Məhkəmə qərarları › İş №2(023)-91/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-91/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-91/2024 23.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi2, Səftərli (Səftərov) Rəşad Cavad oğlu və Əliyeva (Səftərova) Ruziyyə Cavad qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi2, Səftərli (Səftərov) Rəşad Cavad oğlunun və Əliyeva (Səftərova) Ruziyyə Cavad qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 23 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Nümayəndə, Ərizəçi2, Səftərli (Səftərov) Rəşad Cavad oğlu və Əliyeva (Səftərova) Ruziyyə Cavad qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətə verilməsinə dair JN-683 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X18”na aid hissədə Nümayəndə Mədəd oğluna, “X19”na aid hissədə Ərizəçi2, “X20”na aid hissədə Səftərli (Səftərov) Rəşad Cavad oğluna və “X9”na aid hissədə Əliyeva (Səftərova) Ruziyyə Cavad qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Nümayəndə, Ərizəçi2, Səftərli (Səftərov) Rəşad Cavad oğlu və Əliyeva (Səftərova) Ruziyyə Cavad qızı ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon X13 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndində 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair Torpağa Mülkiyyət Hüququna dair JN-683 KOD 50100038 nömrəli Dövlət Aktında onların adı səhv qeyd edilmişdir. Qeyd olunan Dövlət Aktında olan səhvlik həmin torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasında çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi, eyni zamanda ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə JN-683 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X18”na aid hissədə Nümayəndə Mədəd oğluna, “X19”na aid hissədə Ərizəçi2, “X20”na aid hissədə Səftərli (Səftərov) Rəşad Cavad oğluna və “X9”na aid hissədə Əliyeva (Səftərova) Ruziyyə Cavad qızına məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1941-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1941-ci ildə doğulmuş Nümayəndə atası X10, anası X7r. Nikah haqqında arayışdan görünür ki, Nümayəndə və X5 xx.xx.1970-ci ildə 03 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1977-ci ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1977-ci ildə doğulmuş Ərizəçi2 atası Nümayəndə, anası X3r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1983-cü ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü ildə doğulmuş X6 atası Nümayəndə, anası X3r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və X11 xx.xx.2003-cü ildə 54 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1980-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci ildə doğulmuş X12 atası Nümayəndə, anası X3r. Qazax rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına uyğun olaraq soyadını “Səftərov”dan “Səftərli”yə düzəliş edilmişdir. JN-683 KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 1,89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, X4, X15, X16 və X8 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-11-12-21/2-853/2023 saylı arayışından görünür ki, JN- 683 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Nümayəndə, Ərizəçi2, Səftərli (Səftərov) Rəşad Cavad oğlunun və Əliyeva (Səftərova) Ruziyyə Cavad qızının adı səhvən X18, X19, X20 və X2 yazılmışdır və həmin adda Qazax rayonu Daş Salahlı kəndində heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-683 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə adları “Nümayəndə, Ərizəçi2, Səftərli (Səftərov) Rəşad Cavad oğlu və Əliyeva (Səftərova) Ruziyyə Cavad qızı” kimi göstərilsə də, JN-683 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında isə “X18, X19, X20 və X9” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X18, X19, X20 və X9” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Nümayəndə, Ərizəçi2, Səftərli (Səftərov) Rəşad Cavad oğlu və Əliyeva (Səftərova) Ruziyyə Cavad qızı”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN-683 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, doğum və nikah haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpağın alqı-satqı müqaviləsi bağlanması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-683 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının “X18”na aid hissədə Nümayəndə Mədəd oğluna, “X19”na aid hissədə Ərizəçi2, “X20”na aid hissədə Səftərli (Səftərov) Rəşad Cavad oğluna və “X9”na aid hissədə Əliyeva (Səftərova) Ruziyyə Cavad qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon X13 24 mart 1997-ci il tarixli 04 saylı qərarı ilə JN-683 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının “X18”na aid hissədə Nümayəndə Mədəd oğluna, “X19”na aid hissədə Ərizəçi2, “X20”na aid hissədə Səftərli (Səftərov) Rəşad Cavad oğluna və “X9”na aid hissədə Əliyeva (Səftərova) Ruziyyə Cavad qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar