Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-376/2023 31.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Zəyəm kənd sakini Cavabdeh ona olan 3800 (üç min səkkiz yüz) manat pul borcunun və onun Qax rayon Məhkəməsində iddia qaldırmaq üçün ödədiyi 58 (əlli səkkiz) manat dövlət rüsumunun, cəmi 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmiş, cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəməyə gələ bilməyəcəyini, 3800 manat borcu verəcəyinə söz verdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Qax rayonu Zəyəm kəndində yaşayır. 2018-ci ildə həmkəndlisi Cavabdeh torpaq satmaq məqsədi ilə ondan 2000 manat və daha sonra hissə-hissə olmaqla 1800 manat olmaqla 3800 manat borc pul almışdır. Daha sonra torpaq məsələsi alınmamış və o cavabdehə ödədiyi 3800 manat pulu tələb etdikdə hazırda işləmədiyini və maddi imkanı olmadığını və ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh indiyə qədər 3800 (üç min səkkiz yüz) manat borcdan heç bir ödəniş etməmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. O məhkəmədə iddia qaldırmaq üçün 58 (əlli səkkiz) manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Zəyəm kənd sakini Cavabdeh ona olan 3800 (üç min səkkiz yüz) manat pul borcunun və onun Qax rayon Məhkəməsində iddia qaldırmaq üçün ödədiyi 58 (əlli səkkiz) manat dövlət rüsumunun, cəmi 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi teleqramdan görünür ki, o İddiaçı olan 3800 (üç min səkkiz yüz) manat borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Zəyəm kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Zəyəm kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 58 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2018-ci ildə şifahi razılıq əsasında Cavabdeh torpaq sahəsi almış, cavabdehə 2000 manat və daha sonra hissə-hissə olmaqla 1800 manat olmaqla ümumilikdə 3800 manat pul ödəmişdir. Lakin torpaq sahəsi ilə bağlı razılıq əldə olunmamışdır. Cavabdeh iddiaçıdan aldığı 3800 (üç min səkkiz yüz) manat pulu geri qaytarmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə göndərdiyi teleqramda iddiaçıya olan 3800 (üç min səkkiz yüz) manat borcunu ödəyəcəyini göstərmişdir. Beləliklə də, Cavabdeh İddiaçı 3800 (üç min səkkiz yüz) manat borcunun olması cavabdehin teleqramda yazıdığı etirafı ilə birbaşa sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat pul və 58 (əlli səkkiz) manat dövlət rüsumu, cəmi 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat pul və 58 (əlli səkkiz) manat dövlət rüsumu, cəmi 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat pul alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-376/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-376/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver