Məhkəmə qərarları › İş №2(023)-797/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-797/2024

16.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-797/2024 16.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi , Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 qızının iştirakları ilə, Ərizəçi ərizəsinə əsasən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 16 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1961-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, anası X4 psixi qüsurludur, o, "Beyin infarktının nətəcələri, Baş beyin qan dövranının sol beyin yarımkürəsində kəskin işemik tip pozulmasının davamlı qalıq əlamətləri" diaqnozu ilə xəstəlikdən əziyyət çəkir, ona bu xəstəliyi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. X12 hazırda öz hərəkətlərinin mənasını başa düşmür, onunla birlikdə yaşayır, ona qulluq edir. X5 himayəsində olması və ona qulluq etymləsi ilə əlaqədar olaraq dövlət tərəfindən təyin olunan müavinətlərlə təmin olunması məqsədi ilə aidiyyatı dövlət qurumlarına müraciət edərkən, ona həmin müavinətin verilməsi üçün anasının üzərində qəyyum təyin olunmasının vacib olduğunu bildirmişlər. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etmişdir, lakin anasının fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qərarı olmasını bildirdilər. X1 fəaliyyət qabiliyyətinin olmamasına dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X7, anası isə X4 olmaqla, xx.xx.1989-cu ildə doğulmuşdur. AZE seriyalı 08097497 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 11 sentyabr 1982-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X4 - “Beyin infarktının nətəcələri, Baş beyin qan dövranının sol beyin yarımkürəsində kəskin işemik tip pozulmasının davamlı qalıq əlamətləri” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 482 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X4 üzvi xəstəlik nəticəsində demensiya (ağil zəifliyi) XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F01.2 xəstəliyi keçirməsi səbəbindən o, özünü idarə etmək, öz hərəkətlərini dərk etmək iqtidarında deyildir. X4 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X4 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 oğlu olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar