Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-12/2023 11.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı X15, Cavabdeh, X2 iştirakı ilə. İddiaçı X6 Cavabdeh qarşı “buraxılmış prosessual müddətin bərpası, atası X13 miras qalan Qax şəhəri, A.Məmmədov küçəsi, ev 24 A yerləşən fərdi yaşayış evindən, həyətyanı sahədən və qardaşı X9 miras qalan Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı X15 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, atası X13 miras qalan Qax şəhəri, A.Məmmədov küçəsi, ev 24 A yerləşən fərdi yaşayış evindən, həyətyanı sahədən və qardaşı X9 miras qalan Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X15 iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etmişdir. İddiaçı X15 iddia ərizəsində göstərmişdir ki, o Qax şəhərində yaşayır. Atası X20 xx.xx.2019-cu il tarixdə, qardaşı X19 xx.xx.2012-ci ildə ölmüşdür. Atası X13 Qax şəhəri, A.Məmmədov küçəsi, ev 24 A yerləşən fərdi yaşayış evi, həyətyanı sahəsi, qardaşı X9 Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Atası öldükdən sonra onlar həmin mirası idarə etsələr də, hazırda bacısı X15 atasından onlara düşən payın onlara verilməsini istəmir. Bundan əlavə qardaşı X9 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən də pay tələb edir. Aralarında problemlər olduğu üçün mirası qəbul edə bilmirlər. Mirası qəbul etmək üçün Qax rayon Notariat ofisinə müraciət etsələr də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, atası X13 miras qalan Qax şəhəri, A.Məmmədov küçəsi, ev 24 A yerləşən fərdi yaşayış evindən, həyətyanı sahədən və qardaşı X9 miras qalan Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X15 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı X4 bacısıdır. Mərhum atası X13 miras qalan Qax şəhəri, A.Məmmədov küçəsi, ev 24 A yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı sahədən və qardaşı ukri Ortaraşvilidən miras qalmış həyətyanı torpaq sahəsindən ibarət miras əmlaklardan onlara düşən pay özlərinə verilmişdir. Miras əmlakın qalan hissəsi isə açıqda saxlanılmışdır. İddianı qəbul edir, təmin edilməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********48-10301 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Aydın Məmmədov küçəsi, ev24A, Yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X5, 1/3 hissəsi X16, 1/3 hissəsi isə X10 paylı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********3810301 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin 1/3 hissəsi X5, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi isə X14 paylı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(024)-75/2022 saylı qətnaməsinə əsasən Reyestr nömrəsi **********48- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X16 mülkiyyətinə verilmiş ünvan 3 ünvanında 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73.70 kv.m olan fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsindən və Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətinə verilmiş Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaklara vərəsəlik açılması və həmin miras əmlakları qəbul etmək üçün iddiaçılar Cavabdeh və X5 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılması, Reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X16 mülkiyyətinə verilmiş ünvan 3 ünvanında 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73.70 kv.m olan fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsindən və Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətinə verilmiş Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakların hər biri üzərində iddiaçılar Cavabdeh və X5 hər birinin payları 1/3 hissə olmaqla müəyyən edilməsi və iddiaçıların mülkiyyətlərinə verilməsi, miras əmlakların qalan hissəsi açıqda saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X17, Cavabdeh və X6 atası X20, anası isə X7. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 07 iyun 2022-ci il tarixli № 05/76-195/69 saylı Arayışdan görünür ki, X14 nikah haqqında Akt qeydləri aşkar olunamışdır. İşə əlavə edilmiş AZ-İİ № 055034 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşə əlavə edilmiş AZ-İİ № 513141 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 2869 saylı Arayışından görünür ki, X15 ünvan 3 ünvanında yerləşir. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 2867 saylı Arayışından görünür ki, mərhum X3rı X15, Cavabdeh və X11 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 2868 saylı Arayışından görünür ki, mərhum X14 bacıları X15, Cavabdeh və X11 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Reyestr nömrəsi 4**********48-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 73.70 kv.m olan fərdi yaşayış evi X16, Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir. X20 xx.xx.2019-cü, X18 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X3rı, X14 isə bacıları Cavabdeh, X17 və X8 ibarət vərəsələri qalmışdır. İddiaçı hazırda mərhum atası və qardaşından miras qalmış əmlaklardan ona düşən payı tələb edir. X20 və X14 3 vərəsəsi olduğundan onlardan miras qalmış əmlaklardan iddiaçıya düşən pay 1/3 hissə təşkil edir. Cavabdeh və X17 miras əmlaklardan özlərinə düşən payı qəbul etmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atası və qardaşıının vərəsəsi olduğu üçün onlardan miras qalmış əmlaklardan özünə düşən payı istədiyi vaxtı qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2-İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X16 mülkiyyətinə verilmiş ünvan 3 ünvanında 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73.70 kv.m olan fərdi yaşayış evinin Şio Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsinin və 0.08 ha həyətyanı torpaq sahəsinin Şio Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsinin və Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətinə verilmiş Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin Nukri Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün iddiaçı X15 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı, həmin miras əmlakların hər biri üzərində iddiaçı X6 payı tam olmaqla müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X16 mülkiyyətinə verilmiş ünvan 3 ünvanında 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73.70 kv.m olan fərdi yaşayış evinin Şio Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsinin və 0.08 ha həyətyanı torpaq sahəsinin Şio Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsinin və Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətinə verilmiş Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin Nukri Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün iddiaçı X15 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X16 mülkiyyətinə verilmiş ünvan 3 ünvanında 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73.70 kv.m olan fərdi yaşayış evinin Şio Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsinin və 0.08 ha həyətyanı torpaq sahəsinin Şio Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsinin və Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətinə verilmiş Qax şəhəri, A.Məmmədov küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin Nukri Otaraşvilinin paylı mülkiyyətində olan 1/3 hissəsindən ibarət miras əmlaklar üzərində iddiaçı X1 üzrə miras payı tam olaraq müəyyən edilsin və iddiaçı İndira Otaraşvilinin mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-12/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-12/2023
11.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver