Məhkəmə qərarları › İş №2(024)-39/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-39/2024

30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-39/2024 30.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “X1 miras qalmış ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən ərinin mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92. 2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsi nə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində ilkin iddia üzrə iddiaçının ¼ hissə payının müəyyən edilməsi, həmçinin təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi tələbi”nə dair ilkin iddia, Cavabdeh2 İddiaçı, Qax rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum atası X4 miras qalmış ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı ¾ hissə olmaqla müəyyən edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək **********34 saylı Çıxarışa əsasən əri X9 məxsus olmuş və ondan miras qalmış 0.03 ha torpaq sahəsi və onun üzərində olan 92.2 kv.m sahəsi olan yaşayış evinin faktiki qəbul edilməsinə və miras əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi barədə, Cavabdeh2 Qax rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müariciət edərək mərhum atası X4 miras qalmış ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı 2/4 olmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 miras qalmış ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən ərinin mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsi nə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində ilkin iddia üzrə iddiaçının ¼ hissə payının müəyyən edilməsi, həmçinin təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “mərhum atası X4 miras qalmış ******* nömrəli, **********34- 10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı ¾ olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə” iddia tələbində İddiaçı cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil gəlmiş, Cavabdeh1, Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiklərini və mərhum ataları X4 miras qalmış bütün əmlaklardan onların hər birinə düşən ¼ hissədən bacısı Cavabdeh2 xeyrinə imtina etdiklərini göstərmiş, üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə və Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etmiş, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil qarşılıqlı iddianı müdafiə etmiş, ilkin iddianı qismən qəbul etmişdir. İddiaçı ilkin iddia ərizəsində göstərmişdir ki, əri X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Hazırda **********34 qeydiyyat nömrəli Çıxarışa əsasən ondan 0.03 ha torpaq sahəsi və onun üzərində olan 92.2 kv.m sahəsi olan yaşayış evi miras qalmışdır. O, mərhum əri ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamışdır. Cavabdehlər isə ərinin 1-ci nikahından doğulmuş uşaqlarıdır. O, nikah bağladığı gündən indiyə qədər ərindən miras qalmış evdə yaşayır. O, miras əmlakı faktiki qəbul etmiş və buna görə də miras əmlakı tam həcmdə öz adına rəsmiləşdirilməsinə hüququ olduğunu düşünür. Cavabdehlər isə nə notariat ofisinə müraciət etməklə nə də faktiki olaraq miras əmlakı qəbul etməmişlər. Bundan əlavə o həmin evə gəldikdən sonra, ev çox köhnə olduğuna görə 20 000 manat məbləğində təmir-tikinti işləri aparmışlar. Həmin evdə işləyən ustalar Yusifov Nüsrət və Abdullayev Nəzir olmuşdur. Həmin vaxtlar ustalara o qulluq etmiş, evə lazım olan bütün materialları əri həmin vaxt astma xəstəsi olduğundan Abdullayev Taleh və Əliyev Şərif adlı qohumları almışlar. Bunlardan əlavə həmin tikinti işlərinə şahid onun Əzizov Namiq və Əzizova Maya adlı qonşularıdır. Hesab edir ki, çəkdikləri xərcin 10 000 manatı heç miras əmlakına daxil deyildir. Həmin məbləğin müəyyənləşdirilməsi üçün tikinti-texniki ekspertizanın keçirilməsi ilə müəyyənləşdirmək olar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən X1 miras qalmış ******* qeydiyyat nömrəli, **********34- 10301 reyestr nömrəli Çıxarışa əsasən ərinin mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsi nə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində ilkin iddia üzrə iddiaçının ¼ hissə payının müəyyən edilməsi, həmçinin təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, Cavabdeh2 tərəfindən mirasın faktiki qəbul edilməsinə etiraz etmir. Qarşılıqlı iddianı qəbul edir. Məhkəmədən ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə ilkin iddia ərizəsinə və İddiaçı izahatına uyğun izahat verərək və qarşılıqlı iddianı qəbul etdiyini göstərərək məhkəmədən ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, atası X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum X2 vəfatından sonra ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.metr olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi miras əmlakı olaraq qalmışdır. Həmin miras əmlak onun, bacısı Cavabdeh1 və qardaşı Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilmişdir. Belə ki, atasının vəfatından sonra ilk iki ay onlar həmin evdə yaşamış və təsərüfatı idarə etmişlər. Həmçinin atasından miras qalmış pay torpaq sahəsi otuz ilə yaxın müddətdir ki, faktiki olaraq onların istifadəsindədir. Həmin torpaqlar onların tərəfindən idarə edilir. X2 vəfatından sonra onun dörd vərəsəsi-o, oğlu Cavabdeh3, qızı Cavabdeh1 və ikinci arvadı İddiaçı Mövlüd qızı qalmışdır. Qardaşı Cavabdeh3, bacısı Cavabdeh1 öz paylarından onun xeyrinə imtina edirlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum atası X4 miras qalmış ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı ¾ olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq onu göstərdi ki, ilkin iddianın 10000 manat tələbinə dair hissəsini qəbul etmir. Ona görə də, ilkin iddianın qismən təmin edilməsinə etiraz etmədiyini göstərərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının, onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil izahatlarını dinləyərək məhkəmə hesab edir ki, ilkin iddia qismən və qarşılıqlı iddia ərizəsi tam əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, X20 küçəsi, döngə 5, ev 4-də yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X5 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-0378, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaxmuğal kəndində yerləşən 2.33 ha torpaq sahəsi X3, X11, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş AZ-İ № 676322 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə Lətifova (Məmmədova) Gülbahar Möhlüd qızının nikahları xx.xx.2011-ci ildə rəsmi qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-T № 248843 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 atası X10r. İşə əlavə edilmiş AZ-İİ № 284328 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2022-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 1330 saylı arayışdan görünür ki, mərhum X8 arvadı İddiaçı, qızı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh1 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Cavabdeh3 və qızı Cavabdeh1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar iddianı qəbul etdiklərini və mərhum ataları X4 miras qalmış bütün əmlaklardan onların hər birinə düşən ¼ hissədən bacısı Cavabdeh2 xeyrinə imtina etdiklərini göstərmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, M.F.Axundov küçəsi, ev 4, döngə 5-də qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qax şəhəri, M.F.Axundov küçəsi, ev 4, döngə 5-də qeydiyyatdadır. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 22 avqust 2023-cü il tarixli № 645 saylı məktubundan görünür ki, İddiaçı hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən Qax şəhəri, X20 küçəsi, döngə 5, ev 4-də yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X5 mülkiyyətindədir. JN-0378, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən isə Qax rayonu Qaxmuğal kəndində yerləşən 2.33 ha torpaq sahəsi X3, X11, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmişdir. X11 ilə Lətifova (Məmmədova) Gülbahar Möhlüd qızının nikahları xx.xx.2011-ci ildə rəsmi qeyd edilmişdir. X11 xx.xx.2022-ci ildə ölmüş, onun arvadı İddiaçı, qızı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh1 ibarət vərəsələri qalmışdır. İddiaçı və Cavabdeh2 mərhum Yaşar Məmmədovdan miras qalmış əmlakların faktiki qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaklradan özlərinə düşən payı, eyni zamanda İddiaçı miras əmlaka çəkdikləri xərclərin əvəzi olaraq Cavabdeh2 10 000 manat pul tələb edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mərhum atalarından miras qalmış əmlaklardan özlərinə düşən hər birinin ¼ hissə paylarından Cavabdeh2 xeyrinə imtina etmişlər. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mirasın faktiki qəbul edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı və Cavabdeh2 mərhum ataları Yaşar Məmmədovanın ölümündən sonra miras əmlaklardan yaşamaqla və istifadə etməklə mirası faktiki qəbul etdiklərin açıq-aşkar nümayiş etdirmişlər. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddətihüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iclasında həm İddiaçı həm də Cavabdeh2 nümayəndəsi onların mirasın faktiki qəbul etməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə müəyyən edildi ki, vərəsələr arasında onların mirası faktiki qəbul etmələri ilə bağlı heç bir narazılıq yoxdur. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddianı, Cavabdeh2 nümayəndəsi Vəkil isə ilkin iddianı qəbul etmişlər. Məhkəmə hər iki iddia tələbi üzrə qeyd edir ki, iş üzrə vəsiyyətnamə mövcud deyildir. X6 üzrə 4 vərəsəsi vardır. Onların miras əmlaklar üzərində qanun üzrə payları bərabər hesab edilir. X8 mülkiyyətinə verilmiş Qax şəhəri, X20 küçəsi, döngə 5, ev 4-də yerləşən 0.03 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı qanun üzrə payı ¼ hissə, Cavabdeh2 qanun üzrə payı isə ¾ hissə və JN-0378, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3, X11, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.33 ha torpaq sahəsinin Yaşar Məmmədovun payına düşən 1/5 hissəsi üzərində İddiaçı qanun üzrə payı ¼ hissə, Cavabdeh2 payı isə 3/4 hissə təşkil edir. Çünki digər vərəsələr Cavabdeh3 və Cavabdeh1 miras əmlakların hər birindən özlərinin hər birinə düşən ¼ hissə paylardan Cavabdeh2 xeyrinə imtina etmişlər. İlkin iddianın miras əmlaklara çəkilmiş 10000 manat xərclərlə bağlı hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən ilkin İddiaçı miras əmlaklara 10000 manat xərc çəkməsini təsdiq edəcək hər hansı bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır və ilkin iddia tələbi qismən, qarşılqlı iddia tələbi isə tam olaraq əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən X1 miras qalmış onun mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların ilkin iddia üzrə İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilməli, həmin əmlakların hər biri üzərində İddiaçı ¼ hissə payı müəyyən edilməli və onun mülkiyyətinə verilməli, ilkin iddianın təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi tələbi”nə dair hissəsi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tam təmin edilməli, X1 miras qalmış ******* nömrəli, **********34-10301 reyestr nömrəli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli, həmin əmlakların hər biri üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ¾ hissə qanun üzrə payı müəyyən edilməli və onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İlkin iddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən mərhum X8 mülkiyyətində olmuş və ondan miras qalan 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X8 mülkiyyətində olmuş və ondan miras qalan 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların ilkin iddia üzrə İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən mərhum X8 mülkiyyətində olmuş və ondan miras qalan 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X8 mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı ¼ hissə qanun üzrə payı müəyyən edilsin və onun mülkiyyətinə verilsin. İlkin iddianın təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi tələbi”nə dair hissəsi əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia tam təmin edilsin. X1 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən X8 mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X8 mülkiyyətində olmuş və ondan miras qalan 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. X1 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X8 mülkiyyətində olmuş və ondan miras qalan 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların hər biri üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ¾ hissə qanun üzrə payı müəyyən edilsin və onun mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar