Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-429/2023 11.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə ana qırafasında göstərilmiş “X7” ilə AZ-İİ № 135442 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X9”nın eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə özlərinin iştirakı olmadan baxılmasını xahiş etmiş və ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.1951-ci il tarixdə Qax rayonu Ləkit kəndində doğulmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə anasının ad soyadı X2 qeyd edilmişdir. Lakin Maraqlı şəxs tərəfindən X5 verilmiş ölüm haqqında şəhadətnamədə anasının ad soyadı X4 qeyd edilmişdir. Hazırda o müəyyən sənədləşmə işləri etmək istəyir, lakin həmin uyğunsuzluqlar ona hüquqlarını həyata keçirməyə imkan vermir. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə ana qırafasında göstərilmiş “X7” ilə AZ-İİ № 135442 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X9”nın eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə ana qırafasında göstərilmiş “X7” ilə AZ-İİ № 135442 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X9” eyni şəxslərdir. X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur və o, Ərizəçi və ailəsini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə ana qırafasında göstərilmiş “X7” ilə AZ-İİ № 135442 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X9” eyni şəxslərdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X6r. İş materiallarında olan X5 verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, onun ad soyadı X4 yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, sübutlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Qax rayonu Ləkit kəndində doğulmuşdur. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə anasının ad soyadı X2 qeyd edilmişdir. Lakin Maraqlı şəxs tərəfindən X5 verilmiş ölüm haqqında şəhadətnamədə anasının ad soyadı X4 qeyd edilmişdir. Hazırda ərizəçi müəyyən sənədləşmə işləri etmək istəyir, lakin həmin uyğunsuzluqlar ona hüquqlarını həyata keçirməyə imkan vermir. Ərizəçi həmin səhvlə bağlı Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tədqiqatı zamanı AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə ana qırafasında göstərilmiş “X7” ilə AZ-İİ № 135442 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X9”nın eyni şəxs olması şahidlərin ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Odur ki, müvafiq fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə ana qırafasında göstərilmiş “X7” ilə AZ-İİ № 135442 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X9”nın eyni şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə ana qırafasında göstərilmiş “X7” ilə AZ-İİ № 135442 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X9”nın eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-429/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-429/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver