Məhkəmə qərarları › İş №2(024)-199/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-199/2025

22.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-199/2025 22.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qax Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: Ərizəçi maraqlı şəxs Qax Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsinə dair ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 01 dekabr 1960-ci il tarixdə anadan olmuş Qax şəhəri, Ə.Cavad küçəsi ev 6-da qeydiyyatda olan X4nun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 01 dekabr 1960-cı il tarixdə anadan olmuşdur. X4 17 may 1977-ci il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Əmisinin xəstəliyi orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusudur. X2 1996-ci il tarixdən bu zamana qədər o baxmışdır, ondan başqa heç kimi yoxdur. Əmisi Polad subaydır. Əmisi doğulduğu gündən xəstə olmuşdur. O, hazırda istəyir ki, onu qəyyumluğa götürsün. Bununla bağlı Qax rayon İcra Hakimiyyətinə müraciət etsələr də, orada məhkəməyə müraciət etməyi məsləhət gördülər. Dəfələrlə müalicəyə aparsalar da heç bir xeyri olmamışdır, qardaşı X15 özünün öz hərəkətlərinin hərəkətlərinin mənasını anlaya bilmir və ya öz hərəkətlərini idarə edə bilmir. Psixi qüsurun mövcudluğu aydın görsənir. O, Şəki RPX-na əmisinin xəstəlik kağızları ilə bağlı müraciət etmiş, lakin həkim ona həmin sənədləri təqdim etməmiş, orada qeydiyyatda olması ilə bağlı arayış təqdim etmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, iddia ərizəsinə oxşar məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Qax Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, İcra Hakimiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Qax rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X21 tərəfindən verilmiş 235 №li, 18 aprel 2025-ci il tarixli rəydən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X9 «ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ» (F 71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlanndan geri qalması, orta ümümtəhsil məktəbində təhsil almaması, xəstəliyi ilə əlaqədar ona İ dərəcəli əlillik təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, yaddaş və intellekt funksiyalarının xeyli aşağı olması və sair) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə: xx.xx.1960-ci ildə doğulmuş X9 hər hansı psixi xəstəlik və ya anlaqlılığı istisna edən psixi pozuntu varmı? Cavab: xx.xx.1960-ci ildə doğulmuş X15 orta dərəcəli əqli gerilik, davranış pozuntulan ilə xəstəlikiyindən əziyyət çəkir. X15 məhkəməpsixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən anlaqlı olub-olmaması sualı cavablandırılmır. 2-ci sual: xx.xx.1960-ci ildə doğulmuş X15 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: xx.xx.1960ci ildə doğulmuş X15 orta dərəcəli əqli gerilik, davranış pozuntulan ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına deyildir. 3-cü sual: xx.xx.1960-ci ildə doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilərmi? Cavab: xx.xx.1960-ci ildə doğulmuş X12 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli №05/09/S/004009-25 №li arayışdan görünür ki, X15 barəsində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X8 atası X16 (vəfat etmişdir), X10 (vəfat etmişdir), X17 (vəfat etmişdir), X13, X1, X18 və X3 ibarət ailə tərkibi olmuşdur. İ-JQ 482682 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X14r. Şəki Rayon Psixiatriya Xəstəxanasının 06 yanvar 2025-ci il tarixli, 05 №li arayışdan görünür X15 həqiqətən də 17 may 1977-ci il tarixdən Şəki rayon Psixiatriya xəstəxanasının dispanser qeydiyyatındadır. Qax rayon İHB-ın Qax şəhər İƏDÜ nümayəndəlyinin verdiyi 2205 №li, 28 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X6 şəhər Ə.Cavad küçəsi, ev 6-da qeydiyyatda olmaqla həmin ünvada yaşayır. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair ərizəçinin izahatını dinləyib, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Tətbiq edilən hüquq: Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məsələnin həlli onun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunmasından keçir ki, bu da psixiatriya sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. Həmin Məcəllənin 319-cu maddəsində də həmin işlərə baxılmasının prosessual qaydalarından biri kimi müəyyən olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən X5 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən rəylə onun öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq ekspert rəyi sübut növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 101.7-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X26 tərəfindən verilmiş 235 №li, 18 aprel 2025-ci il tarixli ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, X8 fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar vardır. Ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 01 dekabr 1960-cı il tarixdə doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizənin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar