Məhkəmə qərarları › İş №e-2(3-8)-766/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-766/2026

20.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-766/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı mülki iş üzrə (müqavilə münasibətlərdən irəli gələn mübahisələr, podrat müqaviləsi üzrə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin hüquqi nəticələrinin tətbiqi xüsusiyyətləri) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh cavabdeh1, onun nümayəndəsi və vəkili vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. İcraçı cavabdeh2 MMC ilə payçı İddiaçı arasında bağlanılmış ##.##.2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17-ci mərtəbədə yerləşən ***A nömrəli mənzili payçıya verməyi, payçı isə bunun müqabilində mənzilin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

2. cavabdeh2 MMC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17ci mərtəbədə yerləşən 2 otaqdan ibarət ***A nömrəli mənzilin dəyəri olan 30944 manat pul İddiaçı tərəfindən ödənilmişdir və MMC-yə borcu yoxdur.

3. İcraçı cavabdeh2 MMC ilə payçı cavabdeh1 Bəhmən qızı arasında bağlanılmış ##.##.2022-ci il tarixli ***A nömrəli mənzil tikintisi haqqında müqavilədən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət ***A nömrəli mənzili payçıya verməyi, payçı isə bunun müqabilində mənzilin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

4. cavabdeh2 MMC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17ci mərtəbədə yerləşən 2 otaqdan ibarət ***A nömrəli mənzilin dəyəri olan 50284 manat pul cavabdeh1 Bəhmən qızı tərəfindən ödənilmişdir və MMC-yə borcu yoxdur.

5. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin cavab məktubundan görünür ki. cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz hərəkətlərinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır. İstintaq materiallarından görünür ki, cavabdeh2 MMC-nin təsisçisi X6 və direktoru X3 tərəfindən həmin Cəmiyyətin ünvan 3 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının A (4-cü) girişi mansard mərtəbəsində yerləşən sahəsi 77,36 m² olan ***A nömrəli mənzil ## #### 2022-ci il tarixli müqavilə əsasında İddiaçı adına, ## ######## 2022-ci il tarixli müqavilə əsasında isə cavabdeh1 Bəhram qızının adına rəsmiləşdirilmişdir. İstintaqın hazırkı mərhələsində qeyd edilən xüsusat üzrə İddiaçı və cavabdeh1 Bəhram qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Habelə cinayət işinin materiallarında olan ## #### 2022-ci il və ## ######## 2022-ci il tarixli müqavilələrin həqiqiliyi istintaq araşdırma predmetinə aid olduğundan həmin sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi məqsədəuyğun hesab olunmur.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, “xxxx" MMC-nin inşa etdiyi binada adında olan və Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilən 4cü blok, 17-ci mərtəbədə yerləşən 77,36 kv.m. ümumi sahəsindən ibarət olan 2 (iki) otaqlı ***A nömrəli mənzildən və pay hüququndan imtina edir, həmin pay hüquqlarının satılmasına, müqaviləyə xitam verilməsinə, MMC-yə geri qaytarılmasına və cavabdeh1 Bəhmən qızının adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır.

7. “xxxx” ASC tərəfindən verilmiş abonentin saldosundan görünür ki, abonent kodu 011416600011411 olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən cavabdeh1 Bəhmən qızının yaşadığı mənzilə dair elektrik enerjisindən istifadəyə görə 2024-cü ilə dair borcu yoxdur.

8. “Azəriqaz” İB tərəfindən verilmiş abonentin saldosundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən cavabdeh1 Bəhmən qızı yaşadığı mənzilə dair ##.##.2023-cü ildə quraşdırılmış sayğac üzrə təbii qazdan istifadə edir.

9. “xxxx” ASC tərəfindən verilmiş abunə kartından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən cavabdeh1 Bəhmən qızı yaşadığı mənzilə dair ##.##.2023 cü ildə quraşdırılmış sayğac üzrə sudan istifadə edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən yeni tikilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində yerləşən 77.36 kv.m.-dən ibarət ***A saylı mənzilə (mansard) dair cavabdeh1 Bəhmən qızının adına yazılmış müqavilənin etibarsız sayılması, ünvan 2 ünvanda yerləşən yeni tikilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində yerləşən 77.36 kv.m.-dən ibarət ***A saylı mənzilin (mansard) boşaldılaraq ona təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının cavabdeh cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə Abşeron rayonunda fəaliyyət göstərən cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 arasında (təsisçi X6) bağlanmış və ## #### 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində 77.36 kv.m.-dən ibarət 141 A №-li mənzilin (mansard) qiyməti hər kv.m. üçün 400 manat olmaqla cəmi 30944 manata iddiaçıya satılmışdır. Göstərilən məbləğ tam olaraq iddiaçı tərəfindən nağd şəkildə MMC-yə ödənilmiş və bu barədə müvafiq “Maliyyə arayışı” verilmişdir. Həmin maliyyə arayışında İddiaçı 30944 manat pulu cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyi təsdiq edilmişdir. İddiaçı İddiaçı Ucar rayonunda yaşayır və tez-tez tikintiyə gəlmək və işin gedişi ilə maraqlanmaq imkanı məhdud olduğu üçün telefonla həm direktor Rafiq Tağıyev və həm də təsisçi Fəxrəddin Hüseynovla mütəmadi olaraq əlaqə saxlamış, onlar da öz növbələrində tikintidə heç bir problemin olmadığını hər dəfə ona bildirmişlər. Bundan başqa, iddiaçının mənzili binanın 17-ci mərtəbəsində yerləşdiyi və liftin olmamağı da mənzilə vaxtlı-vaxtında baş çəkməyə imkan verməmişdir. Hər dəfə mənzillə maraqlandıqda və mənzilə baxış keçirilən zaman cavabdeh2 MMC şirkətinin məsul şəxslərindən icazə alınmışdır. 2023 cü ilin əvvəllərində İddiaçı cavabdeh2 MMCnin direktoru Rafiq Tağıyev və təsisçisi Fəxrəddin Hüseynov ilə görüşüb mənzilin təmiri üçün müraciət etmiş, iddiaçını mənzilin sahibi kimi tanıdıqları üçün mənzilə daxil olmağa və istədiyi vaxt təmir işləri apara biləcəyinə icazə vermişlər. Bundan sonra mənzilə onun tərəfindən giriş qapısı qoyularaq qıfılla bağlanmışdir. Lakin 2023-cü ilin təxminən noyabr ayında mənzildə təmir işləri aparmaq məqsədilə baxmaq üçün çıxanda artıq mənzilin qapısının dəyişirildiyinin, təmir olunaraq kirayənişinlərin yaşadığının şahidi olmuşdur. Kirayəşıinlər vasitəsiylə evin sahibi kimi özünü təqdim edən İlham adlı şəxsi taparaq mənzilin onun olduğunu bildirsə də, tanımadığı həmin şəxs də mənzili bir müddət əvvəl Rafiq Tağıyevdən aldığını, daha dəqiq 45000 manatlıq tikinti materialları ilə barter etdiyini, təmir edib kirayə verdiyini bildirmişdir. Tərəflərindən mənzilə sahiblik və istifadə hüququnun bərpa edilməsi və həmin mənzilin boşaldılaraq təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət olunmuş, lakin məhkəmə prosesində məzilin tamam başqa şəxs vasitəsiylə əldə olunduğu müəyyən edildiyi üçün iddianın baxilmamış saxlanması barədə ərizə verilmişdir. Aparılmış araşdırılmalarla müəyyən etmişlər ki, mənzil İddiaçı tərəfindən ## #### 2022-ci il tarixdə 30944 manata alınmasına baxmayaraq, həmin mənzil 2 ay 20 gündən sonra, ## ######## 2022 ci ildə cavabdeh1 Bəhmən qızına 50284 manata guya cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X3 tərəfindən müqavilə bağlanaraq satılmışdır. (müqavilələrdəki imzaların eyni şəxs-Rafiq Tağıyev tərəfindən icra edilməsi özü belə ilk baxışdan şübhə yaradır). Mənzildə təmir işləri aparılmış və hazırda həmin mənzildə kirayəçi qismində yaşayan vardır. Həmçinin məlum olmuşdur ki, İlham adlı şəxs Rafiq Tağıyevlə əlbir olaraq həmin mənzili kiməsə vermiş və əvəzində tikinti materialları götürmüşdür. Rafiq Tağıyev mənzillə bağlı söhbətlər zamanı dəfələrlə İlham adlı şəxsin ünvanına söyüşlər işlədərək onu aldatdığını bildirmişdir. Beləliklə, göründüyü kimi İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində 77.36 kv.m.dən ibarət 141 A №-li mənzili (mansard) ##.##.2022-ci ildə almasına baxmayaraq, cavabdeh2 MMC nin məsul şəxsləri tərəfindən həmin mənzil qanunsuz olaraq saxta sənədlərlə ##.##.2022 ci ildə cavabdeh1 Bəhmən qızına yenidən satılmışdır. Qeyd olunan müqavilə etibarsızdır və ləğv olunmalıdır. İddiaçı Rafiq Tağıyev və Fəxrəddin Hüseynov ilə şəxsən danışıqlar aparıb və onu mənzil sahibi kimi tanıyıblar, lakin uzun müddət və dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, cavabdeh2 MMC-nin məsul şəxsləri müqavilədə nəzərdə tutulmuş qanuni, etibarlı və məcburi öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, bu günə qədər müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirilməmiş, qarşı tərəflə söhbət zamanı hər dəfə mənzilin İddiaçı məxsus olduğunu bildirsələr də, heç bir nəticə əldə olunmamış, müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçı İddiaçı təhvil verilməmişdir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) ##.##.2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin izahatı və şahid ifadələri özü-özlüyündə ilk iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilər. Belə ki, iş materiallarında olan icraçı cavabdeh2 MMC ilə payçı İddiaçı arasında bağlanılmış ##.##.2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə, cavabdeh2 MMC ilə payçı cavabdeh1 Bəhmən qızı arasında bağlanılmış ##.##.2022-ci il tarixli müqavilənin bağlanmasını işin mübahisəsiz halıdır və bu halı həmin müqavilələri təsdiq etmiş, iş üzrə şahid qismində ifadə vermiş, cavabdeh2 MMC-nin direktoru, hazırda həbsdə olan X3 ifadəsində təsdiq etmişdir. Lakin eyni zamanda şahid ifadəsində İddiaçı qeyd edilən mənzili satdıqda, sonuncunun ona mənzili satdığını, alıcı olarsa, ona deməsini bildirmişdir. Beləliklə də, müəyyən edilir ki, iddiaçı mənzili ##.##.2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında aldığı halda onun satılmasını da arzulamışdır. İddiaçı bu halı inkar etsə də, iddia ərizəsində mənzillə mütamadi maraqlanması ilə bağlı göstərdiklərinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdeh2 MMC-nin direktoru, hazırda həbsdə olan X3 ifadəsində göstərilənləri inandırıcı sayır. Belə ki, şahidin ifadəsində göstərilənlər, yəni mənzili iddiaçının xahişi ilə satmağa hazırlaşması, mal-material əvəzinə işgüzar münasibətdə olduğu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciəti əsasında mənzili ona verməsi, eləcə də sonuncunun notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında mənzilin onun yanına müştəri qismində gətirdiyi cavabdehin adına rəsmiləşdirilməsi ilə tam təsdiq edilir. Başqa sözlə, X3, mənzili əldə etməsinə baxmayaraq, ondan istifadə etməyən və sonradan satmaq niyyəti olan iddiaçının xahişi ilə mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müqavilə olmadan material əvəzinə vermiş, sonuncu da mənzili sataraq material əvəzi pulunu götürmək üçün mənzili notarial qaydada təsdiq edilmiş ərizə əsasında cavabdeh1 adına cavabdeh2 MMC ilə bağlanmış müqavilə ilə rəsmiləşdirilmişdir. Yəni, mənzilə dair müqavilə və maliyyə arayışı MMC-də rəsmiləşdirilsə də, satış pulunu cavabdeh1 mənzilin sahibi zənn etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. İş materiallarında olan “xxxx”, “Azəriqaz” və “xxxx” tərəfindən verilmiş sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən işıq, qaz və su sayğacları cavabdeh1 Bəhmən qızının adınadır.

14. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli müayinə zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət ***A nömrəli mənzildə cavabdeh1 Bəhmən qızının və ailəsinin yaşadığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 Bəhmən qızı mənzili sahibi kimi özünü təqdim edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh2 MMC-nin direktoru X3 başqa iş üzrə adları sadalanan digər şəxsləri tanımır və mənzili əldə etmək niyyəti ilə MMC ofisinə gəlmiş, mənzili əldə etməsinə dair müqavilə və maliyyə arayışını əldə etmişdir. Mənzilin satışı ilə bağlı X3 tərəfindən İddiaçı pulunun verilməməsi, eləcə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən də mənzilin satış pulunun X3 tam ödənilməməsi faktları olmasına baxmayaraq, məhkəmə hesab edib ki, onların arasında olan razılaşma, danışıqların hansı formatda olmasından asılı olmayaraq bütün bunların cavabdeh1 heç bir aidiyyəti olmamış və o, mənzil haqqında müqavilənin legitimliyi barəsində onda şübhə yaranmadığından o, vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir.

15. Məhkəmə hesab edib ki, ünvan 2 ünvanda yerləşən yeni tikilən yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində yerləşən 77.36 kv.m.-dən ibarət ***A saylı mənzilə (mansard) dair cavabdeh1 Bəhmən qızının ilə cavabdeh2 MMC arasında ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsin bağlanması zamanı həmin əqdin etibarsızlığına əsas ola biləcək hal müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmiş, həmçinin qeyd edib ki, iddiaçı gələcəkdə cavabdeh2 MMC-yə qarşı sözügedən mənzilə görə ödədiyi pulun geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 135.7, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 405.1, 452.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarına, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2023-cü il tarixli Qərarına, “S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş ## ##### 1997-ci il tarixli qərarının 50-ci bəndinə və Mülki Prosessual Məcəllənin 62, 80, 88, 104.1, 106.1, 107, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olmaqla maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün qiymətləndirilməməklə aydınlaşdırılmamış, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan hallar, sübutlar tədqiq edilməmişdir. Məhkəməyə təqdim edilmiş iddia qanuni və əsaslıdır. Lakin göründüyü kimi məhkəmə sübutlara düzgün qiymət verməməklə, iddianı rədd etməklə, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmədə izahat verən cavabdeh1 və onun vəkili bildirmişlər ki, “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzilin dəyərini təşkil edən 50284 manat məbləğində pul vəsaitini ödəməklə əldə etmişdir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial qaydada təsdiq edilmiş ərizəsində yazıb bildirmişdir ki, “xxxx" MMC-nin inşa etdiyi binada adında olan və Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilən 4-cü blok, 17-ci mərtəbədə yerləşən 77,36 kv.m. ümumi sahəsindən ibarət olan 2 (iki) otaqlı ***A nömrəli mənzildən və pay hüququndan imtina edir, həmin pay hüquqlarının satılmasına, müqaviləyə xitam verilməsinə, MMC-yə geri qaytarılmasına və cavabdeh1 Bəhmən qızının adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur. Gələcəkdə göstərilən mənzil və ödədiyi pula dair “xxxx" MMC-yə heç bir iddiası olmayacaqdır. Sual yaranır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin mansarda (baxmayaraq ki, mənzil qeyd olunur ərizədə) müqaviləsi olmuşdurmu?, onunla mənzil mansardın sahibi İddiaçı arasında hər hansı müqavilə və yaxud razılaşma olmuşdurmu?. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla cavabdeh2 arasında heç bir müqavilə olmamışdır. Bundan başqa, əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notariusda razılıq ərizəsi yazırdısa, onun ailə üzvlərinin də razılıq ərizəsi alınmalıydı. Belə bir ərizə təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdeh cavabdeh1 bildirmişdir ki, o mənzilə görə pulu Şaiqə vermiş və müqavilədə qeyd edildiyi kimi 50284 manat deyil, 30000 manat vermişdir. Məhkəmə qətnamədə bu fakta ümumiyyətlə toxunmamışdır. cavabdeh1 və onun ailəsi həmin mənzildə məhkəmə prosesi başlayana qədər yaşamamışlar və həmin mənzildə yaşayan şəxslərə dəfələrlə müraciət olunmuş kirayədə yaşayan şəxslər vasitəsiylə mənzili təmir edib kirayə vermiş şəxslər tapılaraq (Babək adlı şəxslə ## ####### 2024-cü ildə ********** nömrəsi ilə əlaqə saxlayaraq sənədlərin surətini əldə etmişik. Bu barədə yazışmalar vardır) danışıqlar aparılmışdır. Onlar ilk olaraq həmin mansardı İlham adlı şəxsdən mal-material əvəzi olaraq aldıqlarını bildirsələr də, sonradan məhkəmə prosesində həmin mənzildə daimi yaşadıqlarını bildirərək bunu təsdiq etmək üçün şahidlər də məhkəməyə təqdim etmişlər. Buna görə də iddiaçı məhkəməyə təqdim etdikləri ilkin iddia ərizəsini baxılmamış saxlanmasını xahiş etmişlər. Həmin şəxsləri çətinliklə də olsa, tapıb sənədlərlə tanış olduqdan sonra yenidən hazırkı iddia qaldırılmışdır. Məhkəmədə şahidlərin ifadələrindən və cavabdeh1 izahatından aydın olur ki, cavabdeh1 tərəfindən mənzilin dəyəri ödənilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barədə məhkəmə proseslərində heç vaxt müzkirələr aparılmamış və onun nə vaxt müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunduğu məlum deyildir..”xxxx” MMC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət ***A nömrəli mənzilin dəyəri olan 50284 manat pul cavabdeh1 Bəhmən qızı tərəfindən ödənilmişdir və MMCyə borcu yoxdur. Məhkəmədə tərəf açıq-aydın bildirdi ki, Şaiqə 30000 manat vermişdir. Bu barədə məhkəmə iclasının audio-video yazılarında qeyd vardır. xxxx” MMC-nin vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz hərəkətlərinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-75\**** nömrəli, ##.##.2025-ci il tarixli hökmündə nə cavabdeh1 və nə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adları zərərçəkmişlər siyahısında yoxdur. İddiaçı isə başqa bir mənzilə görə zərərçəkmiş şəxs qismində tanınmış və mənzil hazırda da onun istifadəsindədir. Qeyd olunan mənzil mansarda görə isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində ona bildirmişlər ki, ilkin olaraq mənzili aldığı üçün mənzilin qanuni sahibi odur. Mənzili ilk olaraq o alıb, mənzilə giriş qapısı qoymuşdur. Lakin məhkəmə işin göstərilən hallarını araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Göstərilənlərlə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı cavabdeh cavabdeh1 (nümayəndəsi və vəkili vəkil2) tərəfindən yazılı etiraz verilmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh1 mübahisəli mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs almışdır. İddiaçı isə ümumiyyətlə tanımamışdır. Mənzilin əldə edilməsi üçün cavabdeh2 MMC-yə müraciət etmiş, MMC-nin direktoru Rafiq adlı şəxs mənzilin heç bir probleminin olmadığını, birbaşa onun adına sənədləşmənin həyata keçiriləcəyini bildirmişdir. MMC-nin direktoru Rafiq adlı şəxsin tapşırığı ilə mənzilin dəyəri olan məbləği Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəmişdir. Bundan sonra mənzil ona təhvil verilmiş, cavabdeh mənzili təmir etdirərək, 2023-cü ildən orada yaşamağa başlamışdır. Ali Məhkəməninin formalaşdırdığı mövqeyə əsasən də, bu tipli işlərdə mənzilə uzun müddət sahiblik etmiş, onu təmir etdirməklə, orada yaşamış şəxsin mənzilə əmlak hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən qeyd olunur ki, apellyasiya şikayəti əsassızdır, ona görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli mənzili şirkət rəhbəri ilə müqavilə bağlamaqla, tam ödəniş edərək əldə etmişdir. Ona mənzilin dəyərinin ödənildiyinə dair maliyyə arayışı verilmişdir. Bundan sonra mənzilin qapısının açarını dəyişdirmişdir. Bir müddət başqa yerdə olmuş, ona görə mənzilə mütəmadi baş çəkə bilməmişdir. Lakin fəhlələrlə, işçilərlə əlaqə saxlayırdı və ona hər hansı problem olmadığı bildirilmişdir. Bir müddət sonra həmin binada mənzili olan dostu ilə birlikdə əraziyə baş çəkmiş və həm dostunun, həm də onun mənzilinin qapısının dəyişdirildiyini görmüşdür. Öz mənzilində artıq əşyaların olduğunu və mənzilin kirayə verildiyini müşahidə etmiş, daha sonra hazırkı mübahisələrin mövcudluğunu bilmiş və məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiası təmin edilməlidir. Lakin məhkəmə əsassız qətnamə qəbul etmişdir. Ona görə də iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adı yalnız qətnamədə qeyd olunub. Halbuki, o vaxta qədər məhkəmə prosesində onun barəsində heç bir məlumat, verilməmişdir. Mübahisənin əsas mahiyyəti məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı üzərində qurulmuşdur. cavabdeh2 MMC-nin təsisçisi və direktorları, hal-hazırda həbsdə olan Fəxrəddin Hüseynov və Rafiq Tağıyev məhkəməyə dəvət edilmiş və ifadələri alınmışdır. Həmin şəxslər ifadələrində göstərmişər ki, mənzil (mansard) onlar tərəfindən İddiaçı satılmış, ondan mənzilin dəyəri olan məbləğ tam olaraq götürülmüş, maliyyə arayışı verilmişdir. Həmin şəxslər cavabdeh1 ilə bağlı bildirmişdilər ki, onlar arasında heç bir alqı-satqı olmamışdır, sadəcə olaraq başqa bir şəxsdən tikintiyə alınmış mal-materiala görə mənzil verilmişdir. Müqavilədə mansard mənzilə görə 50284 manat məbləğində pulun ödənilməsinin qeyd olunmasına baxmayaraq, cavabdeh1 məhkəmədə bildirmişdir ki, o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 30000 manat məbləğində pul verib. Bütün bu halları məhkəmə nəzərə almadan belə mövqeyə gəldi ki, mənzili cavabdeh1 təmir etdirib, orada yaşadığından mənzil ona məxsusdur. Əlavə etdi ki, iddiaçı mənzilə dair müvafiq iddia ərizəsi ilə hələ 2023-cü ildə məhkəməyə müraciət etmiş, lakin mənzildə yaşayan şəxslərin kirayəçi olduğunu bilmiş, çətinliklə hazırkı cavabdehləri müəyyən etmiş, ona görə də iddia ərizəsini geri götürərərək hazırkı iddianı qaldırmışdır. Bundan başqa, əgər mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən cavabdeh1 satılırdısa, Şaiq Qəhrəmovun arvadından da müvafiq notarial təsdiqli ərizə alınmalı idi. Göründüyü kimi məhkəmə eyni mənzilə dair daha öncəki tarixə aid iddiaçının adına olan müqaviləni nəzərə almamış, formal olaraq cavabdeh1 xeyrinə qətnamə çıxarmışdır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mənzili almaq üçün müraciət etdikdə şirkət rəhbəri kimi Rafiq Tağıyevi tanımışlar. O vaxta qədər nə Rafiq Tağıyevi, nə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanımamışlar. Mənzilin sahibi kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanımış və mənzilin dəyərini ödəməklə əldə etmişdir. Bundan sonra mənzili təmir etdirib, orada yaşamışlar. Mənzili alan zaman iddiaçını tanımamışdır. Mənzilin hər hansı probleminin olması ilə bağlı heç bir məlumatı olmamışdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh1 ev almaq məqsədi ilə cavabdeh MMC-yə yaxınlaşmış və mənzil sahibi kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanımışdır. Bundan sonra mənzilin əldə edilməsi ilə bağlı aralarında razılaşma baş tutmuş və MMC-nin rəhbərliyinin razılığı ilə mənzilin dəyəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənilmiş və bundan sonra cavabdeh mənzili təhvil almış, təmir etdirmişdir, ailəsi ilə birlikdə köçərək orada yaşamağa başlamışdır. Evin kommunal xidmətləri ilə bağlı sayğaclar da cavabdeh cavabdeh1 adınadır. cavabdeh1 mənzilə münasibətdə vicdanlı alıcıdır. Cavabdeh cavabdeh1 münasibətdə iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Ona görə də cavabdehin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirdi ki, mübahisəli mənzil İlham adlı tanışının ona olan borcu qarşılığında onun adına rəsmiləşdirilmişdir. Sonradan cavabdeh1 mənzili almaq istəyi üzrə cavabdeh2 MMC-nin rəhbəri Rafiq Tağıyevin ofisində görüşləri olmuş, bundan sonra o mənzildən imtina ilə bağlı notarial qaydada yazılı ərizə vermişdir. Lakin mənzil üçün ona cavabdeh cavabdeh1 tərəfindən hər hansı ödəniş edilməmişdir. Yalnız cavabdeh tərəfin tanışları tərəfindən ona 42 min manat məbləğində taxta material verilmişdir. İddiaçı İddiaçı isə ümumiyyətlə tanımamışdır.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh cavabdeh2 MMC məhkəmə kollegiyasının iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

29. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2004-cü il tarixli Qərarı ... əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şikayət qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarıldığına görə qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur.

33. Hazırkı iddia tələbi iki hissədən ibarət olmaqla – 1) “xxxx”-88 MMC ilə cavabdeh1 Bəhmən qızı arasında bağlanmış ##.##.2022-ci tarixli müqavilənin etibarsız hesab olunması və 2) mənzilin (mansard) boşaldılaraq iddiaçıya təhvil verilməsi barədədir.

34. Baxılan iş üzrə işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh2 MMC ilə İddiaçı arasında ##.##.2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh2 MMC (icraçı) Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli, ** saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17-ci mərtəbədə yerləşən ***A nömrəli mənzili payçıya verməyi, payçı isə bunun müqabilində mənzilin dəyərini tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. MMC tərəfindən İddiaçı pulun tam ödənilməsi və borcunun olmaması barədə ##.##.2022-ci il tarixli maliyyə arayışı verilmişdir (cild 1, i/v 36-37).

35. İş materiallarından müəyyən edilir ki, ##.##.2022-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial qaydada ərizə verərək göstərib ki, “xxxx" MMC-nin inşa etdiyi binada adında olan və Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilən 4-cü blok, 17-ci mərtəbədə yerləşən 77,36 kv.m. ümumi sahəsindən ibarət olan 2 (iki) otaqlı ***A nömrəli mənzildən və pay hüququndan imtina edir, həmin pay hüquqlarının satılmasına, müqaviləyə xitam verilməsinə, MMC-yə geri qaytarılmasına və cavabdeh1 Bəhmən qızının adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır (cild 1, i/v səh. 58).

36. Araşdırılan işə əlavə edilmiş ##.##.2022-ci il tarixli, ***A nömrəli mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı cavabdeh2 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 17-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət ***A nömrəli mənzili payçıya verməyi, payçı cavabdeh1 Bəhmən qızı isə bunun müqabilində mənzilin dəyərini tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. MMC tərəfindən cavabdeh1 pulun tam ödənilməsi və borcunun olmaması barədə ##.##.2022-ci il tarixli maliyyə arayışı verilmişdir (cild 1, i/v səh.38-39).

37. İşin hallarından göründüyü kimi mübahisəli mənzil (mansard) sahəsi ilə bağlı cavabdeh MMC ilə həm iddiaçı İddiaçı, həm də cavabdeh cavabdeh1 arasında təxminən eyni məzmunlu müqavilələr bağlanmış və onlar tərəfindən əmlak sahəsinin dəyəri ayrıayrılıqda tam ödənilmişdir.

38. Baxılan iş üzrə iddiaçı tərəf iddia edir ki, mübahisələndirilən mənzillə bağlı ilk olaraq onunla müqavilə bağlanmış, hətta mənzilin qapısının açarlarını da dəyişdirmişdir. Lakin rayonda yaşadığından mənzilə daimi olaraq baş çəkə bilməmişdir. 2023-cü ildə isə qeyd etdiyi kimi mənzilində tanımadığı şəxslərin olmasını görmüş və sonradan mənzilin başqa şəxsə satılmasını öyrənmişdir. Halbuki müqavilədə nəzərdə tutulmuş əmlakın ona təhvil verilməsi barədə öhdəlik götürülmüşdür. Bu isə onun hüquqlarının pozulması deməkdir.

39. Cavabdeh tərəf isə iddiaya etiraz edərək bildirir ki, mübahisəli mənzil əvvəl Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxsə məxsus olmuş, sonuncu notarial qaydada ərizə yazaraq mənzildən imtina etdiyindən, ##.##.2022-ci il tarixdə cavabdeh2 MMC ilə onlar arasında müqavilə bağlanmış və həmin vaxtdan da mənzil onların sahiblik və istifadəsinə verilmişdir. Bundan sonra onlar həmin mənzildə uzun müddət təmir işləri apararaq, köçüb yaşamağa başlamışlar. Hazırda da ailəsi ilə birlikdə həmin mənzildə yaşayırlar. Bu vaxta qədər bütün kommunal xidmətlərlə bağlı ödənişlər onlar tərəfindən edilmiş və bu müddət ərzində bu mənzillə bağlı heç bir problem olmamışdır.

40. Kollegiyanın araşdırması zamanı üçüncü şəxs qismində dindirilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da həmin mənzildən notarial qaydada imtina etdiyini və MMC tərəfindən mənzilin cavabdeh1 satıldığını bildirmişdir.

41. Araşdırılan işin mübahisəli hallarından görünür ki, eyni əmlaka dair iki fərqli şəxslə ayrı-ayrılıqda müqavilə bağlanmış, lakin hazırda iddiaçı olan birinci alıcı İddiaçı tərəfindən bu ötən müddət ərzində əmlaka faktiki sahibliyin həyata keçirilməsi sübut olunmur. İkinci alıcı cavabdeh1 isə MMC ilə müqavilə bağladıqdan sonra mənzili öz istəyinə uyğun təmir və istifadə etməklə faktiki sahibliyi həyat keçirmiş, kommunal xidmətlərlə bağlı bütün ödənişlər onun tərəfindən həyata keçirilmişdir. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır.

42. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya əlavə olaraq bildirir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri də bina inşası ilə məşğul olan tərəfin MMC və ya MTK (mənzil tikinti kooperativi) statusunda olub-olmamasını müəyyən etməkdən, həmçinin mübahisənin Mülki Məcəllənin 178.8-ci maddəsinin keçid dövrünün təsiri altına düşüb-düşməməsi ilə bağlı məsələdir. Keçid normanın təsiri altına düşə bilməsi üçün əsas məqam 2018-ci ilin iyul ayının 1-dən əvvələ, yoxsa sonra düşməsi halıdır. Konkret halda, hazırkı mübahisənin həlli sözügedən mənzillə bağlı müqavilələr bağlanan dövrdə qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsində ifadə edilmiş hüquqi mövqelərdə axtarılmalıdır.

43. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (178.8-ci maddənin 2018-ci il ####un #-dən qüvvədə olan mətni).

45. (Əvvəlki redaksiya) MM-in 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il ####un #-dək qüvvədə olan mətni).

46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

47. Oxşar hüquqi vəziyyətə dair Konstitusiya Məhkəməsi Plenumunun “Nümayəndə şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe mövcuddur.

48. Göründüyü kimi sözügedən Plenum Qərarları da MM-in 178.8-ci madddəsinin birinci redaksiyasının qüvvədə olduğu dövrə təsadüf edir və bu da onu deməyə əsas verir ki, sözügedən Qərarlar maddənin ikinci redaksiyasına şamil olunmur.

49. Beləliklə, yuxarıda adıçəkilən maddələrin təhlilindən də göründüyü kimi kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi mənzilin ona təhvil verilməsi öhdəliyini yaradır.

50. Baxılan iş üzrə apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya belə qənaətə gəlir ki, mübahisələndirilən əmlakla bağlı mübahisənin həllinə Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il ####un #-dən əvvəl qüvvədə olan mətnini tətbiq etmək düzgün olmazdı.

51. Belə ki, işin yuxarıda sadalanan ardıcıllığından müəyyən olunur ki, MMC ilə iddiaçı İddiaçı arasında müqavilə 2022-ci ilin iyul ayında, cavabdeh cavabdeh1 ilə isə 2022-ci ilin sentyabr ayında bağlanmışdır. Göründüyü kimi iddiaçının müqaviləsi cavabdehə münasibətdə daha əvvələ təsadüf etsə də, istər iddiaçı, istərsə də cavabdeh tərəflə müqavilə bağlanarkən bir tərəf (bina tikintisini həyata keçirən tərəf) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) formasında fəaliyyət göstərmişdir.

52. Göründüyü kimi hazırkı mübahisənin həllinə Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il ####un #-dən sonra qüvvədə olan mətnini, həmçinin məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna edən hallar müəyyən edilməmişdir. Konkret halda, hazırkı icraatda olan iş mülki qanunvericiliyin 178.8-ci maddəsinin əvvəlki redaksiyasına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə uzlaşmır.

53. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşaraq qeyd edir ki, mülki qanunvericiliyə əsasən, bir fərdi-müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət) və yaxud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər.

54. Araşdırması aparılan işin müəyyən olunmuş digər hallarına görə İddiaçıla müqavilə bağlandıqdan sonra əmlakın ona faktiki olaraq təhvil verilməsi, bununla bağlı hər hansı sənədləşmənin aparılması (təhvil-təslim aktı, əmlakın açarlarının iddiaçıda olması, təmir işlərinin aparılması, qaz, su, işıq sayğaclarının quraşdırılması ilə bağlı rüsumların ödənilməsi və s.) müəyyən edilməmiş, qeyd edilənlərlə bağlı sonuncu tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

55. Cavabdeh cavabdeh1 isə, əksinə, mənzili öz istəyinə uyğun şəkildə təmir edərək, uzun müddətdir, ailəsi ilə birlikdə orada yaşaması, məişət əşyalarını orada yerləşdirməsi, kommunal xidmətlərlə bağlı ödənişlərin edilməsi sübut olunur ki, bu da iş üçün əhəmiyyət kəsb edən hallardandır (qeyd olunan hallar yerli baxış zamanı da öz təsdiqini tapmışdır).

56. Göründüyü kimi tərəflər, yəni iddiaçı ilə cavabdeh MMC arasında, habelə cavabdehlə MMC arasında yaranmış münasibətlər podrat münasibətləri ilə bağlıdır. Eyni əmlaka dair podratçı iki nəfər şəxslə müqavilə bağlamışdır. Bu halda mübahisənin həlli zamanı Mülki Məcəllənin fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməsinin nəticələrini tənzimləyən 452-ci maddənin göstərişləri nəzərə alınmalıdır. Həmin normya görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

57. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəlləsnin 452.1-ci maddəsi fərdimüəyyən əşyaya dair öhdəliklərin icrasının təmininə yönəlmiş xüsusi müdafiə vasitəsi olmaqla, kreditora əşyanın borcludan alınaraq ona verilməsini və ya müqavilədə nəzərdə tutulmuş qaydada təqdim edilməsini tələb etmək hüququ verir. Bununla belə, həmin hüquq mütləq xarakter daşımır və əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi hallarda məhdudlaşır.

58. Bu normada bəhs olunan “mülkiyyət hüququ ilə verilmə” anlayışı ümumi qaydada daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı ilə yaranması prinsipinə əsaslansa da, bu yanaşma bütün hüquq münasibətlərinə, xüsusilə podrat münasibətlərinə mexaniki qaydada tətbiq edilə bilməz.

59. Çünki podrat münasibətlərində tikintinin təhvil verilməsinin spesifikliyi ondan ibarətdir ki, əmlak podratçı tərəfindən tikilib sifarişçiyə faktiki təhvil verilir, lakin hələ reyestr qeydiyyatına alınmamış olur. Tikinti münasibətlərində əmlakın dövriyyəsi və mülkiyyət hüququnun yaranması mərhələli xarakter daşıyır: əvvəlcə tələb hüququ yaranır, daha sonra əmlak sifarişçiyə faktiki təhvil verilir və yalnız bundan sonra dövlət qeydiyyatı həyata keçirilir. Bu səbəbdən faktiki təhvilvermə və sahibliyin əldə olunması hüquqi baxımdan əhəmiyyətli hal kimi nəzərə alınmalıdır.

60. İş materiallarından müəyyən olunur ki, mübahisəli əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Lakin tərəflər mübahisəli mənzili podratçıdan faktiki qəbul etdiyi və həmin əmlak üzərində faktiki hakimiyyət qurub sahibliyi həyata keçirdiyi iş üzrə sübutlarla təsdiq edilir və mübahisələndirilmir.

61. Məlumdur ki, mülki hüquqla sahiblik ayrıca qorunan hüquqi dəyərdir. Bu halda onun tamamilə hüquqsuz üçüncü şəxs kimi qəbul edilməsi yolverilməzdir. Əgər mənzil üzərində qeydiyyat hələ mümkün deyilsə (məsələn binanın tikintisi tamamlanmasına baxmayaraq, istismara qəbul edilməsi rəsmiləşməyibsə, reyestr açılmayıbsa), onu hüquqi meyar kimi götürmək ədalətli hesab edilə bilməz.

62. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, konkret işin hallarında “mülkiyyət hüququ ilə verilmə” anlayışı yalnız dövlət qeydiyyatı ilə məhdudlaşdırıla bilməz və əmlakın faktiki təhvil verilməsini də əhatə edən geniş məzmunda şərh olunmalıdır. Əks yanaşma normanın formal tətbiqinə gətirib çıxararaq artıq formalaşmış faktiki əmlak münasibətlərinin pozulmasına səbəb ola bilər və bu ədalət və hüquqi müəyyənlik prinsipinə uyğun olmaz.

63. Kollegiya aparılan araşdırmanın davamı olaraq bildirir ki, əgər cavabdehin öhdəliyinin icrası, doğrudan da, praktiki cəhətdən imkansız hala gəlibsə, yəni müqavilədə göstərilən əşyanın cavabdehdən alınaraq iddiaçıya verilməsi obyektiv səbəbdən mümkün deyilsə, iddiaçının pozulmuş hüquqlarının sürətli və ədalətli şəkildə bərpası üçün prosessual qənaət prinsipi də nəzərə alınaraq, tələbdə xüsusi olaraq göstərilməsə də, müqavilə öhdəliklərinin pozulmasına görə zərərin əvəzinin ödənilməsini nəzərdə tutulan normalar əsasında mübahisə həll edilə bilər.

64. Nəzərə alınmalıdır ki, məhkəmə iddiaçıya vurulmuş zərərin naturada əmlakın bərpası yolu ilə ödənilməsini mümkün hesab etmədiyi halda, zərərin əvəzinin ödənilməsinin digər üsulunu – cavabdeh tərəfindən pul əvəzinin (kompensasiyanın) verilməsi üsulunu, o cümlədən kompensasiyanın məbləğini tərəflərlə müzakirə etməli, məbləğlə bağlı mübahisə olduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş prosessual vasitələrdən istifadə edilməklə mübahisə həll edilməlidir.

65. Oxşar qayda ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün olmadıqda və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruri olduqda kreditora pul əvəzinin verilməsi barədə Mülki Məcəllənin 459.5-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, məhkəmə cavabdehdən alınmalı əmlakın dəyərini...qətnamənin nəticə hissəsində göstərir.

66. Bu məqsədlə işin hüquqi vəziyyəti tərəflərlə müzakirə edilərək, iddianın göstərilən şəkildə həllinə iddiaçının münasibəti öyrənilmişdir. Lakin iddiaçı və onun nümayəndəsi (vəkili) hüquqi maraqlarının yalnız əmlakın naturada verilməsindən ibarət olduğunu bildirmişlər.

67. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda mübahisəli əmlak üzərində tərəflər arasındakı mənafe toqquşmasında, iddiaçının qanunla qorunan hər hansı hüququ pozulmuş olsa da belə, onunla cavabdeh MMC və ya direktoru (təsisçiləri) arasında qarşılıqlı razılığın olmaması digər bir şəxsin, konkret halda hazırkı iş üzrə cavabdehin əmlak hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Bu halda əmlakı faktiki təhvil alan və təmir edərək uzun müddət istifadə edən (yaşayan) şəxsə daha üstün mövqedən yanaşılmalı, iddiaçıya isə yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, mübahisəli əmlakla bağlı müqavilə öhdəliyinin icrasının mümkünsüzlüyü səbəbəbindən ödənilmiş pulun (həmçinin faizlərin) qaytarılması və zərərin ödənilməsi ilə bağlı MMC-yə qarşı mülki qaydada tələb etmək hüququnun istisna edilməməsi izah olunmalıdır

68. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

69. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar