Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-994/2024 02.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 02 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 1 2 saylı qərarına əsasən Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilməsinə dair JN- 692A KOD 50100018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 avqust 1997- ci il tarixil 10 nömrəli qərarına əsasən Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yerləşən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilməsinə dair JN:490 KOD 50100018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X17”na aid nissədə xx.xx.2015-ci ildə vəfat atası X18 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi 6 nəfərdən ibarət ailə üzvlərinin və Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yerləşən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onunla birlikdə 8 nəfərdən ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.X6 xx.xx.2004-cü il tarixdə, atası X19 isə xx.xx.2015-ci ildə vəfat etmişdir.Sözügedən həyətyanı torpaq sahəsinə dair JN-692A KOD 50100018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN:490 KOD 50100018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə və Dövlət Aktında ailə üzvləri göstərilən hissədəki 1-ci sırada mərhum atası X10 atasının adı səhvən “Məhəmməd” kimi göstərilmişdir. Halbuki, babamın adı Məmməddir.Hazırda həmin torpaq sahələrinə dair çıxarış alaraq, vərəsəlik qaydasında mirası qəbul etmək istəyirəm, lakin bu texniki səhvin ucbatından ala bilmir.Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. X9 onların babalarıdır. Babalarının adı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə səhv yazılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. X9 onların babalarıdır. Babalarının adı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhv yazılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Mərhum X7 babasıdır. Zahidin babasının adı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhv olaraq Məhəmməd yazılmışdır.Amma onun əsl adı Məmməddir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, Ərizəçi onun xalası oğludur. Mərhum X7 babasıdır. Zahidin babasının adı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhv olaraq Məhəmməd yazılmışdır.Amma onun əsl adı Məmməddir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, şahidi dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin vəkilinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Ərizəçi atası X19 anası isə X11r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2015-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2004-cü ildə ölmüşdür. JN–490 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 4.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, Ərizəçi, X26, X22, X20, X27 və X21 mülkiyyətinə verilmişdir. JN–692A KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi X17, Ərizəçi, X28, X20, X27 və X21 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Aslanbəyli kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş xx.xx.2024-cü il tarixli 5-58-4-12-21/2-347/2024 və 5-58-4-12-21/2-346/2024 saylı arayışlardan görünür ki, JN–692A KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X2 adı səhvən X17 və JN–490 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X4 adı səhvən X8 yazılmışdır və həmin adda Qazax rayonu Aslanbəyli kəndində heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Qazax rayonu Aslanbəyli kəndində yerləşən 0,22 həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN–692A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Qazax rayonu Aslanbəyli kəndində yerləşən 4.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN- 490 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum atasının bütün sənədlərində adı “X19” kimi göstərilsə də, JN–490 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X5 kimi və JN–692A KOD 50100058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X17” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X17” ilə ölüm arayışında və digər sənədlərdə göstərilən “X19”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN– 490 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–692A KOD 50100058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, ölüm haqqında şəhadətnamə ərizəçi tərəfindən mərhum atasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–490 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X3 aid hissənin “X19”na və JN–692A KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissənin “X19”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–490 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X3 aid hissənin “X19”na və JN–692A KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissənin “X19”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-994/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-994/2024
02.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver