Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-855/2023 26.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi Mahmudova (Əliyeva) Aynur Koroğlu qızının iştirakı ilə, Ərizəçilər Mahmudova (Əliyeva) Aynur Koroğlu qızı və Cürənova (Əliyeva) Sevda Koroğlu qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Mahmudova (Əliyeva) Aynur Koroğlu qızı və Cürənova (Əliyeva) Sevda Koroğlu qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarına əsasən Qazax rayonu, Daş Salahlı kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin X28, X23, X17, Əliyeva (Cürənova) Sevda Koroğlu qızı, Əliyeva (Mahmudova) Aynur Koroğlu qızı və X13 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN–688A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1, X14 və X9 aid hissədə Cürənova (Əliyeva) Sevda Koroğlu qızına, Mahmudova (Əliyeva) Aynur Koroğlu qızına və X18 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Mahmudova (Əliyeva) Aynur Koroğlu qızı və Cürənova (Əliyeva) Sevda Koroğlu qızı ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə onlara və ailə üzvlərinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin verilməsinə dair JN–688A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X24” əvəzinə “X19” kimi, “X25” əvəzinə “X26” kimi və “X29” əvəzinə “X20” kimi səhv qeyd edilmişdir. X29 24 dekabr 2020-ci ildə ölmüşdür. Halbuki bütün sənədlərində onların adı X24, X25 və X5 qeyd edilmişdir. X24 nikaha daxil olduqdan sonra ərinin “Cürənova” soyadını və X25 nikaha daxil olduqdan sonra ərinin “Mahmudova” soyadını götürmüşdür. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair mülkiyyət sənədinin alınmasında onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi Mahmudova (Əliyeva) Aynur Koroğlu qızı ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi X24 ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və rəisi Ədalət Cabbarov məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1981ci il tarixdə doğulmuş X10 atası X27, anası X15r. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X30 və X24 xx.xx.2012-ci ildə 367 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Cürənova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş X11 atası X27, anası X15r. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X21 və X25 xx.xx.2013-cü ildə 09 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1984-cü ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1988-ci il tarixdə doğulmuş X13 atası X27, anası X15r. İş materiallarında olan AZE seriyalı 01753171 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1988-ci ildə doğulmuşdur. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X29 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan, JN–688A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qazax rayonu, Daşsalahlı kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X3 Elza Mikayıl qızı, X17, X19, X26 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, JN– 688A KOD 50100038 nömrəli Şəhadətnamədə adları göstərilən X19, X26 və X20 həqiqətən Ərizəçi2, Ərizəçi1 və X22r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN–688A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə adları Ərizəçi2, Ərizəçi1 və X5 göstərilsə də, JN–688A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X2, X26 və X4 göstərilmişdir. Şəhadətnamədə göstərilən “X19, X26 və X20” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi2, Ərizəçi1 və X29”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–688A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, doğum, nikah və ölüm haqqında arayışların, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpağın özəlləşdirilməsi və torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–688A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən “X19, X26 və X20”na aid hissədə “Ərizəçi2, Ərizəçi1 və X29”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN–688A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X19, X26 və X20”na aid hissədə “Ərizəçi2, Ərizəçi1 və X29”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-855/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-855/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver