Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-376/2024 08.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2004-cü il tarixdə Qax rayonu Qaysarlı kəndində vəfat etmiş mərhum X3ından miras qalmış Qax rayonu Qaysarlı kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat Ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Qax rayon Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X3 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Mərhum anasına məxsus Qax rayonu Qaqsarlı kəndində Daşınmaz əmlakın **********53 reyestr nömrəsi və **********54 reyestr nömrəsi ilə kənd təsərrüfat təyinatlı torpaq sahələri miras qalmışdır. O, həmin əmlakı öz adına sənədləşdirmək istəyir. Bunun üçün o Qax rayon DNK-na müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Lakin Notarius ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Belə ki, o qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddəti buraxmışdır. Qeyd edir ki, o qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin olmasını bilməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2004-cü il tarixdə Qax rayonu Qaysarlı kəndində vəfat etmiş mərhum anası X6 miras qalmış Qax rayonu Qaysarlı kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X22 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 0.7322 ha həyətyanı torpaq sahəsi X1 və X7 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X22 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 0.2976 ha həyətyanı torpaq sahəsi X1 və X7 ümumibirgə mülkiyyətindədir. İşdə olan АЗ № 543755 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X9r. İşdə olan AZ-İ № 077797 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 28 aprel 2004-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi xx.xx.2004-cü il tarixli № 197 saylı məktubdan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Qax RİHB-nın Qıpçaq kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 184 saylı Arayışından görünür ki, X11 xx.xx.2004cü ildə ölmüş, onun oğulları İddiaçı, X12, X15, qızları X8 və X2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X22 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən Qax rayonu Qaysarlı kəndində yerləşən 0.7322 ha həyətyanı torpaq sahəsi X1 və X7 ümumibirgə mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X22 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən Qax rayonu Qaysarlı kəndində yerləşən 0.2976 ha həyətyanı torpaq sahəsi X1 və X10 ümumibirgə mülkiyyətindədir. X11 xx.xx.2004-cü ildə ölmüş, onun oğulları İddiaçı, X12, X15, qızları X8 və X2 ibarət vərəsələri qalmışdır. İddiaçı anasının vərəsəsi olaraq ondan miras qalmış əmlakları qəbul etmək istəyir. Ona görə də, Qax rayon DNO-nə müəyyən notariat hərəkətləri etmək üçün müraciət etmiş, lakin Notariat ofisində məlum olmuşdur ki, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti keçirmişdir. Ona görə də notarius miras əmlakın qəbulu ilə bağlı əməliyyatı aparmaqdan imtina etmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum anasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum anası X6 miras qalmış Qax rayonu Qaysarlı kəndində yerləşən 0.7322 ha və 0.2976 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı mərhum anası X6 miras qalmış Qax rayonu Qaysarlı kəndində yerləşən 0.7322 ha və 0.2976 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-376/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-376/2024
08.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver