Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-384/2023 14.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı X2 Baqrativiçin iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Dövlət Notariat Ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum oğlu X4 miras qalmış Beynəlxalq Bank ASC hesabında miras qalmış 883(səkkiz yüz səksən üç) manat pul vəsaitinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Qax rayon Dövlət Notariat Ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Qax rayon Dövlət Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu Meşəbaş kəndində yaşayır. Oğlu X5 xx.xx.2003-cü il tarixdə Meşəbaş kəndində anadan olmuşdur və xx.xx.2022-ci il tarixdə Qax rayonu Meşəbaş kəndində vəfat etmişdir.Övladı 2 qrup əlil idi və Beynəlxalq Bank ASC-dən pensiya alırdı.Hal-hazırda onun adında 883 manat götürülməyən pensiya məbləği vardır.O oğlunun adına olan əmlakı sənədləşdirmək istəyir.Qax rayon DNO-na müraciət etmiş, orada ona mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti keçirdiyi məlum olmuşdur, Həmçinin notarius ona mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. O, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, istədiyi vaxt əmlakı idarə edə bilər. Mirası oğlu X5 öldüyü gündən faktiki o idarə edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum oğlu X4 miras qalmış Beynəlxalq Bank ASC hesabında miras qalmış 883(səkkiz yüz səksən üç) manat pul vəsaitinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ № 284334 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Kaxeli X1 Arçil İlarionoviç xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qax RİHB-nın Qax rayonu Qaxingiloy İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 495 saylı arayışdan görünür ki, İddiaçı Qax rayonu Meşəbaş kəndində qeydiyyatdadır. İşdə olan 2804.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ailəsi ilə birlikdə Qax rayonu Meşəbaş kəndində yaşayır. Oğlu X5 xx.xx.2003-cü il tarixdə Meşəbaş kəndində anadan olmuşdur və xx.xx.2022-ci il tarixdə Qax rayonu Meşəbaş kəndində vəfat etmişdir.Övladı 2 qrup əlil idi və Beynəlxalq Bank ASC-dən pensiya alırdı.Hal-hazırda onun adında 883 manat götürülməyən pensiya məbləği vardır.O oğlunun adına olan əmlakı sənədləşdirmək istəyir.İddiaçı mərhum oğlundan miras qalmış əmlakı qəbul etmək üçün üçün Qax rayon Dövlət Notariat ofisinə müraciət etmiş, lakin məlum olmuşdur ki, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti keçirmişdir. Ona görə də notarius miras əmlakın qəbulu ilə bağlı əməliyyatı aparmaqdan imtina etmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, babasından və nənəsinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mərhum oğlu X4 miras qalmış Beynəlxalq Bank ASC hesabında miras qalmış 883(səkkiz yüz səksən üç) manat pul vəsaitinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı Kaxeli X3 Arçil İlarionoviçdən miras qalmış Beynəlxalq Bank ASC hesabında miras qalmış 883(səkkiz yüz səksən üç) manat pul vəsaitinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-384/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-384/2023
14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver