Məhkəmə qərarları › İş №2(024)-370/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-370/2023

21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-370/2023 21.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi, X5 Baqratoviçin iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1932-ci il tarixdə X3 Qax rayonu Qaxbaş kəndində doğulması və xx.xx.1993-cü il tarixdə X4 Qax rayonu Qaxbaş kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs rəisi Kəmalə Şükürova məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs rəisi Kəmalə Şükürovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, ərizəçi xx.xx.1968-cı ildə Qax rayonu Qaxingiloy kəndində anadan olmuşdur. Atası X6 xx.xx.1932-ci il tarixdə anadan olmuş və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Nənəsi X7 X.X.1902-ci il tarixdə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. xx.xx.1993-cü il tarixdə Qax rayonu Qaxbaş kəndində vəfat etmişdir. Lakin atasının doğum haqqında şəhadətnaməsini və nənəsinin ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Atası da vaxtilə özünün doğum haqqında şəhadətnaməsi və anası X4 ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Lakin atası və nənəsinə şəxsiyyət vəsiqəsi versələr də doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə verilməmişdir. O, atasının adına olan mirası rəsmiləşdirmək istəyəndə atasının doğum şəhadətnaməsini və nənəsinin ölüm haqqında şəhadətnaməsinin olmadığını bilmişdir. Doğum şəhadətnaməsinin və ölüm şəhadətnaməsinin olmaması ona müəyyən hüquqlarını həyata keçirməyə mane olur. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeyd tapilmamışdır. Hazırda atasına doğum şəhadətnaməsi və nənəsinə ölüm haqqında şəhadətnamə alması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.1932-ci il tarixdə X3 Qax rayonu Qaxbaş kəndində doğulması və xx.xx.1993-cu il tarixdə X4 Qax rayonu Qaxbaş kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ərizəçi və ailə üzvlərini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də, ərizəçinin atası X6 xx.xx.1932-ci il tarixdə Qax rayonu Qaxbaş kəndində doğulmuş, ərizəçinin nənəsi X7 xx.xx.1993-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində ölmüşdür. X11 Bizinayeviç məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ərizəçi və ailə üzvlərini yaxşı tanıyır. Həqiqətən də ərizəçinin atası X6 xx.xx.1932-ci il tarixdə Qax rayonu Qaxbaş kəndində doğulmuş, ərizəçinin nənəsi X7 xx.xx.1993-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində ölmüşdür. X9 Uşanqiyeviç məhkəmə iclasında ifadə verərək göstərdi ki, o da Ərizəçi və ailə üzvlərini yaxşı tanıyır. Həqiqətən də ərizəçinin atası X6 xx.xx.1932-ci il tarixdə Qax rayonu Qaxbaş kəndində doğulmuş, ərizəçinin nənəsi X7 xx.xx.1993-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat verdiyi 19 aprel 2023-cü il tarixli № 3-16-5/8-xx/xx/2023 saylı Arayışdan görünür ki, X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş AZ-İ № 778724 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat verdiyi 11 aprel 2023-cü il tarixli № 3-16-5/8-xx/xx/2023 saylı Arayışdan görünür ki, X4 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Qax rayonunun Qax-İngiloy kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi banka 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarını nəzərdən keçirib, ərizəçinin, maraqlı tərəfin izahatlarını və şahidlərin ifadələrini dinləyib məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1968-cı ildə Qax rayonu Qaxingiloy kəndində anadan olmuşdur. Ərizəçinin atası X6 xx.xx.1932-cu il tarixdə anadan olmuş və xx.xx.2016-cı il tarixdə vəfat etmiş, nənəsi X7 X.X.1902-ci il tarixdə Qax rayonunun Qaxbaş kəndində anadan olmuş, xx.xx.1993-cü il tarixdə Qax rayonu Qaxbaş kəndində vəfat etmişdir. Lakin ərizəçinin atası X3 doğum haqqında şəhadətnaməsini və nənəsi X4 ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Ərizəçinin atasının doğum haqqında şəhadətnaməsi və nənəsinin ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Ərizəçi mərhum atasının adına olan mirası rəsmiləşdirmək istəyəndə atasının doğum şəhadətnaməsini və nənəsinin ölüm haqqında şəhadətnaməsinin olmadığı məlum olmuşdur. Doğum şəhadətnaməsinin və ölüm şədaətnaməsinin olmaması ərizəçiyə müəyyən hüquqlarını həyata keçirməyə mane olur. Ərizəçi bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeyd tapılmamışdır. Hazırda atasına doğum şəhadətnaməsi və nənəsinə ölüm haqqında şəhadətnamə alması mümkün deyildir. Ona görə də ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi atası X1 xx.xx.1932-ci il tarixdə Qax rayonu Qaxbaş kəndində doğulması və nənəsi X4 xx.xx.1993-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində ölməsi şahid ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyat keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216- 220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi atası X3 xx.xx.1932-ci il tarixdə Qax rayonu Qaxbaş kəndində doğulması və nənəsi X4 xx.xx.1993-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar