Məhkəmə qərarları › İş №2(024)-334/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-334/2024

24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-334/2024 24.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nin X1 İstismarı İdarəsinə qarşı «Qaz borcunun yenidən hesablanması və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı « Azəriqaz » İB-nin Qax rayon şöbəsinə qarşı «Qaz borcunun yenidən hesablanması və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək qaz borcunun yenidən hesablanması, «Azəriqaz » İB-nin ona qanunsuz olaraq hesabladığı 2073.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh olaraq Cavabdeh İB-nin X1 İstismarı İdarəsi kimi olmasını və ərizədə qeyd olunan tarixin xx.xx.2023-cü il kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, «Azəriqaz » İB-də iddia qaldıraraq Qax rayonu Qax-İngiloy QRP 42-də yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2198 manat əsas borcun, əvvəlcədən ödənilmiş 41.98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 2240.38 manat borcun tutularaq Cavabdeh İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh İB-nin X1 İstismarı İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh İB-nin X1 İstismarı İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədi. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsində göstərilmişdir ki, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Bir-neçə iddiaçı iddia verərsə və ya bir-neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (Mülki Prosessual Məcəllənin 169.2 və 169.3-cü maddələri). Belə ki, məhkəmənin icraatında olan 2(024)-401 saylı mülki iş üzrə cavabdeh İddiaçıdur. İddia tələbi isə «Azəriqaz » İB İddiaçı qarşı Qax rayonu Qax-İngiloy QRP 42də yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2198 manat əsas borcun, əvvəlcədən ödənilmiş 41.98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 2240.38 manat borcun tutularaq Cavabdeh İstehsalat Birliyinin xeyrinə ödənilməsindən ibarətdir. Hazırki tələb isə qaz borcunun yenidən hesablanması, «Azəriqaz » İB-nin ona qanunsuz olaraq hesabladığı 2073.60 manat borcun silinməsindən ibarətdir. Göründüyü kimi işlər bir-biri ilə əlaqəlidir. Onların bir icraatda baxılması daha obyektiv və səmərəli olar. Həmçinin İddiaçı da bu hala razıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267, 268 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İB-nin X1 İstismarı İdarəsinə qarşı «Qaz borcunun yenidən hesablanması və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair 2(024)-334 saylı mülki iş məhkəmənin icraatında olan iddiaçı «Azəriqaz » İB-nin İddiaçı qarşı «Qax rayonu Qax-İngiloy QRP 42-də yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2198 manat əsas borcun, əvvəlcədən ödənilmiş 41.98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 2240.38 manat borcun tutularaq Cavabdeh İstehsalat Birliyinin xeyrinə ödənilməsi» tələbinə dair 2(024)-401 saylı mülki işə birləşdirilsin. Mülki iş 2(024)-401/2024 nömrə ilə qeydə alınsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar