Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-247/2024 30.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Qax rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək 20 yanvar 1973-cı il tarixdə anadan olmuş Qax şəhəri İ.Mustafyev küçəsi döngə 2, ev 5 də yaşayan Mustafayev Rəhman Rəhim oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Qax rayon İcra Hakimiyyətinin Qəyyummluq və Himayəliçilik orqanının nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş lakin, maraqlı tərəfin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ərizənin təmin edilməsinə etiraz etmədiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o xx.xx.1970-ci ildə Qax şəhəri İ.Mustafayev küçəsi döngə 2 ev 5 anadan olmuşdur.X1 Rəhim oğlu xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Mustafayev Rəhman Rəhim oğlu xx.xx.1996 - ci il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir.xx.xx.2023-cü il tarixdən hal-hazıradək stasionar müalicədədir.Qardaşının xəstəliyi Paranoid Şizofreniyadır. Qardaşına bu zamana qədər o baxmış ondan başqa heç kimi yoxdur.O anası öldükdən sonra anası üçün veriləcək dəfn pulunu almaq üçün Sosial Təminat idarəsinə getmiş orada ona bildirmişlərki, həmin dəfn pulu hazırda Şəki Rayon Psixiatriya xəstəxanasında müalicə alan X1 Rəhim oğlunun adına vurublar.Qardaşı orada psixi durumu ilə bağlı müalicə aldığından o həmin dəfn pulunu ala bilməmişdir. Dəfələrlə müalicəyə aparsaqda heç bir xeyri olmamışdır. X1 Rəhim oğlu özünün öz hərəkətlərinin hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilmir.Psixi qüsurun mövcudluğu aydın görsənir Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.1973-cı il tarixdə anadan olmuş Qax şəhəri İ.Mustafyev küçəsi döngə 2, ev 5 də yaşayan Mustafayev Rəhman Rəhim oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 verdiyi xx.xx.2024-cü il tarixli 305 saylı Rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs Mustafayev Rəhman Rəhim oğlunda hal-hazırda ŞİZOFRENİYA ,PARANOİD FORMA QÜSUR VƏZİYYƏTİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər (AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 289/2000 saylı çıxarış) anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, nitqi anlaşılmaz olduğundan bütün məlumatların atası və mülki işdən toplanması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi.əhvalının davamsız olması,onda bir qədər narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ 49 % və s.) sübut edir. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işdəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinənin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır: 20 yanvar 1973-cı ildə anadan olmuş Qax şəhəri İ.Mustafayev küçəsi döngə 2, ev 5 də yaşayan Mustafayev Rəhman Rəhim oğlu ŞİZOFRENİYA ,PARANOİD FORMA QÜSUR VƏZİYYƏTİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10cu baxış) K7İ.1 xəstəliyindən əziyyət çəkir. Mustafayev Rəhman Rəhim oğlu ŞİZOFRENİYA ,PARANOİD FORMA QÜSUR VƏZİYYƏTİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) 1-71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Mustafayev Rəhman Rəhim oğlu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab olunmalıdır. Mustafayev Rəhman Rəhim oğlunun sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Mustafayev X3 şəhəri İ.Mustafayev küçəsi döngə 2, ev 5 də yaşayır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mustafayev Rəhman Rəhim oğlunun qardaşı Ərizəçidur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün banka 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinın oğlu Mustafayev Rəhman Rəhim oğlu xx.xx.1973-cı ildə Qax şəhəri İ.Mustafayev küçəsi döngə 2, ev 5 də anadan olmuşdur. Rəhman Mustafayevin yaşlandıqca psixi durumunun dəyişməsi hiss olunmuş və orta dərəcədə əqli gerilik və davranış müşahidə olunmuşdur. Psixi pozuntularla bağlı Mustafayev Rəhman Rəhim oğlunu dəfələrlə müalicəyə aparsalar da heç bir nəticəsi olmamışdır. R.Mustafayev öz hərəkətlərinin mənasını anlaya və etdiyi hərəkətlərini dərk etməmişdir. Məhkəmə iclasında Mustafayev Rəhman Rəhim oğlunun fəaliyyət qabiliyyətsiz olması, işin faktiki halları ilə yanaşı işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 xx.xx.2024-cü il tarixli 305 saylı rəyi və digər əsaslı və mötəbər sübutlarla təsdiq olunmuşdur. Həmin rəylə müəyyən olunmuşdur ki, xx.xx.1973-cı ildə anadan olmuş Qax şəhəri İ.Mustafayev küçəsi döngə 2, ev 5 də yaşayan Mustafayev Rəhman Rəhim oğlu ŞİZOFRENİYA ,PARANOİD FORMA QÜSUR VƏZİYYƏTİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) K7İ.1 xəstəliyindən əziyyət çəkir. Mustafayev Rəhman Rəhim oğlu ŞİZOFRENİYA ,PARANOİD FORMA QÜSUR VƏZİYYƏTİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) 1-71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Mustafayev Rəhman Rəhim oğlu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab olunmalıdır. Mustafayev Rəhman Rəhim oğlunun sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağil zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Şərh olunanlara obyektiv hüquq qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1973-cı ildə Qax şəhəri İ.Mustafayev küçəsi döngə 2, ev 5 də yaşayan Mustafayev Rəhman Rəhim oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 349, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1973-cı ildə Qax şəhəri İ.Mustafayev küçəsi döngə 2, ev 5 də yaşayan Mustafayev Rəhman Rəhim oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-247/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-247/2024
30.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver