Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-33/2025 15.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi, X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Qax Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qax Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 04 sentyabr 1964-cü il tarixdə anadan olmuş Qax rayonu, Əlibəyli kəndində qeydiyyatda olan əmisi X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1994-ci ildə Qax rayonu, Əlibəyli kədində anadan olmuşdur. Əmisi X12 04 sentyabr 1965-cı il tarixdə anadan olmuşdur. Əmisi X12 İllərdir Şəki Rayon Psixiatriya xəstəxanasının qeydiyyatdadır. Əmisi X5 xəstəliyi Paranoid Şizofreniyadır. Əmisinə bu zamana qədər o baxmış, ondan başqa heç kəsi yoxdur. Onun bütün ehtiyaclarını o ödəyir. Atası sağ ikən birlikdə baxmış, atam öldükdən sonra onun himayəsindədir. Dəfələrlə müalicəyə aparsalar da heç bir xeyri olmamışdır, əmisi X12 özünün öz hərəkətlərinin hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə edə bilmir. Psixi qüsurun mövcudluğu aydın görsənir. O, Şəki RMX-na müraciət etmiş, orada əmisinə müalicə yazılsa da heç bir nəticəsi yoxdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, iddia ərizəsinə oxşar məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Qax Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaran, İcra Hakimiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Qax rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 tərəfindən verilmiş 98 №li, 07 fevral 2025-ci il tarixli rəydən görünür ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs X3 halhazırda ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş 100/24 saylı xəstəlik tarixindən çıxarış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri {ekspertiza zamanı özünü narahat və sərgin aparması, ekspetizanın nəticəsinə maraq göstərməməsi, təfəkküründə autistiklik və paralogiklik aşkar olunması, mülahizə və mühakimələrinin səthi olması, maraq dairəsinin daralması, emosiya və affektiv reaksiyalarının sönük olması, düşdüyü vəziyyətə tənqidinin olmaması, bir yerdə qərar tutmaması, qaçmağa cəhdlər etməsi. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator, apanlmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. yekun nəticəyə gələrək qarşıya qoyulmuş suaları aşağıdakı kimi cavablandrır. Sual 1. 04 sentyabr 1965-ci ildə doğulmuş X6 hər hansı psixi xəstəlik və ya anlaqlılığı istisna edən psixi pozuntu varmı? Cavab. 04 sentyabr 1965-ci ildə doğulmuş X6 ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi aşkar edilir. Sual 2. 04 sentyabr 1965-ci ildə doğulmuş X12 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasım dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab. 04 sentyabr 1965-ci ildə doğulmuş X12 ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi keçirməsi səbəbindən o, öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Sual 3. 04 sentyabr1965-ci ildə doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilərmi? Cavab. 04 sentyabr 1965-ci ildə doğulmuş X12 FƏLİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilməlidir. XVİİİ-JQ 319482 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1994-cü il təvəllüdlü Ərizəçi Merboviçin atası X2. AZ-İİ 334208 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 fevral 2023-cü ildə ölmüşdür. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 13 iyun 2024-cü il tarixli 3-16-5/8-69-105/2024 nömrəli Arayışdan görünür ki, X4 atası X7. Qax rayon İHB-nın Əlibəyli kənd İƏDÜ nümayəndəlyinin verdiyi 270 №li, 14 iyun 2024cü il tarixli arayışdan görünür ki, X10 əmisi X11 hər lazımi köməkliyi və qulluq göstərir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair ərizəçinin izahatını dinləyib, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məsələnin həlli onun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunmasından keçir ki, bu da psixiatriya sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. Həmin Məcəllənin 319-cu maddəsində də həmin işlərə baxılmasının prosessual qaydalarından biri kimi müəyyən olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən X5 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən rəylə onun öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq ekspert rəyi sübut növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 101.7-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 tərəfindən verilmiş 98 №li, 07 fevral 2025-ci il tarixli ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar vardır. Ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.4-cü maddələri) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, q ə t e t d i: Ərizə təmin olunsun. 04 sentyabr 1964-cü il tarixdə doğulmuş Qax rayonu, Əlibəyli kəndində yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizənin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-33/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-33/2025
15.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver