Məhkəmə qərarları › İş №2(024)-43/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-43/2023

16.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-43/2023 16.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və X2, X7 Baqratoviçin iştirakı ilə. İddiaçılar İddiaçı1 və X2 cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 12 saylı Ərazi idarəsinə qarşı “buraxılmış prosesual müddətin bərpası, vərəsəliyin açılması və X12, X9 və X3 miras qalan Qax rayonu Qaxbaş kəndində yerləşən 0.09 ha və 0.04 ha torpaq sahələrindən ibarət miras əmlaklardan özlərinə düşən payın müəyyən edilərək mülkiyyətlərinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1 və X10 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X12 və X1 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.09 ha torpaq sahəsindən həmçinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsindən ibarət miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış prosesual müddətin bərpasına, həmin miras əmlaklar üzrə vərəsəliyin açılmasına və miras əmlaklardan özlərinə düşən payın müəyyən edilərək mülkiyyətlərinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 12 saylı Ərazi idarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respubliaskının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin və maraqlı tərəfin etibarnamə üzrə nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçılar İddiaçı1 və X10 iddia ərizəsində göstərmişlər ki, onlar, Qax rayonu, Qaxbaş kəndində yaşayır. Onların atası X12 və anası X5 Qax rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin nənələri X8 da Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. X12 xx.xx.2000-ci il tarixdə, X9 xx.xx.2013-cü il tarxdə və X11 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Onlar öldükdən sonra həmin torpaq sahələrini faktiki olaraq onlar istifadə edirlər. Belə ki, X12, X9 və X4 yeganə vərəsələri onlardır. Həmin torpaq sahələri onlara X12, X9 və X3 miras qalmışdır. Onlardan miras qalmış əmlaklardan özlərinə düşən payın müəyyən edilərək verilməsini istəyirlər. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə onlara mirasın qəbulu müddətini keçirdiklərini bildirmişlər. Onlar, mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişlər ki, mərhum valideyinlərinin vərəsələri olduğu üçün mirası istədikləri vaxt qəbul edə bilərlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X12 və X1 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.09 ha torpaq sahəsindən həmçinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsindən ibarət miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış prosesual müddətin bərpasına, həmin miras əmlaklar üzrə vərəsəliyin açılmasına və miras əmlaklardan özlərinə düşən payın müəyyən edilərək mülkiyyətlərinə verilməsinə dai qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X10 iddia ərizələrində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş materiallarını nəzərdən keçirib, iddiaçların izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan JN-504F KOD 40309028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X8 Qax rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-491F KOD 40309028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X12 və X5 Qax rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Qax rayonu, Qax-İngiloy kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ №306535 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ №306536 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ № 306537 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qax-İngiloy İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum İddiaçı1 İddiaçı1 və X6 ibarət vərəsəsi qalmışdır. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qax-İngiloy İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X4 İddiaçı1 və X6 ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların atası X12 və anası X5 Qax rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin iddiaçıların nənələri X8 da Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. X12 xx.xx.2000-ci il tarixdə, X9 xx.xx.2013-cü il tarxdə və X11 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Onlar öldükdən sonra həmin torpaq sahələrini faktiki olaraq iddiaçılar istifadə edirlər. Belə ki, X12, X9 və X4 yeganə vərəsələri iddiaçılardır. İddiaçılar onlardan miras qalmış əmlaklardan özlərinə düşən payın müəyyən edilərək verilməsini istəyirlər. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə onlara mirasın qəbulu müddətini keçirdiklərini bildirmişlər. İddiaçılar mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə hesab etmişlər ki, mərhum valideyinlərinin vərəsələri olduqları üçün onlardan miras qalmış əmlakları istədkləri vaxt qəbul edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar tələbində haqlıdır, onıar mirasqoyanların vərəsələridir və iddiaçıların mərhum valideyinlərindən miras qalmış əmlaklar üzərində onların payı müəyyən edilərək mülkiyyətlərinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1 .-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1 -ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində .göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məlikəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X12 və X1 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.09 ha torpaq sahəsindən həmçinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və X10 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və həmin miras əmlaklar üzərində iddiaçılar İddiaçı1 və X2 hər birinin qanun üzrə ½ hissə payı müəyyən edilməklə iddiaçıların mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X12 və X1 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.09 ha torpaq sahəsindən həmçinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və X10 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X12 və X1 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.09 ha torpaq sahəsindən və Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsindən ibarət miras əmlaklar üzərində iddiaçılar İddiaçı1 və X2 hər birinin ½ hissə qanun üzrə payı müəyyən edilsin və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar