Məhkəmə qərarları › İş №2(024)-259/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-259/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-259/2024 25.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Qax rayon Notariat Ofisinə qarşı 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ- İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Qax rayon Notariat Ofisinə qarşı 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ- İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Qax rayon Notariat Ofisinin notariusu məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Qax rayon Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, Şəki rayonunda doğulmuşdur. Hazırda Oncallı kəndində yaşayır. X2 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir.Ona anasından qalan mirası sənədləşdirmək istəyərkən məlum oldu ki, anasına verilmiş 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə adı Züleyxa, xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə Zalixa və dövlət aktında isə X1 yazılmışdır.Bu səhvlər ona öz hüququmu həyata keçirməyə imkan vermir. Belə ki, 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 ilə eyni şəxsdir. Belə olduğu halda o məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. X4 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 eyni şəxsdir. X3 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 eyni şəxsdir. İş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Qax rayon Qıpçaq kənd İƏD-nin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Qax rayon Qıpçaq kəndində yaşayır. İş materiallarında olan Qax rayon Qıpçaq kənd İƏD-nin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış səhvən X6 yazılmışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət olunması üçün 100(yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Hazırda Oncallı kəndində yaşayır. X2 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir.Ona anasından qalan mirası sənədləşdirmək istəyərkən məlum oldu ki, anasına verilmiş 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə adı Züleyxa, xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə Zalixa və JN 0069 KOD 40313048 saylı dövlət aktında isə X1 yazılmışdır.Bu səhvlər ona öz hüququmu həyata keçirməyə imkan vermir. Belə ki, 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 ilə eyni şəxsdir. Belə olduğu halda o məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan mötəbər sübutlarla yanaşı şahid ifadələri ilə 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 ilə eyni şəxs olması faktı sübuta yetirilmişdir. Ona görə də, həmin fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 31 avqust 1954-cü il tarixli İJ 249228 nömrəli doğum haqqında şəhadətnamədə yazılmış Züleyxa ilə xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İİ № 392771 saylı ölüm haqqında şəhadətnamədə yazılmış X5 ilə və JN 0069 KOD 40313048 saylı dövlət aktında yazılmış X6 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar