Məhkəmə qərarları › İş №2(023)-92/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-92/2025

27.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-92/2025 27.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, İlk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçıların vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı X32 şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbi barədə iddiasına, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi barədə qarşılıqlı iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X32 şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o mərhum X11 qızdır. Atası xx.xx.2000-ci ildə vəfat etmişdir. Anası İskəndərova (İsmayılova) Gülşən Mustafa qızı isə, xx.xx.1997-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra mülkiyyətində Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən 8-saylı mənzil və həmçinin ona məxsus əmanət kassasında 87129 və 54971 nömrəli əmanət kitabçasında olan pul miras qalmışdır. Mənzilə dair hüquqlar hələ ki, mərhum atasının adında daşınmaz əmlakın dövlət reyestr xidmətində olduğu kimi qalmaqdadır. Atasının vəfatından sonra onun qanun üzrə vərəsələri iş üzrə cavabdehlər və o olmağına baxmayaraq, iş üzrə cavabdehlər (qardaşı və bacısı) onun xəbəri olmadan 2012-ci ildə Qazax rayon Notariat Kontoruna müraciət edərək mərhum atasının vərəsələri kimi yalnız özlərini təqdim edərək, atasından miras qalmış əmlakalarına dair hər birinə bərabər hissədə pay müəyyən edilməsinə dair 328 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2012-ci il tarixli 2V-389 nömrə ilə qeydə alınmış Qanun üzrə X21 Şəhadətnamə almışar. Hesab edir ki, cavabdehlərin adına verilmiş həmin şəhadətnamə qanunsuz və əsassızdır. Belə ki, sorğu əsasında əldə olumnuş Dövlət Notariat Arxivində saxlanılan həmin vərəsəlik işindəki sənədlərin surətindən məlum olur ki, cavabdehlərin adından notariat kontoruna verilmiş ərizələrdə vərəsə kimi onlar yalnız özləri göstərilmiş və mərhumun başqa vərəsəsinin olmadığına dair notariat ofisinə yanlış məlumat verilmişdir. Halbuki, o da miras qoyanın qızıdır və atasından miras qalan əmlaklara cavabdehlər kimi bərabər hüquqa malikdir. Lakin, cavabdehlər bu həqiqəti məqsədli şəkildə gizlətmiş, habelə cavabdehlər həqiqəti əks etdirməyən Rayon İH-nin Qazax şəhər üzrə Nümayəndəsinin xx.xx.2012-ci il, 278 nömrəli, arayışını notariat kontoruna təqdim etməklə, mərhumun ailə üzvü kimi yalnız özlərini göstərmişlər. Bütün bu hallar vərəsəlik işində əks olunur. Onu da qeyd edir ki, o, atası vəfat etməzdən öncə və 2018-ci ilədək atasına məxsus qeyd olunan evdə mənzil qeydiyyatında olmuşdur. Bir sözlə, cavabdehlər doğru olmayan məlumatlar əsasında X32 hüququna dair şəhadətnamə alaraq atasından miras qalan əmlaklara qanunsuz yolla hüquqlar əldə etmiş və onu məqsədli şəkildə atasının varisi olaraq gizlətməklə, miras əmlakdan onu məhrum etməyə çalışmışlar. Bütün bu hallar yəni, cavabdehlərin adına X32 hüququna dair şəhadətnaməsinin olması faktı ona rəsmən Qazax rayon Notariat Ofisinin 08 oktyabr 2024-cü il tarixli, 1031 saylı məktubu əsasında məlum olmuşdur. Daha sonra isə, 09 oktyabr 2024-cü il tarixdə Dövlət Notariat Arxivindən qeyd olunan vərəsəlik işinə dair sənədlərin surətini sorğu edərək aldıqdan və işlə tanış olduqdan sonra, hüquqlarının pozulması ona rəsmən həmin tarixdə məlum olmuşdur. Gösterilən bu hallar onu deməyə əsas verir ki, iş üzrə cavabdehlərin adına verilmiş həmin şəhadətnamə qanuni əsasla verilməmiş ona görə ki, onun vərəsə kimi hüquqları pozulmuşdur. Odur ki, məhkəmə qaydasında həmin şəhadətnamənin ləğvi üçün, habelə atasından vərəsəsi kimi tanınmağı və ondan qalan miras əmlaklara dair payların o və onun digər vərəsələri arasında bərabər hissələrdə müəyyən edilərək bölünməsi üçün hüquqi əsas vardır. Ona görə də, Qazax rayon Notariat Kontoru tərəfindən 328 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2012-ci il tarixdə 2V-B89 reyestr nömrəsi ilə qeydə alınmış, cavabdehlərin adına olan "X32 X7 ləğv edilməsi, onun, 07 oktyabr 2000-ci ildə vəfat etmiş mərhum atası X11 qanun üzrə vərəsəsi kimi tanınmağını, mərhum atası X8 miras qalmış Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən 8-saylı mənzilə dair və ona məxsus əmanət kassasında 87129 və 54971 nömrəli əmanət kitabçasında olan pul vəsaitləri üzərində, payların varislər arasında bərabər hissələrdə müəyyən edilərək bölünməsinə dair, məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun iş üzrə cavabdehləridən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ərizəni onunla əsaslandırmışdırlar ki, İddiaçı onlara qarşı “qanun üzrə X21 vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddianın əsası kimi istinad etdiyi hallarla bağlı göstərmişdir ki, guya Qazax rayon notariat kontorunda xx.xx.2012-ci il tarixdə 328 reyestr nömrəsi ilə qanun üzrə X21 şəhadətnamə verilərkən onun hüquqları pozulmuşdur. Hesab edirlər ki, İddiaçı iddia ərizəsində göstərdikləri tamamilə yalandır və heç bir sübuta söykənmir. Belə ki, atası X19 xx.xx.2000-ci ildə vəfat etmişdir. Sonra ondan miras qalan, Qazax şəhəri N.Nərimanov qəsəbəsi 1 nömrəli evin 8 nömrəli mənzilindən ibarət əmlakı faktiki olaraq onlar qəbul etmişlər. Həmin mənzildə yaşamaqla mənzili idarə etmişlər. Bir sözlə mənzili faktiki cəhətdən yalnız onlar ələ keçirmişlər və ona sahib durmuşlar, mənzilin saxlanması və normal təsərrüfatın aparılması üçün lazım olan hərəkətləri yerinə yetirmişlər. Mənzilin bütün kommunal xərclərini ödəmişlər. X14 isə xx.xx.1999-cu ildə yəni hələ mərhum ataları X1, Qazax rayonu, Aşağı Salahlı kənd sakini X13 ilə nikaha daxil olaraq, həmin kəndə gəlin köçmüş və həmin vaxtdan ər evində yaşamağa başlamışdır. İddiaçı, miras açılandan sonra bir gün də olsun mübahisəli mənzildə yaşamamış, o, mirası nə qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmişdir.Göründüyü kimi miras atasının öldüyü vaxt yəni xx.xx.2000-ci il tarixdə açılmışdır.Bundan əlavə 2012-ci ilin iyul ayında Qazax rayon notariat kontoruna ərizə verməklə, atalarından qalan mirasın bir hissəsini, yəni atalarına məxsus olan əmanət kitabçasındakı müvafiq pul vəsaitlərin qəbul etmək üçün qanun üzrə X21 şəhadətnamə almışlar. Həmin şəhadətnamə qanunverciliyin tələblərinə əməl edilməklə verilmiş, bu zaman qanun pozuntusuna yol verilməmişdir. Onlar atalarından miras qalan mənzlili həm faktiki olaraq qəbul etmişlər, həm də ondan miras qalan əmanət kitabçasındakı müvafiq pul vəsaitlərinə dair X21 şəhadətnamə almaqla, mirasın bir hissəsini qəbul etmişlər. Bu hallar qarşılıqlı iddianın təmin olunması üçün əsasdır. Ona görə də, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia təmin olunmaqla xx.xx.2000-ci ildə vəfat etmiş X9 miras qalan, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinə Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ikidə bir hissədə olmaqla vərəsəlik payı müəyyən edilməsini xahiş etmişdirlər. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmiş ki, iddia tələbini tam müdafiə edirlər. Eyni zamanda, əlavə olaraq hesab edirilər ki, mərhum Əjdər İsgəndərovdan miras qalmış Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən 8saylı mənzilə miras pay hüququ məhkəmə tərəfindən müəyyən edildiyi halda, həmin daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məhkəmənin qətnamədə ayrıca mövqəyinin olması zəruridir. Bu səbəbdən, həmin hissədə iddia tələbinin həcmini artıraraq miras pay üzərində mülkiyyət hüququnun dövlət reyestri xidmətinə qeydiyyata alınmasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı əlavə tələb irəli sürürürlər. İddia tələbi dəlili olaraq həmçinin məhkəmənin diqqətinə əlavə olaraq onu da çatdırır ki, İddiaçı mərhum atasına aid mənzilin olmasını bilsə də, həmin daşınmaz əmlakın məhz mərhum atasının adına mülkiyyət hüququ ilə qeydiyyatına dair əvvəllər rəsmi məlumata malik olmamışdır. Belə ki, iddiaçıya, atası X23 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydiyyatına dair rəsmi məlumat vəkil soğrusu əsasında məhkəməyə müraciət etməzdən bir neçə gün öncə məlumatlı olmuşdur. Həmin sorğuya cavab iş materiallarında mövcuddur.Bundan əlavə, iddiaçının atasının adına əmanət kitabçası ilə (bankda) pul vəsaitinin olması barədə bundan öncə nə şifahi, nə də ki, rəsmi məlumat malik olmamışdır. Bu barədə iddiaçı məhkəməyə veridyi izahatında da bildirmişdir. İddiaçı, X32 X7 olması barədə ilk dəfə 2024-cü ilin sonunda Qazax notariat ofisinə müraciəti zamanı şifahi olaraq məlumat əldə etmiş. Belə ki, ona vərəsəlik işinin Dövlət Notariat Arxivində olması ilə bağlı notariat ofisindən məktub verilmişdir. Yalnız bundan sonra, iddiaçı vəkil sorğusu əsasında X22 müraciət edərək vərəsəlik işini edərək X32 X7 məzmunu ilə rəsmən tanış olmuşdur. Bundan əvvəl iddiaçıya qeyd olunan hallar yəni şəhadətnamə və ya daşınmaz əmlakın rəsmən atasının adına mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyatı məlum olmamışdır. Qüvvədə olan Mülki Məcəllənin tələbindən çıxış edərək (Maddə: 178.1) bildiririk ki, daşınmaz əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. X23 qeyd olunan daşınmaz əmlakla bağlı hüquqlarının reyestrdə dövlət qeydiyyatına dair iddiaçıda əvvəllər rəsmi məlumatı olmamışdır. Bu konteksdən çıxış edərək mirasın qəbulu şərtləri və müddətləri ilə bağlı qanunvericiliyin göstərişləri iddiaçıya şamil edilə bilməz və ona görə iddiaçı digər qanun üzrə vərəsələrlə bərabər pay hüququna malikdir. Miras əmlak üzərində vərəsələrin bərabər şəkildə pay hüququna malik olmasına hüquq verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Tələbi: Göstərilənlərlə yanaşı, eyni zamanda qeyd olunan miras əmlaklara dair X32 qaydada məhz bərabər hissədə pay hüququnun müəyyən edilərək tanınması ilə bağlı iddia tələbimizin hüquqi əsası kimi aşağıdakı maddi hüquq nomrasını da, Məhkəmənin diqqətinə çatdırır. Qeyd olunanları nəzərə alaraq, Qazax rayon Notariat Kontoru tərəfindən 328 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2012-ci il tarixdə 2V-389 reyestr nömrəsi ilə qeydə alınmış, cavabdehlərin adına olan "X32 X7 ləğv edilməsi; İddiaçı 07 oktyabr 2000-ci ildə vəfat etmiş mərhum atası X11 qanun üzrə vərəsəsi kimi tanınmağı; mərhum atası X8 miras qalmış Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən 8-saylı mənzilə dair və ona məxsus əmanət kassasında 87129 və 54971 nömrəli əmanət kitabçasında olan pul vəsaitləri üzərində, payların varislər arasında bərabər hissələrdə müəyyən edilərək bölünməsinə dair; mərhum atasından miras qalmış, Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən 8-saylı mənzilə İddiaçı və digər vərəsələrin bərabər hissədə paylarına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsinə dair; məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun iş üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 miras qalan, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinə Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ikidə bir hissədə olmaqla vərəsəlik payı müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, atası 2000-ci il tarixdə vəfat etmişdir. Atası qardaşı ilə birlikdə yaşayırdı. Bacısı Lalə evlənməmiş və Kosalarda uçastka deyilən yerdə yaşayırdı. O, 1999-cu ildən ailəlidir və ər evində yaşamışdır. Sonradan səhətində problem olduğundan Bakı şəhərində yaşamışdır. 2018-ci ilə kimi həmin mübahisəli mənzildə qeydiyyatda olmuşdur. Sonradan öz istəyi ilə həmin evin qeydiyyatından çıxıb qaynatasının evinə qeydiyyata düşmüşdür. Belə ki, qaynatasının evi əldən çıxmaması səbəbindən həmin evə qeydiyyata düşmüşdür. Atasının əmanət kitabçasında hansı məbləğdə pul vəsaitinin olması barəsində heç bir məlumatı olmamışdır. Qardaşı Sabir ona deyirdi ki, bütün sənədləri özü həll edəcəkdir. Atası vəfat etdikdən sonra atasından qalan evdə qardaşı Sabir və bacısı Lalə yaşamışdır. Atası vəfat edəndən sonra 5-6 il qardaşı Sabir həmin evdə yaşamışdır. Lalə isə bir il yaşadıqdan sonra Kosalara köçmüşdür. Lakin hazırda həmin evi kirayə vermişlər. Atasının əmanət kitabçasından 2024-cü ilin avqust ayında xəbəri olmuşdur. Belə ki, başqa şəxsdən qardaşının evi özgəninkiləşdirdiyini öyrənmişdir. Sonradan notariusa müraciət etmiş və ona şifahı bildirmişlər ki, atasından qalan mirasa vərəsəlik işi açılmışdır. Sonradan Bakı şəhərində arxivdən araşıdırma aparanda vərəsəlik işinin iş materiallarında atasının əmanət kitabçasından məlum olmuşdur. Mənzil atasının adına olmuşdur. Atasının vəfatından sonra vərəsəliyin açılması barədə müraciət etməmişdir. Atası vəfat edəndən sonra həmin evdə yaşamamışdır. Odur ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, Qazax rayon notariatına müraciət edən zaman şifahı bildirdilər ki, mirasdan vərəsəlik işi açılıb və X32 şəhadətnaməsi verilmişdir. Şəhadətanamədə yalnız iki şəxsin vərəsəsi olması qeyd edilmişdir. İddiaçı həmin mənzildə məcburi payı vardır. Həmçinin qeyd edti ki, mərhum 2000-ci il tarixdə vəfat etmiş, lakin vərəsəlik işi 2012-ci il tarixdə acılmış və ən əsasıda vərəsəlik mənzilə aid hissədə deyil əmanət kassasına dair hissədə açılmışdır. İddiaçı əmanət kassasında 2024-cü il tarixdə arxivə sorğu vermişdir. Həmçinin qeyd edir ki, Cavabdeh1 ailəlidir və nədənsə onun ailəsi həmin mübahisəli evdə qeydiyyatda deyilər. İddia tələbini müdafiə edərək, hesab edir ki, iddia tələbi həm faktiki həm hüquqi əsalarlar kifayət qədər dədlillərlə təqdim etmişlər, hüquq normalarını məhkəmənin diqqətinə çatdırmışlar. Ədalət baxımından mərhumun üç övladı var və demək olmaz ki, bir övladı paydan mərhum edilsin. İş üzrə cavabdehlər 12 il sonra vərəsəliklə bağlı müraciət etmişlər və İddiaçı bildirməmişlər. Cavabdehlər əmanəti götürmək üçün vərəsəlik almışlar, belə ki, banka müraciət edən zaman vərəsəlik işi istəmişlər. Mənzilnən bağlı isə qeyd edir ki, onlara sonradan məlum olmuşdur ki, mənzil 1992-ci il tarixdən mərhumun adına mülkiyyət hüququna dair qeydiyyata alınmışdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenum qərarında məhkəmənin diqqətinə çatdırır. Belə ki, Mülki Məcəllənin 1246 və 1273.1-ci maddəsinin şərh edilməsinə dair məhkəmənin mövqəyi rəhbər tutular. Əgər miras əmlak mərhumun adındadırsa miras üç varis arasında bölünməlidir. Odur ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçıların vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, mərhumun vəfatından sonra Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan fakitiki olaraq qəbul etmişlər və istifadə etmişlər. Belə ki, cavabdehlər mirasın bir hissəsini qəbul etmişlər və şəhadətnamə almışlar. Həmçinin komunal xərcləri ödəmişlər və təsərrufatını normalı şəkildə həyata keçirmişlər. Şəhadətnamənin ləgvi ilə bağlı qeyd edir ki, şəhadətnamə verilərkən heç bir qanun pozuntusu olmamışdır. Belə ki, notarius vərəsəlik işini açılan zaman müəyyən olunmuş ki, mirası Cavabdeh1 və Cavabdeh2 sahiblik etmişlər və fakitiki sahib olmuşlar. Onlardan başqa heç kim vərəsəliklə bağlı ərizə ilə müraciət etməmişdir. Onların mənzilə dair payları müəyyən edilməlidir. Hazırkı, tələblə tərəflər arasında mübahisə olduğundan notariusda məhkəməyə müraciət edilməsini bildirmişlər. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Qazax rayon Notariat ofisinin nümayəndəsi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, ilkin iddiaçını və onun nümayəndəsini, qarşılıqlı iddiaçıların nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirdi ki, tərəflər onun qonşusudur. X19 2000-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra Cavabdeh1 və bacısı Lalə həmin evdə yaşamışlar və onlardan başqa heç kim o, evdə yaşamamışdır. Sabirin dörd övladı var və onlar Qazax şəhərində fəaliyyət göstərən internat məktəbinə gediblər. Hazırda Sabir və X3 qalan həmin evdə yaşamırlar, lakin teztez həmin evə gedib gəlilər. Əvvələr evi kirayə verirdilər. Hazıra evdə heç bir kirayəçi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, tərəflər onun qonşusudur. X19 2000-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra Cavabdeh1, onun yoldaşı Mehriban və bacısı Lalə, həmin evdə yaşamışlar və onlardan başqa heç kim o, evdə yaşamamışdır. İddiaçı 1999-cu illərdə ailə həyatı qurmuş və ər evinə köçmüşdür. Hazırda Sabir və X3 qalan həmin evdə yaşamırlar, lakin tez-tez həmin evə gedib gəlilər. Əvvələr evi kirayə verirdilər.Hazırda evdə heç bir kirayəçi yoxdur. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1966-cı ildə Qazax şəhərində anadan olmuş, ata qrafasında X19, ana qrafasında isə X4 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax rayon Notariat ofisinin məktubundan görünür ki, mərhum X12 miras əmlaka dair xx.xx.2012-ci il tarixli, 2V389 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi rəsmiləşdirmişlər. İş materiallarında olan 1992-ci il tarixli texniki pasportun surətindən görünür ki, X11 adına Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən 8-saylı mənzil vardır. İş materiallarında olan reyestr kitabı 1/39, inventar işi nömrəsi 2298 olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən üç otaqlı ümumi sahəsi 67,2 kvm, ö cümlədən yaşayış sahəsi 44 kvm olan mənzil X12 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Qazax rayon Notariat ofisinə müraciət edərək X12 əmanət kassasında olan puldan ibarət olan əmlaka X21 şəhadətnamə verilməsini xahiş etmiş, ondan başqa Cavabdeh2 başqa vərəsə olmadığını qeyd etmişdir. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 15 avqust 1969-cu ildə anadan olmuş, ata qrafasında X19, ana qrafasında isə X4 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 Qazax rayon Notariat ofisinə müraciət edərək X12 əmanət kassasında olan puldan ibarət olan əmlaka X21 şəhadətnamə verilməsini xahiş etmiş, ondan başqa Cavabdeh1 başqa vərəsə olmadığını qeyd etmişdir. İş materiallarında olan AZ seriyalı 688695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1962-ci ildə anadan olmuş, ata qrafasında X19, ana qrafasında isə X4 qeyd edilmişdir. İş materiallarında olan AZ seriyalı 001829 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı 298558 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1936-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, X19 xx.xx.1936cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 2578 saylı arayışdan görünür ki, X19 vəfat edənədək Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 1 mənzil 8də yaşamışdır. Ölümünə qədər və ölümündən sonra həmin evdə yaşayan Cavabdeh2 və Cavabdeh1 olmuşdur. İş materiallarında olan 87129 saylı əmanət kitabçasında görünür ki, X12 əmanət kassasında puldan ibarət olan əmlakı vardır. İş materiallarında olan 54971 saylı əmanət kitabçasında görünür ki, X12 əmanət kassasında puldan ibarət olan əmlakı vardır. İş materiallarında olan qanun üzrə X21 şəhadətnamədən görünür ki, 07.10.200-ci il tarixdə vəfat etmiş X12 vərəsələri Cavabdeh1 və Cavabdeh2 olması qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, İddiaçı və X13 xx.xx.1999-cu il tarixdə rəsmi qaydada vlənmişlər. Cavabdeh1 təqdim etdiyi Qazax kommunal müəssisələri kombinatının məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərindən görünür ki, X12 adına olan ünvanda 2023-2024-cü illər üzrə ödənişlər edilmişdir. Cavabdeh1 təqdim etdiyi Qazax mənzil istismar sahəsinin xx.xx.2013-cü il tarixli mədaxil qəbzindən görünür ki, X12 adına olan mənzilə ödəniş edilmişdir. Cavabdeh1 təqdim etdiyi Qazax mənzil istismar sahəsinin xx.xx.2009-cü il tarixli mədaxil qəbzindən görünür ki, X12 adına olan mənzilə ödəniş edilmişdir. Cavabdeh1 təqdim etdiyi Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Su 15 saylı ünvanında olan mənzilə Əjdər İsgəndərov (AA*******) ilə “Azəriqaz” İB arasında akt rəsmiləşdirilmişdir. Cavabdeh1 təqdim etdiyi Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Su 15 saylı ünvanında olan mənzilə Əjdər İsgəndərov (AA*******) ilə “Azəriqaz” İB arasında akt rəsmiləşdirilmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mərhum X11 və İskəndərova (İsmayılova) Gülşən Mustafa qızının övladıdır. X20 xx.xx.2000-ci ildə, İskəndərova (İsmayılova) Gülşən Mustafa qızı isə, xx.xx.1997-ci ildə vəfat etmişlər. X20 vəfat etdikdən sonra mülkiyyətində Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən 8-saylı mənzil və həmçinin ona məxsus əmanət kassasında- 87129 və 54971 nömrəli əmanət kitabçasında olan pul miras qalmışdır. Mənzilə dair hüquqlar hələ ki, mərhum X11 adında daşınmaz əmlakın dövlət reyestr xidmətində olduğu kimi qalmaqdadır. X11 vəfatından sonra Cavabdeh2 və Cavabdeh1 mərhumdan miras qalmış evdə yaşayaraq mirasın bir hissəsinə faktiki sahibliyi həyata keçirdiklərindən 2012ci il tarixdə Qazax rayon Notariat Kontoruna müraciət edərək mərhum X11 vərəsələri kimi, atalarından miras qalmış əmlaklarına dair hər birinə bərabər hissədə pay müəyyən edilməsinə dair 328 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2012-ci il tarixli 2V-389 nömrə ilə qeydə alınmış Qanun üzrə X21 Şəhadətnamə almışdılar. İddiaçı hesab edir ki, cavabdehlərin adına verilmiş həmin şəhadətnamə qanunsuz və əsassızdır. Dövlət Notariat Arxivində saxanılan həmin vərəsəlik işindəki sənədlərin surətindən məlum olur ki, cavabdehlərin adından notariat kontoruna verilmiş ərizələrdə vərəsə kimi onlar yalnız özləri göstərilmiş və mərhumun başqa vərəsəsinin olmadığına dair notariat ofisinə yalnış məlumat verilmişdir. Halbuki, o da miras qoyanın qızıdır və atasından miras qalan əmlaklara cavabdehlər kimi bərabər hüquqa malikdir. X19 xx.xx.2000-ci ildə vəfat etdikdən sonra ondan miras qalan, Qazax şəhəri N.Nərimanov qəsəbəsi 1 nömrəli evin 8 nömrəli mənzilindən ibarət əmlakı faktiki olaraq Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Həmin mənzildə yaşamaqla mənzili idarə etmişlər. Mənzili faktiki cəhətdən yalnız onlar ələ keçirmişlər və ona sahib durmuşlar, mənzilin saxlanması və normal təsərrüfatın aparılması üçün lazım olan hərəkətləri yerinə yetirmişlər. Mənzilin bütün kommunal xərclərini ödəmişlər. X14 isə xx.xx.1999-cu ildə yəni hələ mərhum X2, Qazax rayonu, Aşağı Salahlı kənd sakini X13 ilə nikaha daxil olaraq, həmin kəndə gəlin köçmüş və həmin vaxtdan ər evində yaşamağa başlamışdır. İddiaçı, miras açılandan sonra bir gün də olsun mübahisəli mənzildə yaşamamış, o, mirası nə qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmişdir. Bundan əlavə 2012-ci ilin iyul ayında Cavabdeh1 və Cavabdeh2 Qazax rayon notariat kontoruna ərizə verməklə, atalarından qalan mirasın digər hissəsini, yəni atalarına məxsus olan əmanət kitabçasındakı müvafiq pul vəsaitlərin qəbul etmək üçün qanun üzrə X21 şəhadətnamə almışlar. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Mülki işin məhkəmədə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, hazırda İddiaçı qanun üzrə X21 şəhadətnamə"nin ləğv edilməsini, qanun üzrə vərəsəsi kimi tanınmasını və mirasın vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi xahiş etmişdir. Lakin İddiaçı X8 qalmış mirasın qəbul edilmiş hissəsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, iddianın əsaslılığını sübuta yetirmək və buna dair dəlilləri məhkəməyə təqdim etmək iddiaçının vəzifəsidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin və 29-cu maddəsinin 1, 2 və 5-ci hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1133.1-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə görə X32 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) X32 zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Həmin Məcəllənin 1166-ci maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176.1-ci maddəsinə görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X32 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1201-ci maddəsinə görə əgər məcburi pay almaq hüququ olan şəxsə onun X32 zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın X32 zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X32 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Lakin məcburi pay hüququ olan şəxslər həmin paylarını mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində həyata keçirməlidirlər. Beləki, Qazax şəhəri N.Nərimanov qəsəbəsi 1 nömrəli evin 8 nömrəli mənzilindən ibarət əmlakı faktiki olaraq Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Həmin mənzildə yaşamaqla mənzili idarə etmişlər. Mənzili faktiki cəhətdən yalnız onlar ələ keçirmişlər və ona sahib durmuşlar, mənzilin saxlanması və normal təsərrüfatın aparılması üçün lazım olan hərəkətləri yerinə yetirmişlər. Bundan sonra 2012-ci ilin iyul ayında Cavabdeh1 və Cavabdeh2 Qazax rayon notariat kontoruna ərizə verməklə, atalarından qalan mirasın digər hissəsini, yəni atalarına məxsus olan əmanət kitabçasındakı müvafiq pul vəsaitlərin qəbul etmək üçün qanun üzrə X21 şəhadətnamə almışlar. Eyni zamanda mülki işin bütün hallarından görünür ki, iddiaçı heç bir miras açıldığı vaxtdan etibarən mirası qəbul edilməsi barədə notariat ofisinə ərizə ilə müraciət etməmiş, həmin əmlaka sahiblikdə və ya idarə edilməsində iştirak etməmişdir. Hətta İddiaçı özü məhkəmə iclasılarında izahat verən zaman qeyd etmişdir ki, ataları X20 vəfat edən zaman və vəfatından sonra ondan miras qalmış mənzildə Cavabdeh1 və Cavabdeh2 yaşamışlar. Bundan başqa məhkəmə qeyd edir ki, qarşılıqlı iddia təmin edilməlidir belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair» 22 aprel 2014-cü il Qərarında Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmçinin məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı X32 şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbi barədə ilk iddiası təmin edilməməli, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi təmin edilməli və xx.xx.2000-ci il tarixdə vəfat etmiş X9 miras qalmış, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinin 1/2 hissəsinə Cavabdeh1, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh2 payı müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı X32 şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbi barədə iddiasına dair ilk iddiası təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi barədə qarşılıqlı iddiası təmin edilsin. xx.xx.2000-ci ildə vəfat etmiş X9 miras qalmış, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinin 1/2 hissəsinə Cavabdeh1, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. Məhkəmədə ilk iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar