Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-103/2023 17.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı Jorayeviçin və X8 etibarnamə üzrə nümayəndəsi X2, X3 Baqratoviçin iştirakı ilə. İddiaçılar İddiaçı Jorayeviçin, X13 və X8 cavabdehlər Cavabdeh1 və Qax rayon notariat ofisinə qarşı “buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və ataları X6 miras qalmış Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Qax rayonu Xələftala kəndində olan 0.06 ha və 0.19 ha həyətyanı torpaq sahəsindən özlərinə düşən payın mülkiyyətlərinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı Jorayeviç, X21 və X14 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və ataları X6 miras qalmış Qax rayonunun Qaxbaş kəndində yeləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Qax rayonu Xələftala kəndində olan 0.06 ha və 0.19 ha həyətyanı torpaq sahəsindən özlərinə düşən payın mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, iddiaçı X21 əvvəlki məhkəmə iclasına gəlməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, İddiaçı Jorayeviç, X14 və cavabdehlər Cavabdeh1 və Qax rayon notariat ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, iddiaçılar İddiaçı və Amiran Papiaşvilinin etibarnamə üzrə nümayəndəsi X15 gəlmiş, cavabdehlər Cavabdeh1 və Qax rayon Notariat ofisinin notariusu isə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı Jorayeviçin, X13 və X8 və Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Qax rayon Notariat ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında iddiaçılar İddiaçı Jorayeviçin, X13 və X8 etibarnamə üzrə nümayəndəsi X15 iddianı müdafiə etmişdir. İddiaçılar İddiaçı Jorayeviç, X21 və X14 iddia ərizəsində göstərmişlər ki, mərhum ataları X16 anası X15 xx.xx.1970-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Jora Papiaşvili xx.xx.1999-cu ildə ölmüşdür. Onlar mərhum Jora Papiaşvilinin vərəsələridir. X1 Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qax rayonu Xələftala kəndində yerləşən 0.06 ha və 0.19 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaklar miras qalmışdır. Onlar mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilməmiş, elə hesab etmişlər ki, mərhum atasının vərəsələri olduqları üçün istədiyi vaxt mirası qəbul edə bilərlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və ataları X6 miras qalmış Qax rayonunun Qaxbaş kəndində yeləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Qax rayonu Xələftala kəndində olan 0.06 ha və 0.19 ha həyətyanı torpaq sahəsindən özlərinə düşən payın mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı Jorayeviç və X8 etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı X21 izahatında göstərmişdir ki, mərhum atası Jora Papiaşvili xx.xx.1999-cu ildə ölmüşdür. O, Jora Papiaşvilinin vərəsəsidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və X1 miras qalmış Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Qax rayonu Xələftala kəndində olan 0.06 ha və 0.19 ha həyətyanı torpaq sahəsindən özünə düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını və iddia ərizəsini nəzərdən keçirib, iddiaçıların etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-834, KOD 40309028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.17 ha torpaq sahəsi X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-027C, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Xələftala kəndində yerləşən 0.19 ha torpaq sahəsi X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-027H, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Xələftala kəndində yerləşən 0.06 ha torpaq sahəsi X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 13 noyabr 2019cu il tarixli № 05/76-646/69 saylı nikah haqqında Arayışın təsdiq olunmuş surətindən görünür ki, X16 X2 nikahları 02 aprel 1970-ci ildə rəsmi qeyd edilmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 11 yanvar 2022-ci il tarixli № 05/76-04/69 saylı Arayışdan görünür ki, X19 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İşə əlavə edilmiş AZ-T № 223050 saylı doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 atası X20, anası isə X5. İşə əlavə edilmiş AZ-T № 223051 saylı doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X20, anası isə X5. İşə əlavə edilmiş АЗ-T № ******* saylı doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 atası X20, anası isə X5. İşə əlavə edilmiş Seriya AZE № 07170286 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X14 Qax rayonu Qax-İngiloy kəndində yaşayır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu Qax-İngiloy kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 07170286 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X18 Qax rayonu Qax-İngiloy kəndində yaşayır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 1347 saylı arayışdan görünür ki, X11 Qax rayonu Xələftala kəndində yaşayır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 1342 saylı arayışdan görünür ki, X10 X15, X14, İddiaçı, X18 və X12 ibarət vərəsələri vardır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-834, KOD 40309028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.17 ha torpaq sahəsi X10, Cavabdeh1, X9 və X17 ümumibirgə, JN-027C, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Xələftala kəndində yerləşən 0.19 ha torpaq sahəsi X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə, JN-027H, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Xələftala kəndində yerləşən 0.06 ha torpaq sahəsi X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmişdir. X19 xx.xx.1999-cu il tarixdə ölmüş, onun X15, X14, İddiaçı, X18 və X12 ibarət vərəsələri qalmışdır. Jora Papiaşvilinin 4 nəfər vərəsəsi olduğu nəzərə alınarsa ondan miras qalmış əmlaklardan iddiaçılara düşən pay ¼ hissə təşkil edir. İddiaçılar mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədikləri üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişlər ki, mərhum valideyinlərinin yeganə vərəsəsi olduqları üçün istədikləri vaxt mirası qəbul edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçıların mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə tədqiqi zamanı iddiaçıların izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, mirasqoyan şəxs iddiaçıların atası X19 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X19 xx.xx.1999-cu il tarixdə vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) müddəaları əsasında həll edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı); - 101 -ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. -527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. -528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21 -ci maddəsində göstərilən gün hesab olunur. -530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. - 532-ci maddəsinə əsasən qanun uzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. - 552-ci maddəsinin 1-ci hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 552-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 müddətində edilməlidir. - 552-ci maddəsinin 4-cü hissəsinə əsasən yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. - 552-ci maddəsinin 5-ci hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 556-cı maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. - 563-cü maddəsinin 1-ci hissəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü məhkəmə qaydasında aparılır. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-834, KOD 40309028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyəinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.17 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissə, JN-027C, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Xələftala kəndində yerləşən 0.19 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissə, JN-027H, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Xələftala kəndində yerləşən 0.06 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı Jorayeviç, X21 və X14 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində iddiaçılar İddiaçı Jorayeviç, X21 və X8 hər birinin ¼ hissə qanun üzrə payı müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-834, KOD 40309028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyəinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.17 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissə, JN-027C, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Xələftala kəndində yerləşən 0.19 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissə, JN-027H, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Xələftala kəndində yerləşən 0.06 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı Jorayeviç, X21 və X14 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-834, KOD 40309028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyəinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.17 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissə, JN-027C, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Xələftala kəndində yerləşən 0.19 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissə, JN-027H, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, Cavabdeh1 və X9 və X17 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Xələftala kəndində yerləşən 0.06 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissəsi üzərində iddiaçılar X7 hər birinin ¼ hissə qanun üzrə miras payı müəyyən edilsin və həmin paylar iddiaçılar İddiaçı Jorayeviç, X21 və X8 mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-103/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-103/2023
17.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver