Məhkəmə qərarları › İş №2(024)-406/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-406/2024

27.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-406/2024 27.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdə Qax şəhərində doğulmuş oğlu Seydəliyev Nəriman Samir oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ailə üzvləri ilə birlikdə Qax şəhəri M.Gəncəvi 12 ünvanında yaşayır. xx.xx.2006-cı il tarixdə Qax şəhərində doğulmuş oğlu X2 da onlarla birlikdə yaşayır. Oğlu anadangəlmə psixoloji qüsurludur. O, psixiatr kabinetində 2006-cı ildən qeydiyyatdadır. Oğluna ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu diaqnozu qoyulmuşdur. Hal-hazırda oğlunun 18 yaşı var. Oğlu onun himayəsindədir. Hazırda oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, oğlu Nəriman sərbəst olaraq özünə qulluq edə bilmir. Yəni oğlu sərbəst yuyuna, ayaqyoluna gedə, özünü təraş edə bilmir. Oğluna o qulluq edir, qayğısına qalır. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 633 saylı rəydən görünür ki, İ. Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs Seydəliyev Nəriman Samir oğlunda hal-hazırda X8 GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamm beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (X1 verilmiş 1231 saylı arayış) anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, nitqi anlaşılmaz olduğundan bütün məlumatların atası və mülki işdən toplanması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda bir qədər narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=38 % və s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suaları aşağıdakı kimi cavablandrımışdır. Sual 1. xx.xx.2006-cı il tarixdə ünvan 3 ünvanında yaşayan Seydəliyev Nəriman Samir oğlunun ağıl zəifliyi və psixi xəstəliyi vardırmı? Cavab. Seydəliyev X6 Dərəcəli Əqli Gerilik, X4 Xbt-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. Sual 2. Seydəliyev Nəriman Samir oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədirmi? Cavab. Seydəliyev X6 Dərəcəli Əqli Gerilik, X4 Xbt-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Seydəliyev Nəriman Samir oğlu fəaliyyət Qabiliyyəti Olmayan şəxs hesab olunmalıdır. Sual 3. Seydəliyev Nəriman Samir oğlunun sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan verirmi? Cavab. Seydəliyev Nəriman Samir oğlunun sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1231 nömrəli Qax RMX-sı PHŞ-nin direktoruna ünvanlanmış məktubunun surətindən görünür ki, xəstəxananın xx.xx.2023-cü il tarixli 18-1-50/2H-556-42- /2023 nömrəli göndərişinə əsasən ünvan 5 ünvanında yaşayan 2006-cı il təvəlüdlü Seydəliyev Nəriman Samir oğlu xx.xx.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuş, ona ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu F-72.1 İQ əmsalı 31%, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı olması və resseptiv nitq pozuntusu F-80.2 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasının göndərişindən görünür ki, Ərizəçi uşaq serebral iflic, psixi inkişafın geriliyi, epillepsiya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan elektron Çıxarışdan görünür ki, Seydəliyev Nəriman Samir oğluna xx.xx.2023-cü il tarixdən müddətsiz birinci dərəcəli əlildir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehityacı olması barədə diaqnoz qoyulmuşdur. Ambulator, X5 Kartasından çıxarışdan görünür ki, Seydəliyev Nəriman Samir oğluna uşaq serebral iflici (ataksik forma), epilepsiya, psixi inkişafın geriliyi və s. diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanasının verdiyi xx.xx.2024-cü il tarixli 795 nömrəli arayışdan görünür ki, Seydəliyev Nəriman Samir oğlu xx.xx.2023-cü il tarixdən Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Ona ağır dərəcəli əqli gerilik F-72.1 diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün hökümət ödəniş portalı vasitəsi ilə Qax Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məsələnin həlli onun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunmasından keçir ki, bu da psixiatriya sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. Həmin Məcəllənin 319-cu maddəsində də həmin işlərə baxılmasının prosessual qaydalarından biri kimi müəyyən olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Seydəliyev Nəriman Samir oğlunun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən rəylə onun öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq ekspert rəyi sübut növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 101.7-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 633 saylı ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, Seydəliyev Nəriman Samir oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar vardır. Ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2006-cı il tarixdə Qax şəhərində doğulmuş Seydəliyev Nəriman Samir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizənin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar