Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-267/2023 17.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, X5 Baqratoviçin iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası və X9 və X11 miras qalan Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsindən ibarət miras əmlakdan özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsi tələbinə dair” iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən X9 və X12 ümumbirgə mülkiyyətinə verilmiş və onlardan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsindən özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin İddiaçı etibarnamə üzrə nümayəndəs X6 məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qax rayonu Qax İngiloy kəndində yaşayır. Babası X9 xx.xx.2016-cı il tarixdə və nənəsi X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. Onlar öldükdən sonra Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi miras qalmışdır. X9 və Dukaşvili Nino X1, X10, X7, Dukaşvili Aleksi, Dukaşvili Nodari və X3 ibarət vərəsələri var. Atası X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Atası və nənəbabası öldükdən sonra həmin miras qalmış həyətyanı torpaq sahəsini o istifadə etmişdir. Digər vərəsələr isə nənə-babasından miras qalmış əmlakdan notarial qaydada imtina etmişlər. O hazırda X9 və X11 miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Vərəsəliklə bağlı Qax rayonu Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisində ona mirasın qəbulu müddətini keçirdiyi bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki miras qalan əmlakı istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərini nəzərə alaraq məhkəmədən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən X9 və X12 ümumbirgə mülkiyyətinə verilmiş və onlardan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsindən özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəs X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan JN-266A KOD 40309005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi X9 və X12 ümumbirgə mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətilərindən görünür ki, X9 xx.xx.2016-cı il tarxdə, X15 xx.xx.2018-ci il tarixdə və X8 xx.xx.2018-ci il tarixdə ölmüşlər. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qax İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, mərhum X9 və X15 öldükdən sonra onların X4, X10, X7, Dukaşvili Aleksi, Dukaşvili Nodari və X3(ölüb) ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş vərəsələr X4, X10, X7, Dukaşvili Aleksi və Dukaşvili Nodari tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar miras qalmış əmlaklrdan özlərinə düşən payın digər ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz etmirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qax rayonu Qax İngiloy kəndində yaşayır. İddiaçının Babası X9 xx.xx.2016-cı il tarixdə və nənəsi X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. Onlar öldükdən sonra Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi iddiaçıya miras qalmışdır. X9 və Dukaşvili Nino X1, X10, X7, Dukaşvili Aleksi, Dukaşvili Nodari və X3 ibarət vərəsələri var. İddiaçının atası X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İddiaçının atası və nənə-babası öldükdən sonra həmin miras qalmış həyətyanı torpaq sahəsini iddiaçı istifadə etmişdir. Digər vərəsələr isə miras qalmış əmlakdan notarial qaydada imtina etmişlər. İddiaçı mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki miras qalan əmlakı istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır, o mirasqoyanların vərəsəsidir və miras əmlakda onun qanun üzrə payı vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən X9 və X12 ümumbirgə mülkiyyətinə verilmiş və onlardan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılmalı və torpaq sahəsi üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən X9 və X12 ümumbirgə mülkiyyətinə verilmiş və onlardan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılsın. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən X9 və X12 ümumbirgə mülkiyyətinə verilmiş və onlardan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə İddiaçı mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-267/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-267/2023
17.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver