Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-83/2024 22.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 22 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 352,67 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Qazax şəhəri N.Nərimanov qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı üzrə abonet sa kodu **********02303-dür. Hazırda o ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanda heç kim yaşamır. Ancaq nadir hallarda həmin evə gedib baş çəkir. Həmin ünvanda sayğac küçədə divardan asılmışdır. O nəzarətçilərin yazdıqları xəbərdarlıq bildirişləri əsasında enerji sərfiyatı üçün hesablanmış məbləği həmişə vaxtında ödəyir. 2022-ci ilin may ayında nəzarətçi ona məxsus sayğacın işləmədiyini demiş, o isə əgər sayğac işləmirsə dəyişdirilməsini nəzarətçiyə bildirmişdir. 12 may 2022-ci il tarixdə Azərişıq ASC-nin əməkdaşları sayğacın daxili qüsurdan dayandığını, keçən enerjini hesablamadığını qeyd edərək AKT tərtib etdilər və dəyişilməli olduğu üçün sayğacı çıxarıb, yenisi ilə əvəz etdilər. Həmin vaxtdan hal-hazıradək qeyd edilən ünvanda yaşamadığı üçün elektrik enerjisindən istifadə edilməmişdir və orada quraşdırılmış sayğacda enerji sərfiyatı barədə hər hansı bir göstəriş yoxdur və ona hər hansı bir xəbərdarlıq bildirişi təqdim edilməmişdir. Təqribən 7-8 ay bundan əvvəl oğlu ona bildirmişdir ki, onun telefonunda N.Nərimanov qəsəbəsində yerləşən evdə quraşdırılmış elektrik sayğacında 352 manat 07 qəpik pul borcu yarandığı göstərilir. Bununla bağlı Azərişıq ASC-nin Qazax rayon elektrik şəbəkəsinin satış şöbəsinə müraciət etdikdə səhv olduğunu, göstərilən borc məbləğinin silinəcəyini ona bildirmişlər. Həmin vaxtdan hazırkı vaxtadək gözləsədə həmin borc məbləği silinməmişdir. Belə olduqda o, şəbəkə rəhbərliyindən müvafiq sənədlərin verilməsini tələb etmişdir. Ona sayğaçın dəyişdirilməsi barədə Aktın surətini və Abonent Haqqında məlumat cədvəlini təqdim etmişlər. Abonent haqqında cədvəlin ikinci səhifəsində xx.xx.2022-ci il tarixdə Yeni tarifin hesablanması barədə akt və enerjidən istidadə qaydalarının pozulmasına dair R 249949 saylı aktlar tərtib edildiyi qeyd edilmişdir. Lakin onun iştirakı ilə heç bir akt və ya protokol tərtib edilməmişdir və ona har hansı bir aktın surəti təqdim edilməmişdir. Onun iştirakı ilə hər hansı bir labaratoriya yoxlaması aparılmamışdır. Toplanmış sənədlərdən də göründüyü kimi onun tərəfindən Elektrik enerjisindən istifadə qaydaları hər hansı bir şəkildə pozulmamışdır. Azərişıq ASC-nin X1 nəzarəti və Satışı idarəsinin Qazax rayon şöbəsi tərəfindən 352 manat 67 qəpik enerji sərfiyyatına görə borcunun yaranmasının səbəbi göstərilməmiş və bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Ona görə də cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona qanunsuz hesablanmış cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qazax şəhəri N.Nərimanov qəsəbəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Onun evinə quraşdırılmış sayğac işləmədiyindən, sayğacı yenisi ilə əvəz etmişlər. Qeyd olunan borc da sayğac dəyişdirildikdən sonra yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli AKT R 249949 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman sayğac daxili qüsurdan dayanmışdır. Xətdən axan yük P=0,8 kvt təşkil edir. "xxxx" ASC-nin AKT Komissiyasının icra vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixli AKT R 249949 saylı akt əsasında 277 gün üçün 3709 kvts miqdarında itirilmiş enerjinin dəyəri 352.67 manat hesabat aparılmışdır. "xxxx" ASC-nin xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək olan abunə haqqında olan çıxarışdan görünür ki, İddiaçı Qazax şəhərində yerləşən ona məxsus **********02303 abunə kodlu sayğaca hesablanmış 352.67 manat cərimə borcu vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin tələbinə görə: istehlakçı - şəxsi təlabatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs, istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satışüçün mal istehsal edən müəssisə, idarə təşkilat və ya sahibkardır. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçılarının qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 2 fevral 2005-ci il tarixli Qərarın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması , enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı Həmin qanunun 7.11-ci bəndində təsbit olunmuşdur ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qanunun 8.17-2.-ci bəndində təsbit olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatıəlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qanunun 8.28-ci bəndində əsasən hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görəödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. Həmin qanunun 9.13-1-ci bəndində təsbit olunmuşdur ki, elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus elektrik sayğacında aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, mübahisələndirilən akt «Elektrik enerjisindən istifadə Qaydaları»na uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus yaşayış evində cavabdehin əməkdaşları tərəfindən yaşayış evinə quraşdırılmış sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçı tərəfindən yarandığını, əmələ gəldiyini sübut etməli olan cavabdeh məhkəməyə bununla bağlı sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 352.67 (üç yüz əlli iki manat 67 qəpik) manat borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-83/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-83/2024
22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver