Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-93/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh17 və digərlərinə qarşı “ümumi yığıncağın keçirilməsinə dair iclas protokollarının, alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh17 tərəfindən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq MÜƏYYƏN ETDI:
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh17, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh11, cavabdeh3, cavabdeh4, cavabdeh1, cavabdeh18, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5 və cavabdeh2 qarşı (Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisi, Bakı şəhəri * saylı Notariat ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz ərazi dairəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismlərində cəlb edilməklə) qarşı “ümumi yığıncağın keçirilməsinə dair iclas protokollarının, alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba Nəqliyyat ATSC-nin ## #### 2022-ci il tarixli və ## ### 2023-cü il tarixli iclas protokollarının və onun əsasında bağlanmış Quba Nəqliyyat ATSC-yə mülkiyyət hüququ əsasında məxsus olan, cavabdeh cavabdeh17 Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 168.2 kvm. qeyri yaşayış obyektinin alıcı cavabdeh4 6.000 manata satılmasına dair ## #### 2023-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 187.1 kvm. qeyri yaşayış obyektinin alıcı cavabdeh4 6500 manata satılmasına dair ## #### 2023- cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSCyə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 1482 kvm. sahəsinin cavabdeh12 MMC-yə 955 manata satılmasına dair ## ### 2023-cü il tarixdə ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC-nin satın aldığı əmlak kompleksindən 71,1 kv.m. hissələri alıcı cavabdeh1 4500 manata satılmasına dair ## ######## 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC-nin satın aldığı əmlak kompleksindən 98,7 kv.m hissəni alıcı cavabdeh6 5000 manata satmasına dair ## ######## 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, “xxxx” MMC-nin satın aldığı əmlak kompleksindən 200 kv.m hissəni cavabdeh7 5500 manata satmasına dair ## ######## 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən 226,7 kv.m. yeməkxana binasını alıcı cavabdeh8 30000 manata satmasına dair ## #### 2023-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh17 Quba Nəqliyyat ATSCyə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 2626,2 kv.m. sahəsinin 1011,4 kv.m sahəsini alıcı cavabdeh8 20.500 manata satmasına dair ## #### 2023- cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh8 satın aldığı əmlak kompleksindən 226,7 kv.m hissəni alıcı cavabdeh18 30000 manata satmasına dair ## ###### 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh8 əmlak kompleksindən 1011,4 kv.m hissəni cavabdeh10 bağışlamasına dair ## ######## 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinin, cavabdeh10 əmlak kompleksindən 1011,4 kv.m. hissəni ilkin satıcı olan cavabdeh17 bağışlamasına dair ## ######## 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinin, cavabdeh17 əmlak kompleksindən 1011,4 kv.m. hissəni cavabdeh15 22000 manata satmasına dair ## ####### 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh15 satın aldığı əmlak kompleksindən 1011,4 kv.m hissəni alıcı cavabdeh16 30000 manata satmasına dair ## ####### 2023-cü il tarixli 4-Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 99,1 kv.m hissəni cavabdeh13 5500 manata satmasına dair ## ###### 2024-cü il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 266,2 kv.m hissəni cavabdeh9 5500 manata satmasına dair ## ###### 2024-cü il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 41,6 kv.m hissəni cavabdeh11 ***0 manata satmasına dair ## ###### 2024-cü il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 67,3 kv.m hissəni cavabdeh3 Mahsud oğluna 5000 manata satmasına dair ## ###### 2024-cü il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh12 MMC əmlak kompleksindən 33,7 kv.m hissəni cavabdeh14 ***0 manata satmasına dair ## ###### 2024-cü il tarixli 4- Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, “xxxx” MMC əmlak kompleksindən 14,4 kv.m hissəni cavabdeh2 2000 manata satmasına dair ## #### 2024-cü il tarixli 4-Ə-*** reyestr nömrəli alqısatqı müqaviləsinin, cavabdeh16 əmlak kompleksindən 442,4 kv.m hissəni cavabdeh5 15000 manata satmasına dair ## #### 2024-cü il tarixli 4- Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələrinin və bağışlama müqavilələrinin hüquqi nəticələrinin, bütün alqısatqı müqavilələri və bağışlama müqavilələri əsasında qeydiyyata alınmış daşınmaz əmlakların dövlət reyestrindən çıxarışlarının ləğv edilməsi, Quba Nəqliyyat ATSC-nin daşınmaz əmlaklarının üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə bağlı yenidən mütəxəssis rəyinin əldə edilməsi və daşınmaz əmlakların real bazar dəyərlərinə dair mütəxəssis rəyinin təqdim edilməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara qərara alınmışdır. Cavabdeh cavabdeh17 nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
3. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə yenidən mütəxəssis rəyinin alınmasının zəruri olması nəticəsinə gəlmiş, lakin müəyyən edilmiş hallar belə nəticəyə əsas verməmişdir. Belə ki, iş materiallarında əmlakların əvvəlki qiymətləndirilməsinə dair sənədlər, hərrac materialları və digər sübutlar mövcuddur. Məhkəmə həmin sübutların hansı səbəbdən kifayət etmədiyini müəyyən etmədən yenidən qiymətləndirmə aparılmasını zəruri hesab etmişdir. Halbuki, müəyyən edilmiş faktlardan çıxan məntiqi nəticə mövcud sübutların qiymətləndirilməsi olmalı olduğu halda, məhkəmə əlavə sübut toplanmasına üstünlük vermişdir. Qərardadda mövcud sübutların qeyri-kafi olması, onların arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin mövcudluğu və ya xüsusi bilik tələb edən halların başqa üsulla müəyyən edilməsinin mümkünsüzlüyü göstərilməmişdir. Məhkəmə mütəxəssis rəyinin alınmasını ekspertiza ilə eyniləşdirərək iş üzrə icraatın dayandırılması nəticəsinə gəlmişdir. Halbuki qərardadla ekspertiza təyin edilməmiş, yalnız yenidən8. mütəxəssis rəyinin alınması qərara alınmışdır. Buna baxmayaraq, məhkəmə ekspertiza təyin edilməsinin nəticəsi kimi iş üzrə icraatı dayandırmışdır. Məhkəmə işə baxılmasının davam etdirilməsinin mümkün olmamasının səbəbini göstərən hansısa faktiki hal müəyyən etməmişdir, həmçinin iş materiallarında da belə bir maneənin mövcudluğunu təsdiq edən sübut yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktiki hallardan düzgün hüquqi və məntiqi nəticə çıxarmamış, iş materiallarında olan sübutların məzmunundan irəli gəlməyən nəticələrə gəlmişdir. Bu isə mülki-prosessual qanunvericiliyin apellyasiya şikayətinin əsaslarından biri olan "məhkəmənin qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun gəlməməsi" halını yaradır və qərardadın ləğvi üçün müstəqil əsas təşkil edir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
5. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 4. Qiymətləndirmə fəaliyyətinin istiqamətləri 4.1. Qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir: 4.1.1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi; 4.1.2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 255. Məhkəmənin icraatı dayandırmaq hüququ 255.0. Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; Maddə ***. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası ***.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə ***. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti ***.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ***.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
7. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədilə etibarsızlığı tələb edilən müqavilələrin predmetlərini təşkil edilən əmlakların real bazar dəyərinin müəyyənləşdirilməsi zəruri texniki və digər bilik tələb edən məsələ olduğundan məhkəməəmtəəşünaslıq tədqiqatı ilə əlaqədar mütəxəssis rəyinin alınmalı olması nəticəsinı gəlmiş və bu barədə müvafiq qərardad qəbul edərək mütəxəssis rəyi alınanadək iş üzrə icraatı dayandırmışdır.
9. Cavabdehin şikayətinin müvafiq dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 4.1.2-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətinin istiqamətlərindən biridir. Daşınmaz əmlakla bağlı mübahisələr üzrə formalaşmış məhkəmə praktikasına əsasən əmlakın bazar və likvid dəyərinin qiymətləndirilməsi üçün mütəxəssis rəyinin alınması müəyyən müddət tələb etdiyindən və mütəxəssis rəyi əldə edilmədən işin mahiyyəti üzrə araşdırılmasının davam etdirilməsi mümkün olmadığından rəy təqdim edilənə qədər iş üzrə icraat dayandırılır. Hazırkı kommersiya işi üzrə də eyni vəzyyət mövcuddur. Buna görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı Mülki Prosessual Məcəllənin 13.4, 97.1 və 255.0.5-ci maddələrinin tələblərinə uyğundur. Beləliklə, kollegiya hesab edir ki, şikayətin müvafiq dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab edilə bilməz.
10. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin ***, *** və ***-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.