Məhkəmə qərarları › İş №2(023)-815/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-815/2023

12.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-815/2023 12.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) oğlu X1 ağır dərəcəli əqli gerilik İQ 26 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan birinci dərəcəli əlil olduğu səbəbindən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, onların rəsmi nikahdan üç uşaqları doğulmuşdur. xx.xx.2002-ci il tarixdə anadan olmuş X3 onların böyük oğludur. X3 uşaqlıqdan psixi qüsurludur. O sərbəst şəkildə fikir ifadə etməkdə çətinlik çəkir. Fiziki cəhətdən də tam inkişaf etməmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Ş.Quluyev psixi qüsurlu olmaqla birinci dərəcəli əlildir. X1 psixi qüsurlu olması üzündən qulluğa ehtiyacı vardır. Oğlunu qəyyumluğa götürmək üçün müracit etmişlər, orada onlara məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 atası Ərizəçi1, anası isə Ərizəçi2 olmaqla, xx.xx.2002-ci ildə anadan olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 ilə X2 20 may 2002-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Quluyeva soyadı verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X3 - “Ağır dərəcəli əqli gerilik. Ağır dərəcəli əqli gerilik. İQ26. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ26. Kənar şəxsin köməyinə ehtiyacı var.” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X3 həqiqətən İ dərəcəli əlildir. Diaqnoz: “Ağır dərəcəli əqli gerilik. İQ26. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxsin köməyinə ehtiyacı var.” İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 444 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2002-ci il tarixdə anadan olmuş X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, ğz hərəkətlərinin mənasını başa düşmür və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X3 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 X1 valideynləri olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar