Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-914/2024 26.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, qardaşı X4 anadangəlmə uşaq serebral iflici, tetraplegik formalı xəstəlikdən əziyyət çəkir, ona bu xəstəliyi ilə əlaqədar birinci dərəcəli təyin edilmişdir.Valideynləri vəfat etmişdir.Qardaşı hazırda öz hərəkətlərinin mənasını başa düşmür, onunla birlikdə yaşayır və ona qulluq edir. Qardaşı ona quluq etyməyi ilə əlaqədar olaraq dövlət tərəfindən təyin olunan müavinətlərlə olunmağı məqsədi ilə aidiyyəti dövlət qurumlarına müraciət edərkən və həmin müavinətin verilməsi üçün Anarın üzərində qəyyum (himayəçi) təyin olunmağının vacib olduğunu bildirirlər. Bu məqsədlə Maraqlı şəxsnə müraciət edib, lakin qardaşının əmək fəaliyyət qabiliyyəti olmaması barədə məhkəməyə müraciət etməli olmağı bildirilmişdir.Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 may 2024-cü il tarixli 3-16-5/8-H-69-621/2024 nömrəli doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.1982-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Həmin uşağın atası X3, anası X1r. İş materiallarında olan 21 may 2024-cü il tarixli 3-16-5/8-H-69-620/2024 nömrəli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Həmin uşağın atası X3, anası X1r. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4 uşaq serebral iflici, tetraplegik forma xəstəliyindən əziyyət çəkir. Müddətsiz olaraq birinci dərəcəli əlilldir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 730 nömrəli rəyindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranışpozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranışpozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 07 noyabr 1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 07 noyabr 1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-914/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-914/2024
26.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver