Məhkəmə qərarları › İş №2(023)-813/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-813/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-813/2023 13.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 13 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə JN-352, KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X5 aid hissədə sənədin X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş və bildirmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qaynanası ata adı səhvən Qurban kimi qeyd edilmişdir. Onun adı və ata adı doğum haqqında şəhadətnamədə və bütün sənədlərdə X10r. Həmin dövlət aktında ata adının səhv qeyd edilməsi onun müəyyən sənədləşmənin aparılmasında çətinliklər yaradır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin rəisi məktubla məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, JN-352, KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarına əsasən Qazax rayonun Yuxarı Salahlı kənd sakini X6, X11, Ərizəçi, X7, X8 və X3 mülkiyyətinə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, X4 adında olan texniki səhvlə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. X13 1900-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. X13 04 yanvar 1998-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etmişdir. X6 12 avqust 2010-cu il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə JN-352, KOD 50100108 nömrəli qərarına əsasən Qazax rayonun Yuxarı Salahlı kənd sakinləri X6, X11, Ərizəçi, X7, X8 və X3 mülkiyyətinə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X13 1900-cü il tarixdə Qazax rayonun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Lakin Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə JN-352, KOD 50100108 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında X1 Reyhan Qurban qızı kimi qeyd edilmişdir. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə JN-352, KOD 50100108 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X5 aid hissədə sənədin X9 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə JN-352, KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X5 aid hissədə sənədin X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar