Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-215/2024 04.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4 ə-1128 reyestr nömrəli bağışlama müqaviləsi və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********74 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1136 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********16 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1135 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********17 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1137 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********15 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o özünə məxsus olan Qax şəhəri, Məmmədəli Məmmədov küçəsi, 66 saylı evi qızı Cavabdeh1 və həmin ünvanda yerləşən 0.1 ha torpaq sahəsinin ½ hissəsini Cavabdeh1, ½ hissəsini isə Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş və həmin müqavilə əsasında DƏDRX-də xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq **********74-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan başqa o özünə və ailə üzvlərinə məxsus olan Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.3162 ha olan torpaq sahəsini qızı Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş və həmin müqavilə əsasında DƏDRX-də xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq **********16 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin özünə və ailə üzvlərinə məxsus olan Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsini qızı Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş və həmin müqavilə əsasında DƏDRX-də xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq **********17 reyestr nömrəli çıxarış verilmişdir. Eyni zamanda o özünə və ailə üzvlərinə məxsus olan Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 2.05 ha olan torpaq sahəsini qızı Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş və həmin müqavilə əsasında DƏDRX-də xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq **********15 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra bütün ailə üzvləri onu tərk etmiş, ona baxmamışlar. X9 da, heç bir əsaslı səbəb olmadan evdən çıxıb getmişdir. O, məcbur olub Qax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladları Türanə Rəşidovadan, Cavabdeh1, Dəyanət Abidlidən və Cavabdeh2 aliment tələb etmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-548/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Dəyanət Abidlidən və Cavabdeh2 hər ay sabit pul məbləğində hər birindən 150 manat miqdarında aliment tutulub ona verilməsi qərara alınmışdır. Eyni zamanda Qax Rayon Məhkəməsinin 2(024)-688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Türanə Rəşidovadan hər ay 100 manat və Cavabdeh1 hər ay 200 manat sabit pul miqdarında aliment tutulub ona verilməsi qərara alınmışdır. Həmçinin Qax Rayon Məhkəməsinin 2(024)- 615/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 42 illik həyat yoldaşı X6 ilə aralarında olan nikah pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1128 reyestr nömrəli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********74 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1136 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********16 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1135 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********17 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1137 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********15 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, heç olmasa qızı Cavabdeh1 bağışladığı Qax şəhəri, Məmmədəli Məmmədov küçəsi, 66 saylı evin bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Çünki arvadından boşanmışdır. Gələcəkdə ailə qurarsa övladlarının onu həmin evdən çıxarması ehtimalı vardır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4-ə 1128 nömrəli Bağışlama müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin ½ hissəsini Cavabdeh1, ½ hissəsini isə Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsli və **********74 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin ½ hissəsini Cavabdeh1, ½ hissəsi isə Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4ə-1136 saylı Bağışlama müqaviləsindən görünür ki, İddiaçı, X4, Cavabdeh1, X6 və X2 rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.3162 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.3162 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4ə-1135 saylı Bağışlama müqaviləsindən görünür ki, İddiaçı, X4, Cavabdeh1, X6 və X2 rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsi verilmişdir. Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4ə-1137 saylı Bağışlama müqaviləsindən görünür ki, İddiaçı, X4, Cavabdeh1, X6 və X2 rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 2.05 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 2.05 ha olan torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4ə-1128 nömrəli Bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin ½ hissəsini Cavabdeh1, ½ hissəsini isə Cavabdeh2 bağışlamış, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsli və **********74 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin ½ hissəsini Cavabdeh1, ½ hissəsini isə Cavabdeh2 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4ə-1136 saylı Bağışlama müqaviləsinə əsasən İddiaçı, X4, Cavabdeh1, X6 və X2 rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.3162 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamış, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.3162 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4ə-1135 saylı Bağışlama müqaviləsinə əsasən İddiaçı, X4, Cavabdeh1, X6 və X2 rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamış, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində təsdiq olunmuş 4ə-1137 saylı Bağışlama müqaviləsinə əsasən İddiaçı, X4, Cavabdeh1, X6 və X2 rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 2.05 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamış, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Əmircan kəndi ərazisində yerləşən ümumi sahəsi 2.05 ha olan torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İddiaçı həmin müqavilələrin və müqavilələr əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Hazırki iş üzrə cavabdehlə Cavabdeh1 və Cavabdeh2 hədiyyəni qəbul etmişlər. İddiaçı iddia tələbində qeyd etdiyi bağışlama müqavilələrinin aldadılma yolu və yaxud iradə əleyhinə bağlanılması ilə bağlı mübahisələndirməmiş, həmin əmlakları övladlarına öz istəyi ilə bağışladığını, sadəcə olaraq hazırda övladlarının ona baxmadıqları üçün həmin müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürmüşdür. Həmin müqavilələrin məzmunundan görünür ki, müqavilə tərəflərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmiş və hər iki tərəf müqavilənin şərtlərini qəbul edərək imzalamışlar. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Beləliklə işin araşdırılan halları, iddiaçının izahatı və iş materialları ilə sübuta yetirilmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqavilələrinin etibarsızlığı üçün heç bir əsas yoxdur. Tələbin “həmin müqavilələr əsasında ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsi”nə dair hissəsi ilə bağlı hesab edir ki, həmin tələblər birinci tələblərdən, yəni bağışlama müqaviləlkərinin etibarsız hesab edilməsi tələbindən törəmə tələb olduğuna və sübuta yetirilmədiyinə görə həmin hissələrdə də iddia rədd edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notariat hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinəə sasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddsəinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1128 reyestr nömrəli bağışlama müqaviləsi və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********74 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1136 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********16 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1135 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********17 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1137 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********15 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1128 reyestr nömrəli bağışlama müqaviləsi və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********74 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1136 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********16 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1135 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********17 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə, xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş 4ə-1137 reyestr nömrəli bağışlama müqaviləsinin ona aid hissədə və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq verilmiş **********15 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-215/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-215/2024
04.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver