Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-336/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “onun doğum haqqında şəhadətnaməsində valideyinləri kimi göstərilmiş X10 X17 ilə və həmçinin X4 X7 ilə eyni şəxslər olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun doğum haqqında şəhadətnaməsində valideyinləri kimi göstərilmiş X10 X17 ilə və həmçinin X4 X7 ilə eyni şəxslər olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs rəisi Kəmalə Şükürova məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs rəisi Kəmalə Şükürovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o mərhum X11 və X5 oğludur. Atası 28.06 2000-ci il tarixdə, anası xx.xx.2008-ci ildə ölmüşlər Valideyinlərinin ölümündən sonra onlardan miras qalmış evdə yaşayır. O, valideyinlərindən qalan miras əmlakı öz adına rəsmiləşdirmək istəyir. Miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Qax rayon notariat ofisinin xüsusi notariusu ona bunun hazırki halda mümkün olmadığını bildirir. Buna səbəb atasının və anasının soyadları “Qabulov” olduğu halda Maraqlı şəxs tərəfindən onun doğum haqqında şəhadətnaməsinə onların soyadlarının səhvən “Həbilov” olaraq qeyd etməsidir. Bu uyğunsuzluğu başqa yolla həll etmək mümkün deyil. Göstərdiklərini nəzərə alaraq doğum haqqında şəhadətnaməsində valideyinləri kimi göstərilmiş X10 X17 ilə və həmçinin X4 X7 ilə eyni şəxslər olması faktının müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etdi. X3 məhkəmə iclasındakı ifadəsində göstərdi ki, o, ərizəçini və ailə üzvlərini yaxşı tanıyır. Ərizəçinin atasının və anasının soyadları Həbilov yox, Qabulovdur. Təsdiq edir ki, həqiqətən də X18 ilə X17 və X8 ilə X7 eyni şəxslərdir. X9 məhkəmə iclasındakı ifadəsində göstərdi ki, o, ərizəçini və ailə üzvlərini yaxşı tanıyır. İddiaçının doğum haqqında şəhadətnaməsində onun ata və anasının soyadları səhvən Həbilov kimi qeyd edilmişdir. Əslində iddiaçının valideyinlərinin soyadları Qabulovdur. X18 ilə X17 və X8 ilə X7 eyni şəxslər olmasını təsdiq edir. İşə əlavə edilmiş **********98-10301 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, həmin Çıxarışda ərizəçinin atası X17, anası isə X6r. İş materiallarında olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Qax şəhəri, M.Rəsulzadə küçəsi, ev 2Ada qeydiyyatdadır İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 atası X18, anası isə X1 qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İ № 326498 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2008-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ № 015478 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2000-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, ərizəçinin və şahidlərin ifadələrini dinləyərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********98-10301 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışda ərizəçinin atası X17, anası isə X2 qeyd edilmişdir. Lakin iddiaçının doğum haqqında şəhadətnaməsində ərizəçinin valideyinlərinin soyadı Həbilov kimi qeyd olunmuşdur. Həmin səhv ərizəçiyə öz hüququnu həyata keçirməyə imkan vermir. Ona görə də ərizəçi, həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iş materiallarında olan mötəbər sübutlarla yanaşı şahid ifadələri ilə X18 ilə X11 və X8 ilə X5 eyni şəxslər olması sübuta yetirilmişdir. Ona görə də, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X18 ilə X11 və X8 ilə X5 eyni şəxslər olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 308, 311, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X18 ilə X11 və X8 ilə X5 eyni şəxslər olması faktı müəyyən edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-336/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-336/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver