Məhkəmə qərarları › İş №2(024)-404/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-404/2023

05.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-404/2023 05.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X1 miras qalmış Qaşqaçay kəndində 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat Ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Qax rayon Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu Qaşqaçay kəndində yaşayır. X5 xx.xx.2018-cı il tarixdə və nənəsi X6 xx.xx.2019-ci il tarixdə vəfat etmişdir. Nənəsindən ona Qax rayonu Qaşqaçay kəndində 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.10 ha həyətyanı sahə miras qalmışdır. Vərəsə olaraq o nənəsinin adına olan mirası sənədləşdirmək üçün Qax rayon DNO-nə müəyyən notariat hərəkətləri etmək üçün müraciət etmiş, orada məlum olmuşdur ki, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti keçirmişdir. Həmçinin notarius ona izah etmişdir ki, mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. O, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, nənəsinin vərəsəsi olduğu üçün istədiyi vaxt əmlakı idarə edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum X1 miras qalmış Qaşqaçay kəndində 0.19 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə və 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş JN-165A, KOD 40311018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-0031 KOD 40311018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.19 ha torpaq sahəsi X3 mülkiyyətindədir. İşdə olan XİX-ЖГ № 378610 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X5dur. İşdə olan AZ-İ № 922631 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan AZ-İ № 967728 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 69 saylı Arayışından görünür ki, X7 xx.xx.2019-cu ildə ölmüş, onun oğulları X18. X17, qızları X11, X21, X12, X8, gəlini X13, nəvəsi X9 və nəvəsi İddiaçı ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 70 saylı Arayışından görünür ki, X17 xx.xx.2018-ci ildə ölmüş, onun arvadl X13, oğulları İddiaçı, X14 və qızı X4 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X5 xx.xx.2018-ci, nənəsi X7 xx.xx.2019-cu ildə ölmüşdür. X2 JN-165A, KOD 40311018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və JN-0031 KOD 40311018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.19 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı nənəsinin vərəsəsi olaraq ondan miras qalmış əmlakları qəbul etmək istəyir. Ona görə də, Qax rayon DNO-nə müəyyən notariat hərəkətləri etmək üçün müraciət etmiş, lakin Notariat ofisində məlum olmuşdur ki, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti keçirmişdir. Ona görə də notarius miras əmlakın qəbulu ilə bağlı əməliyyatı aparmaqdan imtina etmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum nənəsinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum nənəsi X2 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.19 ha torpaq sahəsindən ibarət miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı mərhum nənəsi X2 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.19 ha torpaq sahəsindən ibarət miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar