Məhkəmə qərarları › İş №2(024)-40/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-40/2024

23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-40/2024 23.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh, Üçüncü şəxslər X10, X11 və X5 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs X17, X18, X19, X14 və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən **********61 saylı Çıxarışa əsasən X4na və anası X7 məxsus olmuş və onlardan miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın ½ hissəsinin mülkiyyətinə verilməsi tələbi”nə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı, maraqlı tərəflər Qax rayon Notariat ofisi və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “X4ndan və anası X2 ünvan 1 ünvanında yerləşən 0.1813 ha torpaq sahəsindən və 124.40 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın 2/3 hissəsinin faktiki qəbul edilməsi və ona düşən 2/3 hissə payın mülkiyyətinə verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs X17, X18, X19, X14 və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən **********61 saylı Çıxarışa əsasən X4na və anası X7 məxsus olmuş və onlardan miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın ½ hissəsinin mülkiyyətinə verilməsi, Cavabdeh İddiaçı, maraqlı tərəflər Qax rayon Notariat ofisi və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı X4ndan və anası X2 ünvan 1 ünvanında yerləşən 0.1813 ha torpaq sahəsindən və 124.40 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın 2/3 hissəsinin faktiki qəbul edilməsi və ona düşən 2/3 hissə payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanında yerləşən **********61 Çıxarışa əsasən X4na və anası X7 məxsus olmuş və onlardan miras qalmış əmlakın o və Cavabdeh tərəfindən faktiki istifadə etdikləri qaydada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etmiş, Cavabdeh qarşılıqlı iddianı müdafiə etmiş, ilkin iddianı qəbul etmişdir. İddiaçı ilkin iddia ərizəsində göstərmişdir ki, X4 xx.xx.1998-ci il tarixdə, anası X16 xx.xx.2011-ci il tarixdə ölmüşlər. Hazırda **********61 qeydiyyat nömrəli Çıxarışa əsasən valideynlərimdən miras əmlak qalmışdır. Həmin Çıxarışa əsasən atasına fərdi yaşayış evi tam, torpaq sahəsi isə anası ilə ümumi birgə mülkiyyət hüquq əsasında məxsus olmuşdur. Valideyinləri öldükdən sonra onlardan qalmış əmlakda o və cavabdeh yaşayır. Digər bacı və qardaşları həmin əmlakı faktiki qəbul etməmişlər. Cavabdehlə hazırda həmin əmlakın sənədləşdirilməsi ilə razılığa gələ bilmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Göstərdiklərini nəzərə alaraq məhkəmədən ünvan 1 ünvanında yerləşən **********61 saylı Çıxarışa əsasən X4na və anası X7 məxsus olmuş və onlardan miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın ½ hissəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, məhkəmənin icraatında onun Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən **********61 Çıxarışa əsasən X4na və anası X7 məxsus olmuş və onlardan miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsinə və miras əmlakın ½ hissəsinin onun mülkiyyətinə verilməsinə dair mülki iş vardır. Hazırda həmin evin dediyi qaydada bölünməsi mümkün olmayacağını düşünərək, həmçinin cavabdehlə həyətyanı sahəsindən istifadə edilməsi barədə cavabdehə düşəcək paydan müstəqil istifadə etmək üçün 2-ci qapıdan istifadə etməsi razılığını əldə edərək və bunların nəticəsində evdən və həyətyanı sahəsindən ona az əmlak düşsə belə gələcəkdə mübahisələrin olmaması niyyəti ilə həmin işlə bağlı iddia ərizəmə dəqiqləşdirmə aparmaq istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ünvan 2 ünvanında yerləşən **********61 Çıxarışa əsasən X4na və anası X7 məxsus olmuş və onlardan miras qalmış əmlakın o və Cavabdeh tərəfindən faktiki istifadə etdikləri qaydada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, Cavabdeh tərəfindən mirasın 2/3 hissəsini faktiki qəbul edilməsinə etiraz etmir. O, miras əmlakın 1/3 hissəsini, cavabdeh isə 2/3 hissəsini qəbul etmişdir. Qarşılıqlı iddianı qəbul edir. Məhkəmədən ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddianın təmin eidlməsinə etiraz etmədiyini göstərərək ilkin iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, Qax şəhəri M.F.Axundov küçəsi ev 38 yaşayır. X4 xx.xx.1998-ci il tarixdə və anası X16 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atasından Qax şəhəri M.F.Axundov yerləşən 0.1813 ha torpaq sahəsi və 124.40 kv/m fərdi yaşayış evi ibarət miras qalmışdır. Atası öldükdən sonra həmin evdə qardaşı İddiaçı və o mirası idarə edirlər. Digər bacı və qardaşları mirası faktiki qəbul etməmişlər. O, atasından və anasından qalan mirası sənədləşdirmək istəyir. Onlar həmin miras əmlakı 20 il olar ki öz aralarında naturada 2/3 hissədə bölmüş və sərhəd kimi dəmir tordan aralarında sərhəd çəkmişlər. O, həmin miras əmlakın 2/3 hissəsini faktiki olaraq qəbul etmişdir. O, sənədləşmə üçün Qax rayon Notariat ofisinə müraciət etsə də orada ona mirası qəbul etmək üçün buraxılmış prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O, mirası faktiki qəbul etmiş və müddəti buraxmamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən X4ndan və anası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.1813 ha torpaq sahəsindən və 124.40 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın 2/3 hissəsinin faktiki qəbul edilməsi və ona düşən 2/3 hissə payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq onu da göstərdi ki, miras əmlakın 2/3 hissəsini o, 1/3 hissəsini isə İddiaçı faktiki qəbul etmişdir. İlkin iddianın təmin edilməsinə etiraz etmədiyini göstərərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X17 izahat verərək göstərdi ki, İddiaçı və Cavabdeh onun qardaşlarıdır. Mərhum valideyinlərindən miras qalmış əmlakları faktiki qəbul etməmişdir. Miras əmlakla bağlı heç bir iddiası yoxdur. Eyni zamanda da iddiaçı ilə cavabdehin mərhum valideyinlərindən miras qalmış əmlakları faktiki qəbul etmələrinə etiraz etmir. İlkin və qarşılıqlı iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs X18 izahat verərək göstərdi ki, İddiaçı və Cavabdeh onun qardaşlarıdır. Mərhum valideyinlərindən miras qalmış əmlakları faktiki qəbul etməmişdir. İddiaçı ilə cavabdehin mərhum valideyinlərindən miras qalmış əmlakları faktiki qəbul etmələrinə etiraz etmir. İlkin və qarşılıqlı iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs X14 izahat verərək göstərdi ki, o da mərhum valideyinlərindən miras qalmış əmlakları faktiki qəbul etməmişdir. İddiaçı ilə cavabdehin mərhum valideyinlərindən miras qalmış əmlakları faktiki qəbul etmələrinə etiraz etmir. İlkin və qarşılıqlı iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh və üçüncü şəxslərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri tam əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, X26 küçəsi, ev 8-də yerləşən 0.1813 ha torpaq sahəsi X12 və X6 ümumibirgə, üzərində yerləşən fərdi yaşayış evi isə X12 mülkiyyətindədir. İşə əlavə edilmiş АЗ № 712028 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X4, anası isə X9r. İşə əlavə edilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X4, anası isə X9r. İşə əlavə edilmiş AZ-İİ № 334259 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.1998-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İİ № 334282 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2011-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 571 saylı arayışdan görünür ki, mərhum X12 X17, X18, X19, İddiaçı, Cavabdeh və X3 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 2382 saylı arayışdan görünür ki, X1nın X17, X18, X19, İddiaçı, Cavabdeh və X3 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 410 saylı arayışdan görünür ki, X1 öldükdən sonra ünvan 3 ünvanında yerləşən evdə oğulları İddiaçı və Cavabdeh yaşamışlar. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı və Cavabdeh ünvan 1-də qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh torpaq sahəsinin bələdiyyə vergisini ödəmişdir. İşə əlavə edilmiş Abonent kartı, Abonentin saldosu və digər sənədlərdən görünür ki, Cavabdeh tərəfindən miras əmlakla bağlı kommunal xərclər ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən Qax şəhəri, X26 küçəsi, ev 8-də yerləşən 0.1813 ha torpaq sahəsi X12 və X6 ümumibirgə, üzərində yerləşən fərdi yaşayış evi isə X12 mülkiyyətindədir. X20 xx.xx.1998-ci, X13 xx.xx.2011-ci ildə ölmüş, onların X17, X18, X19, İddiaçı, Cavabdeh və X3 ibarət vərəsələri qalmışdır. X1 öldükdən sonra ünvan 4 ünvanında yerləşən evdə oğulları İddiaçı və Cavabdeh yaşamışlar. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mirasın faktiki qəbul edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı və Cavabdeh mərhum valideyinlərinin ölümündən sonra miras əmlaklarda yaşamaqla və istifadə etməklə mirası faktiki qəbul etdiklərin açıq-aşkar nümayiş etdirmişlər. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddətihüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iclasında həm iddiaçı və cavabdeh birbirilərinin mirasın faktiki qəbul etmələrinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə müəyyən edildi ki, vərəsələr arasında onların mirası faktiki qəbul etmələri ilə bağlı heç bir narazılıq yoxdur. Hər iki vərəsə mirası faktiki qəbul etmiş, İddiaçı miras əmlakın 1/3 hissəsindən, Cavabdeh isə 2/3 hissəsindən istifadə edirlər. Bu barədə iddiaçı ilə cavabdehlər arasında narazılıq yoxdur. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddianı, Cavabdeh isə ilkin iddianı qəbul etmişlər. Məhkəmə hər iki iddia tələbi üzrə qeyd edir ki, iş üzrə vəsiyyətnamə mövcud deyildir. X23 və Sevil Bilalovanın qanun üzrə 6 vərəsəsi vardır. İddiaçı və Cavabdeh miras əmlakı faktiki qəbul etmiş, digər vərəslər isə miras əmlakı faktiki qəbul etmədiklərini və miras əmlakla bağlı hər hansı bir iddialarının olmadıqlarını göstərmişlər. İddiaçı miras əmlakın 1/3 hissəsindən və Cavabdeh isə miras əmlakın 2/3 hissəsindən istifadə edir. X12 mülkiyyətinə verilmiş Qax şəhəri, X26 küçəsi ev 8-də yerləşən 0.1813 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evindən ibarət miras əmlakın hər biri üzərində İddiaçı 1/3 hissə, Cavabdeh hər birinin qanun üzrə payı 2/3 hissə payının verilməsi ilə bağlı hər iki tərəf arasında narazılıq yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən X12 və X6 ümumibirgə mülkiyyətində olan Qax şəhəri, X26 küçəsi, 8 ünvanında yerləşən, 0.1813 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakların hər birinin 1/3 hissəsinin ilkin İddiaçı və 2/3 hissəsinin Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli, həmin əmlakların 1/3 hissəsi üzərində İddiaçı və 2/3 hissəsi üzərində Cavabdeh payları müəyyən eidlməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İlkin və qarşılıqlı iddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən X12 və X6 ümumibirgə mülkiyyətində olan Qax şəhəri, X26 küçəsi, 8 ünvanında yerləşən, 0.1813 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakların hər birinin 1/3 hissəsinin ilkin İddiaçı və 2/3 hissəsinin Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən X12 və X6 ümumibirgə mülkiyyətində olan Qax şəhəri, X26 küçəsi, 8 ünvanında yerləşən, 0.1813 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakların hər birinin 1/3 hissəsi üzərində ilkin İddiaçı və 2/3 hissəsi üzərində Cavabdeh payı müəyyən edilərək onların mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar