Məhkəmə qərarları › İş №2(024)-103/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-103/2024

25.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-103/2024 25.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Qax rayon Notariat Ofisinə qarşı 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X3 eyni şəxs olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Qax rayon Notariat Ofisinə qarşı 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X3 eyni şəxs olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Qax rayon Notariat Ofisinin notariusu məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Qax rayon Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, o, Qax şəhəri H.Əliyev pr bina 17 mənzil 4 də yaşayır. Ona 14 sentyabr 1991-ci il tarixdə X6 Qax şəhəri 20 Yanvar küçəsi, ev 17, mənzil 4-də yerləşən evini vəsiyyət etmişdir. X7 08 iyul 1995-ci il tarixdə vəfat etmişdir.O həmin vaxtdan evdə ailəsi ilə birlikdə yaşayır.Hazırda vəsiyyət üzrə payını almaq istəyərkən ona məlum oldu ki, 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə X7 əvəzinə səhvən X10 kimi yazılmışıdır.DƏDRX-dən Çıxarış almaq istədikdə sənədlərdə olan ad fərqi səbəbindən əməliyyat etməkdən imtina etmişdir. Həmin sənədlərdə olan fərqlər ona öz hüququnu həyata keçirməyə imkan vermir. Belə ki, 25 avqust 1981ci il tarixdə X15 İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X7 ilə eyni şəxsdir. Belə olduğu halda o məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X3 eyni şəxs olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. X1 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X3 eyni şəxsdir. X2 oğlu məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X3 eyni şəxsdir. İş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Qax şəhər İƏD-nin verdiyi 05 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Qax şəhəri H.Əliyev pr bina 17 mənzil 4 də yaşayır. İş materiallarında olan Qax şəhər İƏD-nin verdiyi 05 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə səhvən X3 yazılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət olunması üçün 100(yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ona 14 sentyabr 1991-ci il tarixdə X8 Qax şəhəri H.Əliyev pr ev 17, mənzil 4 də yerləşən evini vəsiyyət etmişdir. X7 08 iyul 1995-ci il tarixdə vəfat etmişdir.O həmin vaxtdan evdə ailəsi ilə birlikdə yaşayır.Hazırda vəsiyyət üzrə payını almaq istəyərkən ona məlum oldu ki, 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə X7 əvəzinə səhvən X10 kimi yazılmışıdır.DƏDRX-dən Çıxarış almaq istədikdə sənədlərdə olan ad fərqi səbəbindən əməliyyat etməkdən imtina etmişdir. Həmin sənədlərdə olan fərqlər ona öz hüququnu həyata keçirməyə imkan vermir. Belə ki, 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X7 ilə eyni şəxsdir. Belə olduğu halda o məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan mötəbər sübutlarla yanaşı şahid ifadələri ilə 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X3 eyni şəxs olması faktı sübuta yetirilmişdir. Ona görə də, həmin fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 25 avqust 1981-ci il tarixdə X12 Sovetinin İcraiyyə komitəsi tərəfindən verilmiş 10 saylı orderdə yazılmış X10 ilə Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 334292 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X7 və xx.xx.1991-ci il tarixdə verilmiş 1C-139 reystr nömrəli vəsiyyətnamədə yazılmış X4 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar