Məhkəmə qərarları › İş №2(024)-31/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-31/2023

20.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-31/2023 20.02.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndələri X5 və X6 iştirakı ilə. İddiaçılar İddiaçı və X10 Cavabdeh qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikili (maşın qarajının) sökülməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X10 Cavabdeh qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılarkən Cavabdeh məhkəməyə ərizə təqdim edərək tərəfindən Şəki İnzibati Məhkəməsində cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və üçüncü şəxslər İddiaçı, X15 və X1 qarşı “X12 və X7 məxsus olan JN- 049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə müraciət etmiş və həmin ərizə 2-1(116)1653/2020 nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmənin 24 noyabr 2020-ci il tarixli 2(024)- 605/2020 saylı qərarı ilə hazırki iş üzrə icraat Cavabdeh iddia ərizəsinə Şəki İnzibati Məhkəməsində baxılaraq yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmış, 09 mart 2022-ci il tarixli 2(024)-50/2022 saylı qərardadına əsasən iş üzrə icraatın dayandırılmasına əsas olmuş hallar aradan qalxdığı üçün icraat təzələnmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı X15 və Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, Cavabdeh etibarnamə üzrə nümayəndələri X13 və X14 gəlmiş, iddiaçı Oruc Şahmuradov isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı X10 iştirakı olmadan və Cavabdeh etibarnamə üzrə nümayəndələri X13 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı və X15 iddia ərizəsində göstərmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onların və X12 və X2 mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi onların mülkiyyətidədir. Valideyinləri olan X12 və X11 rəhmətə getmişlər. Cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və həmin yerdə qanunsuz tikili inşa edilmişdir. Nəticədə onlar öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilməmiş, torpaq sahəsinə daxil olmaları qeyri-mümkündür. Qeyd olunanların nəticəsi olaraq onlar Dövlət tərəfindən onlara verimiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər. Bu da onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, Cavabdeh Şəki İnzibati Məhkəməsində “X12 və X7 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia qaldırmış, onun iddiası təmin edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz zəbt etdiyi ərazidən çıxmır və orada inşa etdiyi qanunsuz tikilini sökmür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddia tələbində göstərilənləri qəbul etmir. Çünki Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisələndirilən torpaq sahəsinə dair iddiaçıya verilən sənədlər etibarsızdır. Həmin torpaq sahəsi cavabdehə məxsusdur. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Əkrəm Şahmuradovun izahatı ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan JN-049F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı, X15, X12 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı rəyindən görünür ki, İddiaçı, X15, X8 iddiasında göstərilən torpaq sahəsi 665 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X15, X12 və X3 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-11(116)-651/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, “X12 və X7 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-349/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-11(116)-651/2021 saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. İşə əlavə edilmiş AZ-İ 121187 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2004-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İİ 010801 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunu Çinarlı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 15812941 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X4 rayonunun Çinarlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN-049F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı, X15, X12 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı rəyinə əsasən İddiaçı, X15, X8 iddiasında göstərilən torpaq sahəsi 665 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X15, X12 və X3 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Lakin iş materiallarında olan mütəxəssis rəyində olan sxemlə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi üzərində tikililər mövcuddur. Ekspert rəyində JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X15, X12 və X3 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmasa da, mütəxəssis rəyinə əlavə edimiş sxemlə cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsind tikililər inşa edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. İddia təmin ediləcəyi üçün iş üzrə 50(əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh JN-049F nömrəli Şəhadətnamə əsasında İddiaçı, X15, X12 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajından (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi çıxarılmalı və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikili-maşın qarajı cavabdehin hesabına sökülməli, Cavabdeh iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb müvafiq hesaba ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh JN-049F nömrəli Şəhadətnamə əsasında İddiaçı, X15, X12 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajından (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi qaydada çıxarılsın və zəbt edilmiş sahədə qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajı cavabdehin hesabına sökülsün. Cavabdeh iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X9, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34GCTRE********************) saylı hesaba ödənilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar