Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-369/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1928-ci il tarixdə X6nun və xx.xx.1930-cu il tarixdə X1nun Qax rayonu Qaratala kəndində doğumunun qeyd edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs rəisi Kəmalə Şükürova məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs rəisi Kəmalə Şükürovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.1968-cı ildə Qax rayonu Qazmalar kəndində anadan olmuşdur. X6 xx.xx.1928-ci il tarixdə anadan olmuşdur. Lakin atasının doğum haqqında şəhadətnaməsi alınmamışdır. X6 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.1930-cu il tarixdə Qax rayonu Qaratala kəndində anadan olmuşdur. Əmisi də vaxtilə doğum haqqında şəhadətnamə ala bilməmişdir. xx.xx.1991-ci il tarixdə X1 vəfat etmişdir. Lakin atası və əmisinin şəxsiyyət vəsiqəsi versələr də lakin doğum haqqında şəhadətnaməsi verilməmişdir. O, atasının adına olan mirası rəsmiləşdirmək istəyəndə doğum şəhadətnaməsi olmadığını bilmişdir. Doğum şəhadətnaməsinin olmaması ona müəyyən hüquqlarımı həyata keçirməyə mane olur. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeyd tapılmamışdır. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. İstəyir məhkəmədə atasının doğumunun həqiqətən də xx.xx.1928-cu il tarixdə X8 Qax rayonu Qaratala kəndində doğumun qeyd edilməsi faktı və xx.xx.1930cu il tarixdə X1nun Qax rayonu Qaratala kəndində doğumun qeyd edilməsi faktı müəyyən edilsin. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.1928ci il tarixdə X6nun və xx.xx.1930-cu il tarixdə X1nun Qax rayonu Qaratala kəndində doğumunun qeyd edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ərizəçi və ailə üzvlərini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də, ərizəçinin X6 xx.xx.1928-cu il tarixdə və X1 xx.xx.1930-cu il tarixdə Qax rayonu Qaratala kəndində doğulmuşdur. X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ərizəçi, ailə üzvlərini və qohumlarını yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də, ərizəçinin X6 xx.xx.1928-cu il tarixdə, X1 xx.xx.1930-cu il tarixdə Qax rayonu Qaratala kəndində doğulmuşdur. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat verdiyi 17 aprel 2023-cü il tarixli № 3-16-5/8-xx/xx/2023 saylı Arayışdan görünür ki, X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat verdiyi 17 aprel 2023-cü il tarixli № 3-16-5/8-xx/xx/2023 saylı Arayışdan görünür ki, X8 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş AZ-İİ № 334245 saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1985-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İİ № 310265 saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1991-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Qax rayonunun Qazmalar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Qax RİHB-nın Əmircan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 17 aprel 2023-cü il tarixli 156 sayı Arayışdan görünür ki, X4 ilə X12 qardaşdırlar. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi banka 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarını nəzərdən keçirib, ərizəçinin, maraqlı tərəfin izahatlarını və şahidlərin ifadələrini dinləyib məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1968-cı ildə Qax rayonu Qazmalar kəndində anadan olmuşdur. X6 xx.xx.1928-cu il tarixdə anadan olmuşdur. X14 doğum haqqında şəhadətnaməsi alınmamışdır. X12 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin X1 xx.xx.1930-cu il tarixdə Qax rayonu Qaratala kəndində anadan olmuşdur. X3 da doğum haqqında şəhadətnaməsi alınmamışdır. X4 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Ərizəçi atasının adına olan mirası rəsmiləşdirmək istəyəndə doğum şəhadətnaməsi olmadığını məlum olmuşdur. Mərhum atası və əmisinin doğum haqqında şəhadətnamələrinin olmaması ərizəçiyə müəyyən hüquqlarını həyata keçirməyə mane olur. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeydlər tapılmamışdır Ona görə də ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi əmisi X8 xx.xx.1985-ci il tarixdə Qax rayonu Qaratala kəndində və X1nun xx.xx.1930-cu il tarixdə Qax rayonu Qaratala kəndində doğulması şahid ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyat keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. X8 xx.xx.1928-cu il tarixdə və X3 xx.xx.1930-cu il tarixdə Qax rayonu Qaratala kəndində doğulması faktları müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-369/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-369/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver