Məhkəmə qərarları › İş №2(024)-41/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-41/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-41/2024 31.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh Oqtay oğluna qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla Cavabdeh Oqtay oğlu arasında xx.xx.1998-ci il tarixdə bağlanmış nikahın pozulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflərdən Cavabdeh Oqtay oğlu xx.xx.2023-cü il tarixində ölmüşdür. İddiaçı məhkəməyə ərizə göndərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim işin icraatına xitam verir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Oqtay oğluna qarşı nikahın pozulması tələbinə dair mülki işin icraatına İddiaçı iddiasından imtina etməsi barədə ərizəsi qəbul edilməli və işin icraatına xitam verilməli və iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 50 (əlli) manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçı Cavabdeh Oqtay oğluna qarşı nikahın pozulması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdeh Oqtay oğluna qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan elan edildiyi gündən 10(on) gün müddətinə Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar