Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-820/2024 13.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 qızının iştirakları ilə, Ərizəçi ərizəsinə əsasən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 13 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1957-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuş, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olan, hazırda himayəsində yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, bacısı X7 17 oktyabr 1957-ci il tarixdə Qazax rayonu Kosalar kəndində anadan olmuşdur. Bacısı hazırda onun himayəsində yaşayır. X7 uzun sürən orta dərəcəli əqli gerilik, qulluq müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik İQ diaqnozu ilə xəstəlikdən əziyyət çəkir, ona İİ dərəcəli əlillik təyin edilmişdir. Bacısı Nailə öz hərəkətlərinin mənasını başa düşmür, dərk etmir, onunla birlikdə yaşayır, ona qulluq edir. Nailə kənar şəxsin köməyi olmadan hərəkət edə bilmir. X3 onun himayəsində olması və ona qulluq etməsi ilə əlaqədar olaraq dövlət tərəfindən təyin olunan müavinətlərlə təmin olunması məqsədi ilə DSMF-nin Qazax şöbəsinə müraciət etmiş, həmin müavinətin verilməsi üçün X4 himayəçi təyin olunmasının vacib olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X10, anası isə X6 olmaqla, xx.xx.1964-cü ildə doğulmuşdur. AZE seriyalı 06374101 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Qazax RİHB -nın Kosalar kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 xx.xx.1957-ci il tarixdə doğulmuşdur, hal-hazırda Kosalar kəndində qardaşı Ərizəçi himayəsində yaşayır. X1 xx.xx.2024-cü il tarixli 576 saylı arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X2 Psixiatriya xəstəxanasında ambulatorqeydiyyatdadır. Xəstə uşaqlıqdan əlildir. Diaqnoz F71.1 - Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik. İQ 35%. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 433 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş X7 orta dərəcəli əqli gerilik, davraniş pozuntuları ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərini ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab şəxs hesab edilməlidir. Beləliklə, X7 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-820/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-820/2024
13.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver