Məhkəmə qərarları › İş №2(024)-329/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-329/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-329/2023 16.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı “JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamənin X5 məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı “JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamənin X5 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Qax rayon Notariat Ofisinin notariusu məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Qax rayon Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, o, Qax rayonu Marsan kəndində yaşayır. Qax rayon Aqrar İslahat komissiyasının 06 dekabr 1999cu il tarixli 10 nömrəli qərarına əsasən ona və ailəsinə 0.52 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sənədinə çıxarış almaq üçün DƏDRX-nə müraciət etmiş və orada məlum olmuşdurki, onun JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamədə adı səhv olaraq X8 əvəzinə X2 yazılmışdır. Şəxsiyyət vəsiqəsindəki ad ilə şəhadətnamədəki adın uzlaşmaması səbəbindən NO-i əməliyyat etməkdən imtina etmişdir. Belə ki, JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamədə yazılmış X8 ilə X7 eyni şəxsdir. Belə olduğu halda o məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamənin X5 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. X4 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamədə yazılmış X8 ilə X7 eyni şəxsdir. X1 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamədə yazılmış X8 ilə X7 eyni şəxsdir. İş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Qax rayon Turaclı kənd İƏD-nin verdiyi arayışdan görünür ki, Ərizəçi Qax rayonu Marsan kəndində yaşayır. İş materiallarında olan Qax rayon Turaclı kənd İƏD-si üzrə Nümayəndəsinin verdiyi arayışdan görünür ki, X8 ilə X7 eyni şəxsdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət olunması üçün 100(yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Qax rayonu Marsan kəndində yaşayır. Qax rayon Aqrar İslahat komissiyasının 06 dekabr 1999-cu il tarixli 10 nömrəli qərarına əsasən ona və ailəsinə 0.52 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sənədinə çıxarış almaq üçün DƏDRX-nə müraciət etmiş və orada məlum olmuşdurki, onun JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamədə adı səhv olaraq X8 əvəzinə X2 yazılmışdır. Şəxsiyyət vəsiqəsindəki ad ilə şəhadətnamədəki adın uzlaşmaması səbəbindən NO-i əməliyyat etməkdən imtina etmişdir. Belə ki, JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamədə yazılmış X8 ilə X7 eyni şəxsdir. Həmin səhvlər ərizəçiyə öz hüququnu həyata keçirməyə imkan vermir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan mötəbər sübutlarla yanaşı şahid ifadələri ilə JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamənin X5 məxsus olması faktı sübuta yetirilmişdir. Ona görə də, həmin fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308 və 311ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN 0022 saylı KOD 40317028 nömrəli şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar