Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-190/2023 25.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mərhum atası X1 miras qalmış torpağa mülkiyyət hüququna dair JN-0386, KOD 40310005 saylı Dövlət Aktına əsasən onun qanuni mülkiyyəti olmuş 0.47 ha torpaq sahəsi ilə bağlı itirilmiş müddətin bərpa edilməsi və miras əmlakda onun payının tam olaraq müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X1 miras qalmış torpağa mülkiyyət hüququna dair JN-0386, KOD 40310005 saylı Dövlət Aktına əsasən onun qanuni mülkiyyəti olmuş 0.47 ha torpaq sahəsi ilə bağlı itirilmiş müddətin bərpa edilməsi və miras əmlakda onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini, Rusiya Federasiyasına getməsi ilə əlaqədar üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X4 xx.xx.2009-cu ildə ölmüşdür. Onun vəfatından sonra torpağa mülkiyyət hüququna dair JN-0386 nömrəli KOD 40310005 saylı Dövlət Aktına əsasən qanuni mülkiyyəti olmuş 0.47 ha torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Atasının vəfatından sonra mirası faktiki qəbul etmiş və təsərrüfatı idarə etmişdir. Digər vərəsə olan qardaşı Cavabdeh mirası qəbul etməmiş, həmçinin mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişdir. X9 notariat orqanına müraciət edərək mirası qəbul etmədiyini, digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir. X10 Eldarovna xx.xx.2011-ci ildə ölmüşdür. O, atasından miras qalmış əmlak üzərində öz payının tam olaraq müəyyən edilməsini istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum atası X1 miras qalmış torpağa mülkiyyət hüququna dair JN-0386, KOD 40310005 saylı Dövlət Aktına əsasən onun qanuni mülkiyyəti olmuş 0.47 ha torpaq sahəsi ilə bağlı itirilmiş müddətin bərpa edilməsi və miras əmlakda onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, işin faktiki hallarına və işdə olan sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0386, KOD 40310005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayonu Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsi X2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş İX-ЖГ № 343098 nömrəli doğum haqqında şəhadənamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X4, anası isə X3. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 115 saylı arayışdan görünür ki, X2 oğulları İddiaçı və Cavabdeh ibarət vərəsələri vardır. İşə əlavə edilmiş Cavabdeh imzasının həqiqiliyi notarat qaydada təsdiq olunmuş ərizədən görünür ki, o mərhum atası X1 miras qalan Qax rayonu Qaxmuğal kəndində yerləşən 0.47 ha pay torpağını ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir. İşə əlavə edilmiş AZ-İ № 369323 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2009-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ № 474887 saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Seriya AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Əzizov X5 rayonu, Xırdalan şəhəri, 28 məhəllə, ev 14, mənzil 73-də qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 8-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi 02 fevral 2023-cü il tarixli № 68 saylı məktubundan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0386, KOD 40310005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. X4 xx.xx.2009-cu ildə ölmüş, onun İddiaçı oğu və Cavabdeh ibarət vərəsələri qalmışdır. X2 arvadı Zemfira Əzizova isə xx.xx.2011-ci ildə ölmüşdür. Həmin vərəsələrdən Cavabdeh mərhum atası Cahangir Əzizovdan miras qalan əmlakı ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum anasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-0386, KOD 40310005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2 mülkiyyətinə verilmiş Qax rayonu Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0386, KOD 40310005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2 mülkiyyətinə verilmiş Qax rayonu Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-0386, KOD 40310005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2 mülkiyyətinə verilmiş Qax rayonu Qaxmuğal kəndində yerləşən 0.47 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-190/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-190/2023
25.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver