Məhkəmə qərarları › İş №2(023)-999/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-999/2023

06.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-999/2023 06.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil Fəxrəddin oğlunun iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə 06 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1988-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş, hazırda onun himayəsində yaşayan X1n fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, X8 ilə 2006-cı ildə ailə quraraq xx.xx.2008-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı üç övladları doğulmuşdur. X2 psixi qüsurludur, o, “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyi ilə əlaqədar ona birinci dərəcəli əlillik təyin edilmişdir. X.S.Yaqubova hazırda öz hərəkətlərinin mənasını başa düşmür, onunla birlikdə yaşayır, qulluğa ehtiyacı vardır. X1 qəyyumluğa götürmək üçün Qazax Rayon İcra Hakimiyyətinə müracit etmişdir, orada ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X8 06 noyabr 2008-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X8 - “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X8 həqiqətən İ dərəcəli əlildir. Diaqnoz: “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı”. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 557 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X8 hazırda xroniki psixi xəstəlik olan Şizofreniya paranoid forma, qüsur vəziyyəti XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F20.0 xəstəliyi keçirdiyindən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında deyildir., bu səbədən o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X8 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X8 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Yaqubov Ərizəçi Xəyalə Sozalı qızının əri olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10.xx.xx.1988-ci təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar