Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-335/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək subyektlərin sıyahısında göstərilmiş X4 Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, ailəsinə Qax rayon Aqrar islahat komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 saylı qərarı ilə 508.44 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair atası X5 adına torpaq sahəsinin Planı və ölçüsü sənədi verilmişdir. Hazırda onlar həmin torpaq sahəsinə dair Çıxarış əldə etmək istəyirlər. Lakin müəyyən olunmuşdur ki, subyektlər siyahısında adı “Ravil” əvəzinə “Rəsul”, atasının adı isə “Rəfael əvəzinə səhvən “Rəfil” olaraq yazılmışdır. Hazırda onların adına Çıxarış verilərsə həmin sənəddə ad və atasının adı səhv göstəriləcəkdir. Göstərdiklərini nəzərə alaraq subyektlərin sıyahısında göstərilmiş X4 Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X1 məhkəmə iclasındakı ifadəsində göstərdi ki, o, ərizəçini və ailə üzvlərini yaxşı tanıyır. Ərizəçinin adı Ravil, atasının adı isə Rəfael olmuşdur. Təsdiq edir ki, həqiqətən də X8 ilə Ərizəçi eyni şəxslərdir. X3 məhkəmə iclasındakı ifadəsində göstərdi ki, o, ərizəçini və ailə üzvlərini yaxşı tanıyır. Subyektlərin siyahısından ərizəçinin adı səhvən Rəsul, ata adı isə Rəfil kimi göstərilmişdir. Ərizəçinin adı Ravil, atasının adı isə Rəfaeldir. X8 ilə Ərizəçi eyni şəxslər olmasını təsdiq edir. İş materiallarında olan adlı siyahıdan görünür ki, Ərizəçi X2 qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə X7 508.44 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Yasamal rayonu, M.Bünyadzadə küçəsi, ev 255, mənzil 8-də qeydiyyatdadır İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, ərizəçinin və şahidlərin ifadələrini dinləyərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə X7 508.44 kv.m həyətyanı torpaq sahəsi və buna dair Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Müəyyən olunmuşdur ki, subyektlər siyahısında ərizəçinin adı “Ravil” əvəzinə “Rəsul”, atasının adı isə “Rəfael əvəzinə səhvən “Rəfil” olaraq yazılmışdır. Həmin səhv ərizəçiyə öz hüququnu həyata keçirməyə imkan vermir. Ona görə də ərizəçi, həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iş materiallarında olan mötəbər sübutlarla yanaşı şahid ifadələri ilə X8 ilə Ərizəçi eyni şəxs olması sübuta yetirilmişdir. Ona görə də, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, subyektlər siyahısında adı qeyd olunan X8 ilə Ərizəçi eyni şəxs olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 308, 311, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Subyektlər siyahısında adı qeyd olunan X8 ilə Ərizəçi eyni şəxs olması faktı müəyyən edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-335/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-335/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver