Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-889/2024 16.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 16 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı əsasında Qazax rayonu, Qarapapaq kəndində yerləşən ümumi sahəsi 1.11 ha olan torpaq sahəsinə dair verilmiş JN-824 nömrəli, Kod 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi1, X4 aid hissədə X5 və X10 aid hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, Qazax rayon X21 08 Sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu Qarapapaq kəndi ərazisindən 1.11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş JN-824 nömrəli, Kod 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında “Ərizəçi1”nun adı yanlış olaraq “X19” kimi, “X11”nın adı yanlış olaraq “X12” kimi, “Ərizəçi2”nun adı yanlış olaraq “X17” kimi səhv qeyd edilmişdir. Halbuki onların bütün sənədlərində adları Ərizəçi1, Ərizəçi2 və X2 göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 atası X18, X13 olmaqla xx.xx.1959-cu ildə doğulmuşdur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 atası Ərizəçi1, X14 olmaqla xx.xx.1988-ci ildə doğulmuşdur. Nigah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X30 və X11 xx.xx.2023-cü ildə 70 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Dərgahlı soyadı verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 atası X19, X6 olmaqla xx.xx.1990-cı ildə doğulmuşdur. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. JN-824 nömrəli, Kod 50102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Qiyasbəyli kəndində yerləşən 1.11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X19, X8, X12 və X9 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Ağköynək kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, JN-824 nömrəli, Kod 50102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adı səhvən X19, X8, X12 və X3 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-824 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə və mərhumlara məxsus bütün sənədlərdə “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3” kimi göstərilsə də, JN-824 nömrəli, Kod 50102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında “X19, X8, X12 və X17” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X19, X8, X12 və X17” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-824 nömrəli, Kod 50102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, doğum haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti, nikah haqqında şəhadətnamənin surəti, ərizəçilər tərəfindən özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair alqı-satqı işlərinin aparılması üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən JN-824 nömrəli, Kod 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi1, X4 aid hissədə Xasməmmədova (Dərgahlı) Ramidə Eldar qızına və X10 aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən JN-824 nömrəli, Kod 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi1, X4 aid hissədə Xasməmmədova (Dərgahlı) Ramidə Eldar qızına və X10 aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-889/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-889/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver