Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-990/2024 13.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Qazax Rayon Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X14 qarşı vərəsəliyin müəyyən edilməsi tələbi barədə mülki işə 01 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Qazax Rayon Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 Azad Ziyad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası mərhum X4 miras qalmış Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87.40 kvadratmetr olan fərdi yaşayış evindəki payı hissəsinə, atası mərhum X8 və anası mərhum X4 miras qalmış Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 2.17529 və 0.35523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 mart 1999-ci il tarixdə vəfat etmiş mərhum atası X8 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 2.17529 və 0.35523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları miras qalmışdır. 10 mart 2024-cü il tarixdə vəfat etmiş mərhum anası X4 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 2.17529 və 0.35523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən arayış əsasən Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87.40 kvadratmetr olan fərdi yaşayış evində olan ümumi birgə payı miras qalmışdır. Bu əmlaklar onların ümumi birgə mülkiyyətlərindədir. Valideyinlərinin sağlığında və eləcədə vəfatından sonra bu əmlakları o, idarə etmiş və bu əmlaklar onun istifadəsində olmuşdur. Əmlakı varis olaraq o, idarə və istifadə edərək sahiblənib və bununla da miras əmlakı qəbul etmişdir. Cavabdeh mirası qəbul etməmişdir.O, Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə verib. Qazax rayon Notariat Ofisindən 05 iyun 2024-cü il tarixli məktub verilərək bildirilmişdir ki, cavabdehlə aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət edilməlidir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Hansı ki, mirası o qəbul edib. Bu miras əmlaklardan da tam olaraq o, miras payı almalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qazax Rayon Notariat Ofisinin notariusu Gülnar İsmayılova məktub ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X19 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 05 iyun 2024-cü il tarixli, 570 saylı məktublardan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakın bölüşdürülməsinə dair sizinlə digər vərəsə Cavabdeh2 arasında mübahisə olduğu bildirilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışın surətindən görünür ki, İddiaçı atası X15, anası X9 olmaqla xx.xx.1976-ci il tarixdə Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuşdur. Doğum haqqında arayışın surətindən görünür ki, X19 atası X15, anası X9 olmaqla xx.xx.1970-ci il tarixdə Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuşdur. Doğum haqqında arayışın surətindən görünür ki, Cavabdeh2 atası X15, anası X9 olmaqla xx.xx.1972-ci il tarixdə Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuşdur. Doğum haqqında arayışın surətindən görünür ki, X17 atası X15, anası X9 olmaqla xx.xx.1969-cu il tarixdə Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuşdur. Qazax RİHB-nın Aşağı Salahlı kənd İƏD üzrə nümayəndəliyininv verdiyi xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X9 ölən günə kimi Qazax rayonu Aşağı Salahlı kəndində yaşamışdır. Ölənə kimi onunla yaşayan və yaşamağa davam edən İddiaçı qalmışdır. Nikah haqqında şəhadətnamədən görünür ki, X15 və X5 arasında 20 may 1968-ci ildə 07 saylı nikah akt qeydi tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 2.17529 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü ildən ********** qeydiyyat nömrəsi ilə ümumi birgə İddiaçı, Cavabdeh2, X9 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 0.35523 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü ildən ********** qeydiyyat nömrəsi ilə ümumi birgə İddiaçı, Cavabdeh2, X9 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ölüm haqqında arayışın surətindən görünür ki, X9 10 mart 2024-cü il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 20 mart 1999-cu il tarixdə ölmüşdür. X12 xx.xx.2024-cü ildə notariat kontoruna ərizə ilə müraciət edərək, xx.xx.1999-cu il tarixdə vəfat etmiş atası X8 irs qalmış yaşayış (ev,mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X12 xx.xx.2024-cü ildə notariat kontoruna ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X4 irs qalmış yaşayış (ev,mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X19 xx.xx.2024-cü ildə notariat kontoruna ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X4 irs qalmış yaşayış (ev,mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X19 xx.xx.2024-cü ildə notariat kontoruna ərizə ilə müraciət edərək, xx.xx.1999-cu il tarixdə vəfat etmiş atası X8 irs qalmış yaşayış (ev,mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. Cavabdeh2 xx.xx.2024-cü ildə notariat kontoruna ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X4 irs qalmış yaşayış (ev,mənzil və otaq) qeyriyaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. Cavabdeh2 xx.xx.2024-cü ildə notariat kontoruna ərizə ilə müraciət edərək, xx.xx.1999-cu il tarixdə vəfat etmiş atası X8 irs qalmış yaşayış (ev,mənzil və otaq) qeyriyaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, 20 mart 1999ci il tarixdə vəfat etmiş mərhum atası X8 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 2.17529 və 0.35523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları miras qalmışdır. 10 mart 2024-cü il tarixdə vəfat etmiş mərhum anası X4 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 2.17529 və 0.35523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən arayış əsasən Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87.40 kvadratmetr olan fərdi yaşayış evində olan ümumi birgə payı miras qalmışdır. Bu əmlaklar onların ümumi birgə mülkiyyətlərindədir. Valideyinlərinin sağlığında və eləcədə vəfatından sonra bu əmlakları iddiaçı idarə etmiş və bu əmlaklar onun istifadəsində olmuşdur. Əmlakı varis olaraq iddiaçı idarə və istifadə edərək sahiblənib və bununla da miras əmlakı qəbul etmişdir. Həmçinin cavabdeh və üçüncü şəxslərə məhkəməyə ərizə təqdim edərək miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci middəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdr İddiaçının atası X13 münasibətdə tərəflər arasında mübahisəli mülki hüquq münasibətlər (mirasın açılması) 2000-ci ilin sentyabr ayının 1-dək yarandığından, həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. X2 münasibətdə tərəflər arasında mühahisəli mülki hüquq münasibətlər (mirasın açılması) 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmaldır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X15 və X1 onlarla yaşamış oğlu İddiaçı öldükdən sonra da əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Digər varislər məhkəməyə ərizə ilə müraciət edərək X15 və X4 miras qalmış əmlakdan imtina etdiklərini bildirmişlər. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X15 və X4 miras qalmış Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 2.17529 və 0.35523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payı hissəsinə və miras qoyan X4 miras qalmış Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87.40 kvadratmetr olan fərdi yaşayış evində olan payı hissəsinə İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən X15 və X4 miras qalmış Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 2.17529 və 0.35523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payı hissəsinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən arayış əsasən X4 miras qalmış Qazax rayonu Aşağ Salahlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87.40 kvadratmetr olan fərdi yaşayış evində olan payı hissəsinə İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-990/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-990/2024
13.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver