Məhkəmə qərarları › İş №2(024)-314/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-314/2023

15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-314/2023 15.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, mərhum X3ndan miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evindən və 0.0311 ha həyətyanı torpaq sahəsindən, anası X1 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən və qardaşı X8 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “buraxılmış prosessual müddətin bərpası, mərhum X3ndan miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evindən və 0.0311 ha həyətyanı torpaq sahəsindən, anası X1 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən və qardaşı X8 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evdə yaşayır. X3 xx.xx.2008-ci, anası X5 xx.xx.2004-cü, qardaşı X17 isə xx.xx.2001-ci ildə ölmüşdür. Mərhum X3ndan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evi və 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi, mərhum anası X1 Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi və qardaşı X8 Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi miras qalmışdır. Babası sözügedən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdirt.O, mərhum babası, anası və qardaşından miras qalan əmlakdan ona düşən payın verilməsini istəyir. Sənədləşmə işləri ilə bağlı Qax rayon Notariat ofisinə müraciət etmiş, notariat ofisində ona mirasın qəbul etmək üçün qanunla nəzərdə tutulan müddəti keçirdiyi izah olunmuş və ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Həmçinin aralarında mübahisə olduğu üçün notarisu əməliyyat həyata keçirə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, mərhum babası, anası və qardaşının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, mərhum X3ndan miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evindən və 0.0311 ha həyətyanı torpaq sahəsindən, anası X1 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən və qardaşı X8 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən ona düşən payın mülkiyyətinə verilməsi qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********55-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m olan fərdi yaşayış evi X7 tam, həmin evin yerləşdiyi 0.0311 ha həyətyanı torpaq sahəsi X7, X10, X15, Cavabdeh, İddiaçı, X2 və X13 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş 22 iyul 2003-cü il tarixdə Qax rayonu DNK-da tərtib olunmuş vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 harada yerləşməsindən və nədən asılı olmasına baxmayaraq özünə məxsus Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş AZ-İ 072312 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2001-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ 326504 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2008-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ № 150770 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2003-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ № 077884 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2004-cü ildə ölmüşdür. İşə əlavə edilmiş X15, Cavabdeh, X6 Elnurə Arif qızının imzasının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar mərhum babaları X4 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evindən və 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən, anaları X1 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən və qardaşları X8 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən onlara düşən əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, torpaq sahəsindən digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İşə əlavə edilmiş Seriya AA № ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax şəhəri, Yunis İmrə küçəsi, ev 39-da qeydiyyatdadır. İşə əlavə edilmiş AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********55-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m olan fərdi yaşayış evi X7 tam, həmin evin yerləşdiyi 0.0311 ha həyətyanı torpaq sahəsi X7, X14, X15, Cavabdeh, İddiaçı, X2 və X13 ümumibirgə mülkiyyətinə verilmişdir. X9 harada yerləşməsindən və nədən asılı olmasına baxmayaraq özünə məxsus Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmiş və bu barədə 22 iyul 2003-cü il tarixdə Qax rayonu DNK-da vəsiyyətnamə tərtib olunmuşdur. X17 xx.xx.2001-ci, X9 xx.xx.2008-ci, X16 xx.xx.2003-cü, X5 xx.xx.2004-cü ildə ölmüşdür. X4 Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evi və 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi, mərhum anası X1 Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi və qardaşı X8 Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi miras qalmışdır. X7, X2 Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi və qardaşı X8 Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi miras qalmışdır. X9, X5 və X13 İddiaçı, X22, Cavabdeh, X6 Elnurə Arif qızından ibarət vərəsələri vardır. Həmin vərəsələrdən X22, Cavabdeh, X6 Elnurə Arif qızı mərhum babaları X4 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən fərdi yaşayış evindən və 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən, anaları X1 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən və qardaşları X8 miras qalan Qax şəhəri, İ.Mustafayev küçəsi, dalan 2, ev 3-də yerləşən 0.0311 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən onlara düşən əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, torpaq sahəsindən digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı hazırda babası və anasından miras qalmış əmlakdan ona düşən payı tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********55-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X7 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m olan fərdi yaşayış evi və X7, X14, X15, Cavabdeh, İddiaçı, X2 və X13 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.0311 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və həmin əmlaklar üzərində iddiaçının payı tam müəyyən edilərək onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********55-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X7 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m olan fərdi yaşayış evi və X7, X14, X15, Cavabdeh, İddiaçı, X2 və X13 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.0311 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********55-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X7 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m olan fərdi yaşayış evi və X7, X14, X15, Cavabdeh, İddiaçı, X2 və X13 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.0311 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaklar üzərində iddiaçının payı tam olaraq müəyyən edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar