Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-164/2023 19.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlu, İddiaçı oğlunun Cavabdeh və üçüncü şəxs Qax rayon notariat ofisinin xüsusi notariusuna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsini nəzərdən keçirib Müəyyən etdim: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu Tasmalı kəndində yerləşən əmlak (fərdi yaşayış evi və torpaq sahəsi) barəsində bağlanılan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM- nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Belə ki, məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz X1 və “ExpressPay” Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə uyğun olmalı, ‘digər hər hansı formada ödəniş qəbzləri qəbul edilməməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən iş materiallarına dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli və iddia ərizəsinə əlavə edilmiş sənədlərin natarial qaydada təsdiq edilmiş surətləri əlavə edilməmişdir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Bütün bu hallara görə iddia ərizəsi geri qaytarılmalı, İddiaçı oğluna Göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı oğlunun Cavabdeh və üçüncü şəxs Qax rayon notariat ofisinin xüsusi notariusuna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair’’ iddia ərizəsi geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqularının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Qax Rayon məhkəməsinə şikayət verilə bilər. H akim: Malik Qaray ev.
Məhkəmə qərarları › İş №2(024)-164/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-164/2023
19.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver