Məhkəmə qərarları › İş №2(024)-345/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-345/2023

09.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-345/2023 09.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Cavabdeh və üçüncü şəxs X6 qarşı “qaynatası X7 miras qalmış xx.xx.2022-ci il tarixdə **********79 nömrə ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsindən ibarət miras əmlakı faktiki qəbul etməsi və miras əmlakın onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh və üçüncü şəxs X6 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qaynatası X7 miras qalmış xx.xx.2022-ci il tarixdə **********79 nömrə ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək qaynatası X7 miras qalmış xx.xx.2022-ci il tarixdə **********79 nömrə ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsindən ibarət mirasın faktiki qəbul edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Kamil Allahverdiyev gəlmiş, Cavabdeh və üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı etibarnamə üzrə nümayəndəsi Kamil Allahverdiyevin iştirakı ilə, Cavabdeh və üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o qayınatası X15 xx.xx.2000-ci il, əri X16 isə xx.xx.2022-ei il tarixdə ölmüşlər. Qayınatası öldükdən sonra ondan **********79 reyestr nömrəli Çıxarışa əsasən 0.05 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsini, həmçinin ünvan 1 ünvanında yerləşən yaşayış evini qayınatası öz sağlığında onun mərhum ərinə vermişdir. Yaşayış evini qayınatası və əri notarial qaydada rəsmiləşirərək Çıxarışını əldə etmişlər. Torpaq sahəsini isə faktiki istifadəsində olsa da rəsmiləşdirilməsi müəyyən səbəblərə görə aparılmamışdır. Qayınatasının sağlığında da, o öldükdən sonra da həmin torpaq sahəsini onun ailəsi istifadə etmişdir. Hazırda da həmin torpaq sahəsini o və uşaqları istifadə edir. Yəni mərhum əri miras əmlakı faktiki qəbul etmişdir. Əri öldükdən sonra həmin əmlakı o qanunla müəyyən olunmuş müddətdə qəbul etmişdir. Hazırda həmin torpaq sahəsini o öz mülkiyyətinə keçirmək istəyir. Hesab edir ki, mərhum əri mirası faktiki qəbul etdiyi üçün, həmçinin o də mirası faktiki qəbul etdiyi üçün həmin əmlakın onun mülkiyyətinə keçməsinə qanuni əsaslar vardır. Lakin cavabdeh buna maneə yaradır. Cavabdeh miras əmlakı faktiki qəbul etməmiş və notariat orqanına bununla bağlı müraciət etməmişdir. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən qaynatası X7 miras qalmış xx.xx.2022-ci il tarixdə **********79 nömrə ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsindən ibarət mirasın faktiki qəbul edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********79 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Ələşrəf Məmmədov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi X9 mülkiyyətindədir. İş materiallarında olan AZ-İİ № 272437 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 072234 saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2000-ci ildə ölmüşdür. İş materiallarında olan Vİİ-ЖГ № 418656 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə Allahverdiyeva (Qocayeva) Səbinə Aydın qızının nikahları 16 sentyabr 2000-ci ildə rəsmi qeyd edilmişdir. İş materiallarında olan Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 488 saylı arayışdan görünür ki, X9-oğulları Cavabdeh Vəli oğlu, X16 və X4 ibarət vərəsələri qalmışdır. İş materiallarında olan Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 839 saylı arayışdan görünür ki, X10-arvadı İddiaçı və oğlu X11 ibarət vərəsələri qalmışdır. İş materiallarında olan Qax Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli 328 saylı arayışdan görünür ki, X9 Qax şəhəri, Ə.Məmmədov küçəsində yerləşən torpaq sahəsinin vergi borcunu xx.xx.2022-ci il tarixədək oğlu X16 ödəmişdir. İşə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax şəhəri, İ.Dağıstanlı küçəsi, döngə 2, ev 4-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi 05 aprel 2023-cü il tarixli № 251 saylı məktubdan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş X14 məhkəməyə göndərdiyi ərizədən görünür ki, o mərhum atası X8 mirası qəbul etməmiş və gələcəkdə də bu barədə iddiası olmayacaqdır. İşə əlavə edilmiş 03 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********79 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Ələşrəf Məmmədov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi X9 mülkiyyətindədir. X15 xx.xx.2000-ci ildə ölmüş, onun oğulları Cavabdeh Vəli oğlu, X16 və qızı X4 ibarət vərəsələri qalmışdır. X16 xx.xx.2022-ci il tarixdə ölmüş, onun arvadı İddiaçı və oğlu X11 ibarət vərəsələri qalmışdır. X2 mülkiyyətində olan Qax şəhəri, Ə.Məmmədov küçəsində yerləşən torpaq sahəsinin vergi borcunu xx.xx.2022-ci il tarixədək oğlu X16 ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur və həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik-etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçının mərhum əri Vəli Qocayev mərhum Vaqif Qocayevin ölümünə qədər və ölümündən sonra da miras qalmış sözügedən torpaq sahəsindən istifadə edərək onu faktiki qəbul etmişdir. Digər vərəsələr Cavabdeh və İddiaçı həyətyanı torpaq sahəsindən ibarət mirası nə faktiki nə də notariat ofisinə müraciət edərək qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlakın iddiaçı Vəli Qocayev tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Vəli Qocayevin vərəsələrindən Emil Qocayev mərhum Vaqif Qocayevdən miras qalmış əmlakdan Vəli Qocayevə çatacaq paydan irsi transmissiya üzrə ona düşən payı nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etmədiklərini və miras əmlaka dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. Ona görə də, məhkəmə hesab edir ki, mərhum Vaqif Qocayevdən miras qalmış əmlak (irsi transmissiya) iddiaçı və İddiaçı mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********79 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X9 mülkiyyətinə verilmiş Qax şəhəri, Ələşrəf Məmmədov küçəsində yerləşən 0.05 ha torpaq sahəsindən ibarət miras əmlakın X16 tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlak İddiaçı tam mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********79 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X9 mülkiyyətinə verilmiş Qax şəhəri, Ələşrəf Məmmədov küçəsində yerləşən 0.05 ha torpaq sahəsindən ibarət miras əmlakın iddiaçı X16 tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********79 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X9 mülkiyyətinə verilmiş Qax şəhəri, Ələşrəf Məmmədov küçəsində yerləşən 0.05 ha torpaq sahəsindən ibarət miras əmlak İddiaçı tam mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar