Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-846/2023 12.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 qızının iştirakları ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1956-cı ildə Qazax rayonu Xeyrımlı kəndində qeydiyyatda olmaqla, Qazax rayonu Qazaxbəyli kəndində yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qazax rayonu Xeyrımlı kəndində qeydiyyatda olmaqla, Qazax rayonu Qazaxbəyli kəndində yaşayır. Onun dörd qardaşı və iki bacısı vardır. Qardaşlarından xx.xx.1956-cı il təvəllüdlü X5 və xx.xx.1963-cü il təvəllüdlü X8 anadangəlmə ruhi xəstədirlər və 2-ci dərəcəli əlil olmaqla onun himayəsindədirlər. Qardaşları ömürlük ikinci dərəcə əlilliyə görə müavinət alırlar. X1 ruhi xəstə olduğundan onun qulluğa ehtiyacı vardır. O, psixi xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan özünü idarə edə bilmir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 atası X6, anası isə X4 olmaqla xx.xx.1956-cı ildə anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X6, anası isə X4 olmaqla xx.xx.1970-ci ildə anadan olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X4 21 dekabr 1957-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Ağalarova soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2015-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X5 – “oliqofreniya imbesillik dərəcə” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 435 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş X5 orta dərəcəli əqli gerilik, davranış pozuntiuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin ölçübbiçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X5 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-846/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-846/2023
12.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver