından imtina etdiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 25 aprel 2024-cü il tarixli, 595 saylı məktubdan görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi xx.xx.2018-ci il tarixli 394 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.2005-ci il tarixə kimi ünvan 3 ünvanında X9 və X3 qeydiyyatda olmuşlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0568 ha torpaq sahəsində ümümi sahəsi 68.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 09 aprel 2024-cü ildən ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ölüm haqqında arayışdan görünür ki, X9 11 oktyabr 1990-cı ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X3 10 iyul 1998-ci ildə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, X8 atası X9, anası X3 olmaqla xx.xx.1941-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. Nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X1 nikahı 05 iyul 1979-cu il tarixdə Qazax rayon Ağköynək kənd soveti tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Məşiyeva soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X8 05 oktyabr 2019-cu ildə ölmüşdür. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X2, anası Cavabdeh olmaqla xx.xx.1986-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin təbii qaz və elektrik enerjisi xidmətinə görə abunəçi kimi İddiaçı adına qeydə alınmışdır. Cavabdeh xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, İddiaçı ona qarşı vərəsəliyin müəyyən edilməsi barədə iddiasını qəbul etdiyini, X4 qalmış miras payından imtina etdiyini bildirmişdir. X10 xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən ev üzərindəki vərəsəliyin müəyyən edilməsi barədə iddia üzrə heç bir tələbi olmadığını, həmin ev üzərində mirası qəbul etmədiyini bildirmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X9 11 oktyabr 1990-cı ildə ölmüş və onun ölümündən sonra miras əmlak kimi ünvan 3 ünvanında yerləşən 0.0568 ha torpaq sahəsində ümümi sahəsi 68.8 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X5 vəfatından sonra ilkin olaraq mirası miras qoyanın birinci növbə vərəsələrindən X8 qəbul etmişdir. X8 05 oktyabr 2019-cu ildə ölmüşdür və onun ölümündən sonra isə İddiaçı miras əmlaklara faktiki sahiblik etməklə, idarə və istifadə etmişdir, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bundan sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər, miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahiblik etməmişlər. Məhkəmə iclasında iddiaçının izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması və miras əmlakdan tam payının müəyyən edilməsini xahiş etmişdir. Digər vərəsələr Cavabdeh və X10 məhkəməyə təqdim etdikləri ərizədə miras əmlakı faktiki qəbul etmədiklərini bildirmişlər, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X5 vəfatından sonra ilkin olaraq mirası miras qoyanın birinci növbə vərəsələrindən X8 qəbul etmişdir. X8 05 oktyabr 2019-cu ildə ölmüşdür və onun ölümündən sonra isə İddiaçı miras əmlaklara faktiki sahiblik etməklə, idarə və istifadə etmişdir, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada, nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, X4 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.0568 ha torpaq sahəsində ümümi sahəsi 68.8 kv.m fərdi yaşayış evindən ibarət əmlakı İddiaçı tam hissədə miras əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən 09 aprel 2024-cü il tarixli, **********40-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0568 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan ümümi sahəsi 68.8 kv.m olan fərdi yaşayış evinə İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar